BAKU Azərbaycan
10.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Müasir İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi "Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasında rolu" adlı layihə çərçivəsində Bakı şəhərində ilk tədbirini keçirib.

Tədbirdə Müasir İnkişaf Birliyinin sədri, layihənin rəhbəri Mübariz Göyüşlü rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi tədbirlərdən, Agentliyin dəstəyi ilə gerçəkləşdirilən layihələrdən danışıb. O, bu layihə çərçivəsində görüləcək işlər zamanı multikulturalizm, onun Azərbaycan modeli, ölkəmizdəki etnik-dini durum barədə maarifləndirici çalışmalar həyata keçiriləcəyini söyləyib. M.Göyüşlü Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsi haqqında fikirlərini bölüşüb. M.Göyüşlü Azərbaycanın multikultural dəyərlərinin ölkə daxilində və xaricində daha da geniş şəkildə təbliğ edilməsinin vacib olduğunu qeyd edib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasındakı rolu haqqında ətraflı danışıb. O, bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. M.Cəbrayılov multikulturalizmin artıq azərbaycanlıların həyat tərzi, gündəlik yaşam forması olduğunu qeyd edib. Alim öz çıxışında ölkəmizdəki dini, etnik harmoniyadan, fərqli dinə və etnik qrupa məxsus olan insanların bir-birinə hörmətlə yanaşmasından danışıb. O, bir sıra xarici ölkələrin dini və etnik məsələlərdə problemlər yaşadığını, toqquşmaların, iğtişaşların, vətəndaş qarşıdurmasının baş verdiyini söyləyib. M.Cəbrayılov gəncləri həmin acı praktikanın, gərgin məqamların Azərbaycana gətirilməsinə imkan verməməyə çağırıb.

Sonda Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Qüdrət Cəfərov, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Aqşin Dərvişov, Cəlal Əliyev də fikirlərini bölüşüblər, suallar ünvanlayıblar. Tədbirdə səslənən önəmli təklif və tövsiyyələr qeyd edilib və aidiyyatı qurumlara çatdırılması qərarlaşdırılıb.

Qeyd edək ki, "Müasir İnkişaf" İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi "Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasında rolu" adlı layihə iki aylıq müddəti əhatə edir.

 

Son xəbərlər

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Tatarıstanda gənc pianoçu Sura Firdovsili Yana Sezon Beynəlxalq Müsabiqə və Festivalında birinci dərəcəli mükafat qazanıb

YAP Səbail rayon təşkilatının 33 illiyi qeyd olunub

"Zəfərdən Suverenliyə: Qanla yazılan tarix" Forumu Naxçıvanda keçirildi

Məlhəm Beynəlxalq Hospital beynəlxalq tibbi turizm ekspertlərini qəbul edib

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

Bütün xəbərlər