BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

27 fevral 2025-ci il tarixində Yuxarı Avstriyanın paytaxtı Linz şəhərində böyük mədəniyyət mərkəzi olan “Ticarətçilər Cəmiyyətinin Sarayı”nda (Palais Kaufmannischer Verein) İtaliya mədəniyyətinə həsr olunmuş möhtəşəm ədəbi-musiqi gecəsi keçirilmişdir. “Bechiştein” Piano Mərkəzi və Società Dante Alighieri təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Piano Mərkəznin rəhbəri Georq Vizenger və Società Dante Alighieri (Avstriya-İtaliya) Cəmiyyətinin Linzdəki nümayəndəsi bildirmişlər ki, tədbir İtalyan mədəniyyətinin şeir və musiqisindən ibarət olan nümunələrinin təqdimatına həsr olunmuşdur. Belə ki, tədbiri təşkil edən və hazırda bütün dünyada 500-dən çox komitə və filialdan ibarət geniş şəbəkəyə malik olan bu təşkilat, hələ 1889-cu ildə şair və ədəbiyyat üzrə Nobel mükafatı laureatı Ciozue Karduççinin rəhbərliyi altında bir qrup italyan ziyalısı tərəfindən İtalyan dilinin və mədəniyyətinin dünyada qorunması və yayılması məqsədilə yaradılmış, böyük italyan şairi, yazıçısı, siyasi xadimi olmuş və italyan dilinin atası hesab edilən Dante Alighierinin adını daşımaqla, ümumilikdə 200.000-ə yaxın üzvüləri ilə təmsil olunmaqdadır. Keçirilən ədəbi-musiqili gecənin proqramında həmin təşkilatın nümayəndələri, tanınmış şairə xanım Sigrid Obermairin yazdığı yeni şeirlərinin təqdimatı və bəstəkar Gerhard Strizlin əsərləri daxil edilmişdir. Bəstəkar Gerhard Strizlin əsərlərinin ifası bədii gecənin musiqi hissəsinin ifaçısı Beynəlxalq Müsabiqələr laureatı, “Qran Pri” mükafatçısı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, gənc azərbaycanlı pianoçu Ayan Məmmədliyə həvalə edilmişdir. Avropada təhsil aldığı ötən 4 il ərzində Avropa və Amerika səhnələrində 30-a yaxın solo konsertlər verən Ayan Məmmədli ilk fürsətdə hər zaman olduğu kimi, bu dəfə də bu konserti də öz doğma Vətəninin musiqisi ilə açdı. Gənc musiqiçi konsertin proqramına daxil edilmiş Şopenin, Şumanın və Gerhard Strizlin əsərlərindən əvvəl, Vaqif Mustafazadənin “Mart” əsəri ilə ilk musiqi tövhəsini təqdim etdi. Gənc azərbaycanlı sənətçi yalnız Avopa tamaşaçısından ibarət olan auditoriyanı deyil, həm də italyan mədəniyyət xadimlərini öz ifaları ilə valeh edib. Tədbirin sonunda həm tədbir təşkilatçılarının, həm də yerli tamaşaçıların onun ünvanına söylədikləri xoş sözlər və Avropa mətbuatında artıq dərc olunmağa başlayan dəyərli fikirlər bir azərbaycanlı gəncinin böyük uğuru deməkdir!

  

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər