BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Azərbaycanda idmanın inkişafı üçün hər cür şərait yaradılıb. Dünyada çox az ölkə var ki, orada idmana Azərbaycanda olduğu qədər dövlət dəstəyi göstərilsin. Aparılan dövlət siyasətinin nəticəsidir ki, ölkəmiz beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. İdmançılarımız hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da onların beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməsinə imkan yaradır. Azərbaycanda geniş idman infrastrukturunun mövcudluğu, müntəzəm olaraq qitə və dünya miqyaslı yarışların keçirilməsi, beynəlxalq idman yarışlarında qalib gələn idmançıların dövlətimiz tərəfindən mükafatlandırılması, ən əsası Azərbaycan Prezidenti cənab İlham Əliyevin idmançılara qayğısı gənclərdə bu sahəyə böyük maraq yaradır”.

“Xeber 7” məlumat verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, bütün bölgələrdə olimpiya idman komplekslərinin, futbol meydançalarının və digər idman obyektələrinin tikilib istifadəyə verilməsi ölkəmizdə idmanın kütləviləşməsinə səbəb olub: “Bütün bunların nəticəsidir ki, hər il idmançılarımızın uğurları artır. Beynəlxalq yarışlarda iştirak edən həm idmançılarımızın, həm qazanılan medalların sayında artım var. Bu mənada 2024-cü ili də Azərbaycan idmanı üçün uğurlu il hesab etmək olar. İdmançılarımız beynəlxalq yarışlarda 1700-ə yaxın medal qazanıblar. İlin ən mötəbər idman yarışı Yay Olimpiya Oyunlarında tarixi nəticə əldə etdik. Müstəqil ölkə kimi 1996-cı ildən qatıldığımız Olimpiya Oyunlarında bu il ən yüksək yerə layiq görüldük. İki qızıl, iki gümüş, üç bürünc olmaqla yeddi medal qazandıq.İki yüzdən çox ölkənin qatıldığı yarışda 30-cu yerdə

qərarlaşmaq tarixi nailiyyətdir. Ən əhəmiyyətli məqamlardan biri də odur ki, Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi iştirak etdi. Döyüş meydanında qalib gələn ölkənin gəncləri beynəlxalq yarışlarda daha inamla iştirak edir, əzmli, iradəli olurlar. 44 günlük Vətən Müharibəsi nəticəsində əldə etdiyimiz qələbədən sonra keçirilən beynəlxalq yarışlarda idmançılarımızın özlərini necə inamlı və ləyaqətli apardıqlarının şahidi oluruq. Azərbaycan dövləti idmançılarımızın zəhmətini, uğurunu həmişə yüksək qiymətləndirib. Prezident İlham Əliyevin dekabrın 24-də idmançılarla görüşü bu qayğının, diqqətin göstəricisidir. Prezidentin 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında səsləndirdiyi fikirlər, idmançıları mükafatlandırması Azərbaycan rəhbərliyinin bu sahənin problemlərini dərindən bildiyini və dövlət siyasətinin bütün sahələri tam əhatə etdiyini göstərdi”.

M.Vəliyeva qeyd etdi ki, hər bir gəncdə idmana maraq olmalıdır: “İdmanla məşğul olan gənclər daha sağlam, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf olurlar. Güclü gəncin iradəsi, qətiyyəti də güclü olur və o, kənar təsir və təyiqlər qarşısında özünü dözümlü, səbrli aparır. Dövlətin idman siyasətinin əsas məqsədlərindən biri də budur. Sağlam vətəndaş, güclü xalq və qüdrətli dövlət... Bu üç faktor bir-biri ilə çox bağlıdır. Azərbaycan dövləti idmanın inkişafı üçün olimpiya kompekslərinin, stadionların və digər idman infrastrukturlarının sayını artıracaq. Cənab Prezident idmançılarla görüşündə bildirdi ki, azad edilmiş ərazilərə evlərlə yanaşı, idman infrastrukturu da yaradılır. Ağdamda İmarət stadionunun inşa edilməsi böyük rəmzi məna daşıyır. Hazırda Ağdamda bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilib. Xankəndi stadionu əsaslı şəkildə təmir edilir. Gələn il Azərbaycan MDB Oyunlarına ev sahibliyi edəcək. Yarışlar 14 şəhərdə, xüsusilə də, Gəncədə  keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni çox böyük Olimpiya İdman Kompleksi istifadəyə verilib, yeni stadion inşa edilir. Azərbaycanda idmana dövlətin həssas münasibətinin digər səbəbi, yəqin ki, həm də cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olmasıdır. 1997-ci ildən MOK-a rəhbərlik edən Azərbaycan Prezidenti bu sahənin bütün problemlərini, inkişaf yollarını bilir. Həqiqətən də, əgər idmançılara dövlət qayğısı olmasa, bu sahə inkişaf edə bilməz. Hər il həm idmançılar, həm də idman ictimaiyyətinin nümayəndələri, məşqçilər, idman mütəxəssisləri dövlət tərəfindən mükafatlandırılır. Bu, onlarda növbəti qələbələrə stimul yaradır”.

M.Əliyeva onu da əlavə etdi ki, ölkə başçısının ad günündə idmançılarla görüşü zamanı söylədiyi fikirlərdə gənc nəslin fiziki və sağlam ruhda tərbiyəsi, yad təsirlərdən uzaq xalqa, vətənə sədaqətli vətəndaşlar kimi yetişməsi məsələsi də diqqət cəlb edir. Prezidentin gənc nəslə münasibəti hər zaman əsas istiqamətlərdən biri olub. Bu cəhətdən idmançıları işğaldan azad olunan ərazilərə tez-tez səfər etməyə dəvəti başadüşüləndir: “Yeniyetmə və gənclər arasında vətənpərvərlik hissinin aşlanmasında idmançıların rolu böyükdür. Bəzən yeniyetmə və gənclər idmançıların sözünü, çağırışlarını daha tez eşidirlər, onlara oxşamağa çalışırlar. İdmançılar müsbət lider kimi gənclərə nümunə olmalıdırlar. Onların tez-tez işğaldan azad olunan ərazilərə səfər etmələri bütün gənclərdə Qarabağa səfər etmək arzusunu formalaşdıracaq. Azad olunan ərazilərə səfər etmək, orada fəaliyyət göstərmək, yaşamaq nəticə etibarı ilə bu bölgənin güclənməsinə, inkişafına səbəb olacaq. Mən ümid edir və inanıram ki, idmançılar cənab Prezidentin çağırışlarına birmənalı əməl edəcək, onun etimadını doğruldacaqlar. Biz 2025-ci ildə idmançılarımızdan böyük nailiyyətlər gözləyirik”.

Son xəbərlər

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Tatarıstanda gənc pianoçu Sura Firdovsili Yana Sezon Beynəlxalq Müsabiqə və Festivalında birinci dərəcəli mükafat qazanıb

YAP Səbail rayon təşkilatının 33 illiyi qeyd olunub

"Zəfərdən Suverenliyə: Qanla yazılan tarix" Forumu Naxçıvanda keçirildi

Məlhəm Beynəlxalq Hospital beynəlxalq tibbi turizm ekspertlərini qəbul edib

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Bütün xəbərlər