
İqtisadiyyat
26.07.2022 / 15:19
Mərkəzi Bank: Valyuta hərracında tələb 15,8 milyon ABŞ dolları təşkil edib
İyulun 26-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 15,8 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.