BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yaşıl dünya naminə həmrəylik ili“ ilə əlaqədar “Təbiətə valeh olanlar” layihəsinə Azərbaycan Respublikası "Xatirə Kitabı" Redaksiyasının baş redaktoru, AYB-nin üzvü, şair, kitabxananın Fəxri oxucusu Nəzakət Məmmədli yeni şeirlər təqdim etdi.

Şair ”Payız” və “Yağış” şeirlərində “qızıl payız”dakı xəzanı, yağışı, küləyi vəsf edir. Yağışı isə çöl-çəmənin üzünü güldürən adlandırır, onun səsini laylanın səsinə, təbiətin xoş avazına bənzədir, insanları mərhəmətlə ovundurmağı arzulayır.

Hər iki şeirində şairin təbiətə, həyata, dünyamıza sevgisi təsvir edilir.

NƏZAKƏT MƏMMƏDLİ

 PAYIZ

Əl çəkib hər yana qızılı payız,

Ağaclar soyunub yaşıl donunu.

Üzünə ölümün sarısı çökən

Yarpaqlar gözləyir ömrün sonunu.

Baş çəkib bu "evdar" payız küləyi

Yenə də dərəni, düzü dolandı.

Ərköyün uşağa dönübdü göylər,

Bir kəlmə deməmiş gözü dolandı.

Düşüb yol gedirəm tale boyunca,

Hər yanda önümə çıxır bu payız.

Bacımın ağaran telindən düşür,

Anamın qəbrindən baxır bu payız.

Bu payız elə bil acığa düşüb,

Yayın günəş rəngin pozur beləcə.

Hayana çatırsa, sarı qələmlə,

Özünün adını yazır beləcə.

Onu çox gözləyib nişanlı qızlar,

Kim deyir əlləri boş gəlib payız?

Bərəkət fəslidi, toylar fəslidi,

Açın qapıları, xoş gəlib payız.

YAĞIŞ

Təbiətin göz yaşı, yoxsa Tanrı alqışı

Yağ, ey yağış, aramla yağ,

Dinclik gətir gəlişinlə.

Çöl-çəmənin üzü gülsün gülüşünlə.

Səndən umsun təmizliyi,

Pak saflığı hər daş-qaya.

Kainatdan əskik etmə

Öz nurunu damla-damla.

Bəhanə ol sevənlərə.

Səndən qaçıb çətir altda gizlənsinlər.

Sevgi dolu pıçıltında

Gilə-gilə ərisinlər.

Yağ, ey yağış, layla kimi,

şirin-şirin yuxuları bitirmə sən.

Selə dönüb fəlakəti gətirmə sən.

Aramla yağ, qoy nazlansın yasəmənlər,

Gəlişinlə bayram etsin qoy süsənlər.

Səndən alsın ilhamını

Şəlalələr, dağ çayları.

Qovuşmağa tələssinlər

Dənizlərdə ümman-ümman.

Elə yağ ki, toqquşdurub,

dalaşdırma buludları.

Qoy göy üzü inciməsin hay-haraydan.

Yağ, ey yağış, aramla yağ.

Mərhəmətlə ovundur sən insanları.

Qoy yer üzün islatmasın göz yaşları.

 

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər