BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Qubadlı şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. Ölkəmizin cənub qərbində yerləşən, Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlı rayonunun işğaldan azad olunması 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biridir. 1990-cı illərin əvvəllərində itirdiyimiz əraziləri qarışbaqarış, kəndbəkənd azad etdik. Bu torpaqlar bizim şəhidlərin, qazilərin qanı ilə yoğrulub. Ona görə də, bütün kənd, qəsəbə və şəhərlərimizin azad edilməsi bizim üçün ölçüyəgəlməz əhəmiyyətə malikdir. Təbii ki, strateji hədəflərə çatmaq üçün hərbi əməliyyatlar hazırlanarkan onun əhəmiyyəti, vacibliyi götür qoy edilir. Bu mənada düşünürəm ki, böyük Zəfərə nail olmaq üçün Qubadlı əməliyyatı mühüm əhəmiyyət daşıyırdı. Bu əməliyyatın uğuru hərbi savad, peşəkarlıq, cəsarət və milli vətənpərvərlik ruhunun vəhdətindən doğur.

Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. 

Onun sözlərinə görə, Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biridir. O zaman ermənilər Qubadlıya həm Ermənistandan, həm də Laçın, Şuşa istiqamətlərindən hücum etdilər. İşğal dövründə bədnam ermənilər bu rayonda daşı-daş üstə qoymadılar. Barbarlıq və vandalizmə məruz qalan rayon ərazisində bütün sosial infrastruktur dağıdılmışdı, kommunikasiya xəttləri məhv edilmişdi, daşına bilən hər şey satılmışdı. Ermənistan yalnız Xanlıq kəndində qəsəbə salaraq xaricdəki erməniləri orada məskunlaşdırmışdı. Bu da Cenevrə konvensiyasının tələblərinin kobud şəkildə pozulması deməkdir. Ermənilər Qubadlıda törətdiyi vəhşiliklərə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir.

T.Mirkişili qeyd edib ki, oktyabrın 25-i - Vətən müharibəsinin 29-cu günü Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan tam azad etdi: “Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi qeyd edilir. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Qubadlı uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15189 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Deputat bildirib ki, Qubadlı Şərqi Zəngəzurun təbii sərvətlərlə ən zəngin rayonlarından biridir. Rayonun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı, Mollabürhan kəndinin cənubunda tuf daş yataqları mövcuddur. Həmçinin, rayonun Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı var. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayon ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Əminliklə deyə bilərəm ki, Qubadlı yenidən Azərbaycanın iqtisadi baxımdan ən əhəmiyyətli rayonlarından birinə çevriləcək.  2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu. Postmüharibə dövründə dövlət başçısı 4 dəfə Qubadlıya səfər edib. Dövlət başçısının Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. Hazırda Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Qubadlının gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Rayonda ekoloji kənd təsərrüfatı, balıqçılıq, sənətkarlıq, aqroturizm və digər sahələrin inkişafı üçün imkanlar mövcuddur.

T.Mirkişili sonda onu da qeyd edib ki, Qubadlının Baş planında rayonun təbiəti, tarixi, memarlıq üslubu, o cümlədən 2050-ci ilə qədər inkişaf dinamikası nəzərə alınacaq. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda bütün infrastruktur layihələr uğurla icra olunacaq, yurdumuzun bu cənnət guşəsinə yeni həyat gələcəkdir.

Son xəbərlər

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Tatarıstanda gənc pianoçu Sura Firdovsili Yana Sezon Beynəlxalq Müsabiqə və Festivalında birinci dərəcəli mükafat qazanıb

YAP Səbail rayon təşkilatının 33 illiyi qeyd olunub

"Zəfərdən Suverenliyə: Qanla yazılan tarix" Forumu Naxçıvanda keçirildi

Məlhəm Beynəlxalq Hospital beynəlxalq tibbi turizm ekspertlərini qəbul edib

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Bütün xəbərlər