BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbənin nəticəsi olaraq Laçın rayonu 28 illik işğaldan sonra azad edildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu bir güllə atılmadan və qan tökülmədən Azərbaycana qaytarıldı. Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik gücünün göstəricisi idi. Qarabağda əldə etdiyimiz hər bir uğur Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasətinin parlaq nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Deputat vurğulayıb ki, Laçın rayonunun işğaldan azad edilməsi Azərbaycan üçün böyük strateji əhəmiyyətə malik oldu: “Laçının azad olunması ilə Azərbaycan qərb sərhədlərinə nəzarəti təmin etdi. Azərbaycan dövlətinin Laçın rayonunda nəzarət-buraxılış məntəqəsi qurmasından sonra Qarabağdakı erməni separatçılarının əli-qolu bağlandı və onlar anladılar ki, artıq hər şey bitib. Laçın 1992-ci il mayın 18-də işğal olunanda da, 2020-ci ildə boşaldılanda da yandırıldı, viran edildi. Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda işğaldan sonra erməni niyyətini həyata keçirdi: coğrafi adları dəyişdirdi, rayonun təbii resurslarını talan etdi, məqsədyönlü şəkildə məskunlaşma siyasəti həyata keçirdi. Erməniləşdirmək siyasətini isə reallaşdıra bilmədi. Unutdu ki, indi Azərbaycan müstəqildir, onun əlini-qolunu bağlayan olmayacaq, özü özünün sahibi olaraq haqqını qaytaracaq. Elə də oldu. Laçın dəhlizində at oynada bilmədi erməni, ona yerini göstərdilər… Hazırda işğaldan azad olunmuş digər ərazilərimiz kimi, Laçında da bərpa-quruculuq işləri həyata keçirilir. Bu gün Laçın özünün laçın çağlarını yaşayır. Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. İyun ayında Zabuxda məktəbəqədər müəssisənin açılışında oldum. Uşaq səsinin Laçın səmasında səslənməsindən gözəl nə ola bilər? Onlar ata-analarından fərqli olaraq öz uşaqlıqlarını o füsunkar təbiəti olan Laçında keçirəcəklər. Laçını qoruyacaq, qurub-yaradacaqlar”.

Deputat bildirib ki, Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi də əhəmiyyətli hadisədir. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bu qərarla MDB üzvü olan ölkələrin dövlət başçıları Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, mədəniyyətimizə yüksək dəyər verdiklərini nümayiş etdirdilər. Ermənistanın da təmsil olunduğu Birliyin Laçın şəhərini gələn il üçün MDB-nin mədəniyyət paytaxtı elan etməsi Ermənistana vurulmuş tərs şillə idi. Ermənistanın və onun Qərbdəki himayədarlarının Azərbaycana qərəzli münasibətləri fonunda MDB-nin Laçını mədəniyyət paytaxtı elan etməsi dünya ictimaiyyətinə ismarışdır”.

Mehriban Vəliyeva qeyd edib ki, Prezident İlham Əliyev Laçın rayonuna səfərləri zamanı Beynəlxalq Hava Limanının, “Laçın” qovşaq yarımstansiyasının, Güləbird, Şəlvə kəndlərinin, Qorçu qəsəbəsinin, Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, mehmanxana kompleksinin təməlini qoyub, 8 MVt gücündə “Güləbird” Su Elektrik Stansiyasının, “Qorçu” yarımstansiyasının, “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin, 2 nömrəli tam orta məktəbin, “Həkəri Balıq Təsərrüfatı”nın, “Hoçaz film” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışını edib: “Təbii yaşıllıqlarla əhatələnmiş Laçındakı səliqə-sahman, abadlıq, gözəllik göz oxşayır. Laçın öz təbii gözəlliyinə görə müqayisəedilməzdir. Hazırda Laçın şəhərində 570 ailə olmaqla 2090 nəfərin, Zabux kəndində 217 ailə olmaqla 823 nəfərin, Sus kəndində isə 59 ailə olmaqla 215 nəfərin məskunlaşması təmin edilib və köçürülən ailələr üçün bütün şərait yaradılıb. Zümrüd meşələri, qarlı dağları, yaşıl çəmənləri, qaynayan bulaqları ilə gözoxşayan Laçın bu gün nəinki Azərbaycanın, dünyanın ən gözəl guşələrindən biridir”.

Son xəbərlər

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Tatarıstanda gənc pianoçu Sura Firdovsili Yana Sezon Beynəlxalq Müsabiqə və Festivalında birinci dərəcəli mükafat qazanıb

YAP Səbail rayon təşkilatının 33 illiyi qeyd olunub

"Zəfərdən Suverenliyə: Qanla yazılan tarix" Forumu Naxçıvanda keçirildi

Məlhəm Beynəlxalq Hospital beynəlxalq tibbi turizm ekspertlərini qəbul edib

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Bütün xəbərlər