BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

5 aprel 2024-cü il tarixdə Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyinin (MFİD) dəstəyi ilə “Şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı sahəsində dövlət xidmətlərinin qiymətləndirilməsi və bu sahədə ictimai məlumatlılığın artırılması” mövzusunda dəyirmi masa təşkil edilmişdir.
Tədbirin məqsədi Bakı şəhəri, Quba, Qusar və Xaçmaz rayonlarında 100 nəfər
şəhid ailəsinin üzvü, müharibə veteranı və qazilər arasında keçirilmiş Sorğunun və müvafiq qanunvericiliyin təhlili ilə bağlı araşdırmanın nəticələrini təqdim etmək, maraqlı tərəflərin təklif və rəylərini eşitmək idi.
Dəyirmi masada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura və Sosial Xidmətlər Agentliyinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin müharibə veteranları və qazilər iştirak etmişdir.
Tədbirin açılışından sonra şəhidlərin və müasir Azərbaycan Ordusunun təməlini qoymuş Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra MFİD-in rəhbəri Sənan Yəhya araşdırmanın nəticələrini iştirakçılara təqdim etmişdir.
Onun məlumatına görə Şəhid ailələri və müharibə iştirakçılarının dövlət təminatları və güzəştlərə dair AR qanunvericiliyi barədə məlumatlılığı aşağı səviyyədədir. Bununla belə respondentlərin 80%-i öz hüquqları ilə bağlı məlumat və ya məsləhət xidməti almaq üçün hər hansı bir təşkilata müraciət etməmişdir.
Tədqiqatın nəticələrinə görə şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları əsasən göstərilən xidmətlərin operativliyindən və keyfiyyətindən razıdırlar. Belə ki, onların 38%-i xidmətin səviyyəsini yüksək, 36%-i qənaətbəxş qiymətləndirmişdir, 19%-i isə xidmətin gecikdirildiyini bildirmişdir. Respondentlərin əksəriyyəti (71%) müraciət etdikləri qurumların özlərinə qarşı münasibətindən razılıq edirlər.
Respondentlərin 41,9%-i tibbi xidmətlərin səviyyəsini yaxşı, 39,5%-i qənaətbəxş hesab edir.
Dəyirmi masada əlilliyin qiymətləndirilməsi və bu sahədə mövcud problemlər daha çox müzakirə edildi. Araşdırmanın nəticələrinə görə respondentlərin 79,1%-i bu proses zamanı hər hansı bir problemlə üzləşməyib, 20,9% respondentin üzləşdiyi əsas problemlər tibbi müayinənin dəqiq olmaması, süründürməçilik, tələb edilən sənədlərin çox olması və elektron sistemə daxil olma ilə bağlı çətinlikdir.
Müharibə əlillərinin 69,8%-i reabilitasiya proqramlarında iştirak edib. Cavablara görə bu proqramlar onlar üçün qismən faydalı (60%) və çox faydalı (36,7%) olub.
Ekspertlərin rəyinə görə ümumilikdə araşdırmanın nəticələri müsbətdir, şəhid ailələri, müharibə əlilləri və veteranlarının sosial təminatı müvafiq qanunvericiliyə uyğun olaraq tənzimlənir və həyata keçirilir. Bununla belə, bu həssas qrupa daxil olan insanların məşğulluğunun təmin edilməsi və hüquqi maarifləndirilməsi sahəsində əlavə tədbirlərə, həmçinin həyata keçirilən fəaliyyətlərə dair monitorinq və hesabatlılığın yaxşılaşdırılmasına ehtiyac olduğu vurğulanmışdır.
Təqdimatdan sonra Sorğunun nəticələri barədə, həmçinin şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı sahəsində görülən işlər və bu sahədə mövcud problemlər barədə fikir mübadiləsi aparılmışdır. Tədbirdə iştirak edən “Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi” İctimai Birliyinin nümayəndəsi və qazilər ehtiyac və problemlərini iştirakçıların diqqətinə çatdırmışlar.

 

 

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər