
Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…
ABŞ və İsrail fevralın 28-də İrana qarşı gözlənilən "geniş miqyaslı hərbi əməliyyata" başladı.
Mübaliğəsiz demək olar ki, uzun müddətdir dünyanın narahat olduğu, diqqətlə izlədiyi, nəticələrini həyacanla gözlədiyi bu münaqişənin bütövlükdə beynəlxalq münasibətlərə, dövlətlərarası siyasətə, geosiyasi duruma təsiri, qlobal və regional. təhlükəsizliyə, iqtisadi vəziyyətə təsiri və s. bu günlər demək olar ki, hər kəsin müzakirə etdiyi ən aktual mövzudur. Xüsusilə region ölkələrinin dövlət yetkililərindən, siyasətçilərindən, politoloqlarından, şərhçilərindən tutmuş, ən aşağı zümrəsində olanlara qədər, hər kəsin diqqətindədir, bu məsələ ən yüksək, nüfuzlu kürsülərdən tutmuş, bazarlarda, küçələrdə, mətbəxlərdə və s. bir sözlə hər yerdə müzakirə edilir. Müzakirələr, münaqişənin regionun üzləşə biləcəyi promlemlər, təhlükəsizlik məsələlərini həssaslaşdıracağı, ABŞ-İsrail koaliasiyasının başlatdığı havadan hücumların regional geosiyasi vəziyyətə, təhlükəsizliyə təsiri, onun gərginləşdirəcəyinə və əksinə bu və ya digər təhdidlərin aradan qaldırılacağına və s. kimi mövzular ətrafında aparılır. İqtisadçılar İran neftinin bazardan çıxması nəticəsində bölgə ölkələrinin, o cümlədən Azərbaycanın neft gəlirlərinin artması ehtimalından, münaqişənin uzanması xammal daşımalarında qeyri-sabitliyə, xərclərin artmasına gətirib çıxara biləcəyindən, İranın mümkün cavab zərbələri bölgədəki enerji və nəqliyyat infrastrukturuna dolayı risk yarada biləcəyindən danışırlar, Həmçinin bu qarşıdurmanın regionun investisiya mühitindəki riskləri artırıcağını və region ölkələrinin, investisiya risk qiymətləndirməsinə təsir edə biləcəyini diqqətə çatdırırlar.
Əlbəttə ki, müxtəlif dövlətlərin də və ayrı-ayrı siyasətçilərin də, sıravı vətəndaşların da, baxışları fərqlidir, hər kəs öz baxış bucaqlarına, maraqlarına uyğun və həmçinin bilik, bacarıqlarının və təhlil qabiliyyətlərinin imkan verdiyi səviyyədə fikir və mövqe ortaya qoyurlar. Amma demək olar ki, əksər hallarda hər bir qurumun, hər kəsin mövqeləri və münasibətləri müvafiq olaraq öz dövlətlərinin maraq çərçivəsində olur. Hətta ölkə daxilində biri-birinə qarşı siyasi rəqib olan qüvvələr belə, bu cür məsələlərdə ilk növbədə təmsil olunduqları dövlətin maraqlarına uyğun, bu münaqişənin bu və digər formada təsirlərini həmin dövlətin maraqları baxımından təhlil etməyə çalışır və bunu ictimaiyyətin diqqətinə məhz bu konkeksdə çatdırır və bu istqamətdə təşviqat aparırlar. Amma təəssüf ki, bu fikirləri öz ölkəmiz- Azərbaycan cəmiyyəti barədə birmənalı olaraq demək çətindir. Diqqəti çəkən məqam məhz bu məsələdə ölkəmizdəki vəziyyətin nisbətən fərqli olduğu, vətəndaşlarımızın bəzilərinin sadəlöhlükdənmi deyim, ya savadsızlıqdan, cəhalətdənmi, “inanclarından”, “dini baxışlarından” dolayı, bəzilərinin isə ölkəmizdə olan demokratik mühitin, fikir və söz azadlığının yaratdığı imkanlardan sui istifadə edərək öz merkantil hisslərini, şəxsi və maddi maraqlarını, məkrli niyyətlərini üstün tutduğu, vətəndaşı olduğu dövlətin maraqlarına, onun dünyadakı və regiondakı tutduğu mövqeyə uyğun olmayan münasibətləri sərgilədikləri açıq sezilir. Əlbəttə ki, bu vəziyyət KİV-də sosial şəbəkələrdə gedən qızğın müzakirələrdə öz əksini tapir. Bu prosesləri izləyərkən bir daha əmin olursan ki, ölkəmizdə sadəlöhv, cahalətin, mövhumatın və ən təhlükəsi də başqa dövlətilərin, həm də üzdə özünü dost kimi göstərən, əslində isə Azərbaycanın uğurlarını gözü götürməyən, hər vəhclə onun ziyanın çalışan dövlətlərin təbliğatının təsiri altında olanların sayı hələ də kifayət qədərmış. Azsavadlı, cahil insanların mövqelərinin səbəblərini haradasa bəlkə də izah etmək olar, amma bəzən təhsilli (savadlı demirəm, çünki savadlı adam bu cür düşüncə sahibi olması inandırıcı deyil, olsa demək məqsədlidir), kifayət qədər iş və ictimai-siyasi fəaliyyət təcrübəsi olan, zahirən ziyalı, sivil görkəmi olan, necə deyərlər "qalstuklu, bazburutlu”, özlərini ölkəmizin siyasi həyatının "vacib fiqurlarından" sayan birilərinin fikirlərindən orta əsrlərin qoxusu gələn açıqlamaları, başqa dövlətlərin liderlərinə şəninə edilən, məthiyyələr, sanki ona sədaqət andı içirmiş kimi verdiyi bəyanatlar ikrah hissi doğurmaqla yanaşı, nonsensdir! Müstəqil dövlətin ictimai-siyasi həyatında belə insanların olması həm də təhlükəlidir!!! Xüsusilə belə bir həssas məqamda insanların inancı və hissləri oynayaraq, onlara təsir etməyə cəh edərək, başqa dövlətin təəssübünü önə çıxarmaq, onun maraqlarını təşviq etmək nə qədər məqsədə uyğundur? Axı digər insanlardan fərqli olaraq bunların auditoriyası və təsir imkanları var. Özünü siyasətçi, politoloq və ya jurnalist kimi cəmiyyətə sırımağa bacaran, 4-5 dəfə özəl kanallarda müxtəlif mövzularda “siyasi şərhçi” kimi məntiqsiz şərhləri və heç vaxt reallaşmayan proqnozları ilə yadda qalan, ambisiyaları imkanlarını qat-qat üstələyən, bu kəslərin vətəndaşı olduğu dövlətin, çörəyini yediyi, suyunu içdiyi vətənin deyil, başqa, həm də Azərbaycana qarşı yumşaq desək dost münasibət sərgiləməyən dövlətin siyasətinə, onların maraqlarına uyğun mövqe təblig etməsini, insanlar inandırmağa çalışmasını nə ilə izah etmək olar? Necə olur ki, başqa dövlətin rəhbəri ilə bağlı edilən tənqidlərə əməlli-başlı cəbhə açan bu siyasi oyunbazlar, buqəlamunlar müəyyən dairələrin (əslində elə onların təəssübünü çəkdiyi dövlətlərin də dolayı dəstəyi ilə) öz dövlətimizə, onun rəhbərinə qarşı edilən hücumlara qarşı çıxmağa heç bir dəfə olsa təşəbbüs göstərməyiblər, atılan qərəzli, addımlara, qarayaxma kampaniyalarına qarşı eyni canfəşanlığı sərgiləməriblər? Niyə bu insanlar özlərini, həm mənəvi, həm əxlaqı, həm də hüquqi cəhətdən belə rahat hissi edə bilirlər?
Sonda da bir neçə kəlmə həmin insanlara tövsiyə: ”Elementar həqiqətləri görməmək və ya görməməzlikdən gəlmək çox ziyanlıdır. Fərqi etməz bu ya cahillikdən, savadsızlıqdan, ya da həmin adamların psixoloji durumundan qaynaqlanır. Ələxüsus da başqa dövlətlərin, siyasi, dini, maliyyə və s. dairələrinin təsiri altında, onların göstərişləri ilə qərəzli, yanlış informasiyaları yaymaq, həmin qüvvələrin maraqlarına uyğun təbliğat aparmaq çox təhlükəlidir və xəyanətdir! Çalışın həqiqətləri söyləyin, bunu bacarmırsınızsa sadəcə susmağınız məsləhətdir!
Əhməd N. Abbasbəyli
Siyasi şərhçi




