BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Noyabrın 14-də Quba rayonu Afurca kənd tam orta məktəbinin adını daşıyan şəhid Mahmud Mahmudovun doğum günü və məktəbin məzunu, Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Azər Mustafayevlə görüş münasibətilə tədbir keçirilib.
Planetinfo.az xəbər verir ki, öncə Quba rayonu Mahmud Mahmudov adına Afurca kənd tam orta məktəbinin direktoru Hikmət Hüseynov çıxış edərək şəhidin həyat və döyüş yolu haqqında məlumat verib:
“Məktəbimizin adını daşıyan şəhid Mahmud Mahmudov yaşasaydı, bu gün 66 yaşı olacaqdı. Məlumat üçün bildirmək istəyirəm ki, Mahmudov Mahmud Mahmudağa oğlu 14.11.1959-cu il tarixdə Quba rayonunun Afurca kəndində anadan olub. O, 1977-ci ildə Afurca kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1979–1981-ci illərdə Çita şəhərində hərbi xidmətdə olub, feldşerlik ixtisasına yiyələnib. 1981–1986-cı illərdə keçmiş Politexnik İnstitutunun Maşınqayırma fakültəsini bitirib. “İskra” (indiki “Alov”) zavodunda, daha sonra Hövsan Dəniz Limanında çalışıb. 1992-ci ilin dekabrında Suraxanı Rayon Hərbi Komissarlığı tərəfindən 33 yaşı və iki azyaşlı övladı olmasına baxmayaraq, cəbhəyə göndərilib. Tərtər batalyonunun tərkibində döyüşlərdə iştirak edib. Son döyüşündə Sərsəng SES yaxınlığında Tərtər rayonunun İsmayılbəyli kəndindən olan yaralı döyüş yoldaşını xilas edərkən erməni snayperinin gülləsi ilə şəhid olub. 04.03.1992-ci ildə cənazəsi Afurca kəndində dəfn olunub. Şəhidlər dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın isə əbədi örnək təmsilçiləridir.”
Hikmət Hüseynov Afurca kəndinin qəhrəman, vətənpərvər və ölkəmizi xaricdə layiqincə təmsil edən sakinləri ilə fəxr etdiklərini bildirib:
“Onlardan biri də bu gün bizim fəxri qonağımız – Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Azər Mustafayevdir. Qonağımız vaxtilə məktəbimizin çox fəal şagirdlərindən olub. Daha sonra hərbi xidmətini Krasnoyarsk şəhərində keçib. Hərbi xidmətdən sonra Krasnoyarsk Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsil diplomu alıb. Azər müəllim hər zaman məktəbimizi, kəndimizi, xalqımızı və bütövlükdə Azərbaycanımızı xaricdə yüksək səviyyədə təmsil edib.”
Sonra Azər Mustafayev çıxış edərək bütün tədbir iştirakçılarını salamlayıb və Afurca kənd tam orta məktəbini 1984-cü ildə bitirdiyini qeyd edib:
“Mənim təhsil aldığım məktəbin adını daşıyan şəhid Mahmud Mahmudovun doğum günü ilə bağlı mərasimdə iştirak etməkdən qürur duyuram. Bütün Krasnoyarsk diasporu adından I və II Qarabağ müharibələrinin şəhidlərinin ruhu və onların valideynləri qarşısında baş əyirəm. Allahdan bütün qazilərimizə şəfa diləyirəm. Var olsun Azərbaycan əsgəri! Var olsun belə bir ordunu yaradan və ona rəhbərlik edən Ali Baş Komandan cənab İlham Əliyev! Bizim də diaspor olaraq məqsədimiz milli-mənəvi dəyərlərimizi, zəngin mədəniyyətimizi və özünəməxsus adət-ənənələrimizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir.”
Daha sonra Azər Mustafayev Azərbaycanın qəhrəman oğullarından bəhs edən “Böyük Qələbənin varisləri” kitabını Afurca kənd tam orta məktəbinə hədiyyə edib. Qeyd edək ki, kitabda Afurca kəndinin üç sakininin həyat və döyüş yolu haqqında geniş məlumat yer alır.








Son xəbərlər

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Tatarıstanda gənc pianoçu Sura Firdovsili Yana Sezon Beynəlxalq Müsabiqə və Festivalında birinci dərəcəli mükafat qazanıb

YAP Səbail rayon təşkilatının 33 illiyi qeyd olunub

Məlhəm Beynəlxalq Hospital beynəlxalq tibbi turizm ekspertlərini qəbul edib

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Bütün xəbərlər