BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Sabir Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə Azərbaycanın satirik şairi M.Ə.Sabirin qəzəli və satirik şeiri təqdim edilir. M.Ə.Sabir ədəbiyyata şeir və qəzəlləri ilə az vaxtda tanındı.

Dünyadakı texniki tərəqqi, xarici işbazların Azərbaycana axını, tərəqqinin hər kəsə eyni təsiri olmadığını görən şair satiraya müraciət etmişdir. Şairin satirik şeirləri cəmiyyətin çirkinliklərinə qarşı mübarizəsi idi. Mirzə Ələkbər Sabir ədəbiyyat tarixində əsasən satirik şair kimi tanınmasına baxmayaraq, yaradıcılığının ilk mərhələsində klassik şeir ənənələri çərçivəsində qəzəllər qələmə almışdır. Məzmun və dil üslubu baxımından bu qəzəllər Sabirin sonrakı satirik şeirlərindən xeyli fərqlənir.

Qəzəllərdə belə ictimai motivlərin üstünlük təşkil etməsi, feodal-patriarxal mühitin mənfi cəhətlərinə yönəlmiş tənqidi yanaşmanın müşahidə olunması, Sabirin gələcəkdə realist-satirik poetik istiqamətə yönələcəyinin ilkin əlamətləri kimi dəyərləndirilə bilər. “Oxutmuram, əl çəkin” satirik şeirində Sabir cahillik və cəhaləti, “Amandı, qoyma gəldi” şeirində isə qadınlara olan mühafizəkar yanaşmanı pisləyir. “Ölüb əəə” şeiri dövrün ictimai-siyasi ab-havasını və Sabirin millətinin vəziyyətinə olan dərin narahatlığını əks etdirən klassik satira nümunəsidir. Şeirdə ictimai-siyasi vəziyyət, xalqın dirçəlməməsi, elmsizlik və çarəsizlik acı istehza ilə tənqid edilir. M.Ə.Sabirin bir çox ustadlar tərəfdən ifa edilən qəzəli də çox maraqlıdır:

İstəsən könlüm kimi zülfün pərişan olmasın, Ol qədər cövr et mənə ah etmək imkan olmasın. Bu qəzəl şairin fərqli yanaşması ilə seçilir. Adətən, zülfə pərişan sözü yaraşdırılırsa, Sabir “könlüm kimi zülfün pərişan olmasın” – deyib sevdiyini o qədər həlim hisslərlə vəsf edir ki, növbəti misralarda: Mübtəlayi-dərdi eşqəm, əl götür məndən, ey təbib! Eylə bir tədbir kim, bu dərdə dərman olmasın! Deyib sevginin ülviyyətinə səsləyir aşiqləri.

M.Ə.Sabirin Mərkəzi Kitabxananın Fəxri oxucusu yazıçı Şahzadə İldırım tərəfindən səsləndirdiyi şeirlər və qəzəl izləyicilərə aşağıdakı keçiddə təqdim olunur: //www.youtube.com/watch?v=d1fWhf3pSG4

Son xəbərlər

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Bütün xəbərlər