BAKU Azərbaycan
10.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Güc xarakterlə birləşdirildikdə əsl çempionlar doğulur. Özbəkistanın belə yüksələn ulduzlarından biri də damarlarında azərbaycanlı qanı axan gənc idmançı Hüseynov Əmrah Mehdi oğludur. Onun amalı vətəninin bayrağını dünya idmanının zirvələrinə qaldırmaqdır. 2006-cı il təvəllüdlü Əmrah uşaqlıqdan sakit xasiyyəti, tədbirliliyi və daxili özəyi ilə seçilir. O, 7-ci sinfə qədər 161 nömrəli tam orta məktəbdə oxuyub və 2019-cu ildə taleyüklü addım atıb - Özbəkistan Respublikasının Olimpiya Ehtiyatları Kollecinə daxil olub. Məhz burada onun atletik iradəsi sərtləşməyə başladı, özü ilə mübarizəsi və böyük qələbələrə aparan yolu başladı. 2024-cü ildə kolleci əla nəticələrlə bitirən Əmrah Dövlət Bədən Tərbiyəsi Universitetində təhsilini davam etdirərək, burada təkcə idmançı deyil, həm də gələcək müəllim, mentor və bəlkə də yeni çempionların gələcək məşqçisi kimi yeni səhifə açdı.
Əmrah şəhər və rayon turnirlərinin dəfələrlə qalibi olub, Özbəkistan çempionatında dəfələrlə fəxri kürsünün yüksək pillələrinə qalxıb. Lakin onun şöhrəti çoxdan ölkə hüdudlarından kənara çıxıb. Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə - bu ölkələrdə Əmrah Hüseynovun adı parlaq qələbələri və dəmir iradəsi sayəsində artıq tanınıb.

“ABŞ-da rəqiblərimə çox asanlıqla qalib gəldim”

ABŞ-da keçirilən turnirlər əsl sınaq oldu. 2022-ci ildə Pensilvaniya və Nyu-Yorkda keçirilən nüfuzlu beynəlxalq yarışların gümüş və bürünc mükafatçısı olub. Artıq 2025-ci ildə Floridada Combat Spartan turnirində (23 may - 2 iyun) Əmrah 61 kq çəki dərəcəsində çempion olub və komanda yarışında bürünc medal qazanıb.
Əmrah Hüseynov Combat Spartan turnirindəki döyüşləri ilə bağlı təəssüratlarını bölüşüb: “Mən ikinci dəfədir ki, ABŞ-da güləş yarışlarında iştirak edirdim. Biz bu turnirinə çox ciddi hazırlaşmışdıq. Xüsusən ABŞ idmançılarının taktikalarını öyrənmişdim. Qarşılaşacağım rəqiblərimi də təxnini öncədən bilirdim. Buna görə də onların haqqında öyrənmişdim. Döyüşlərinə baxıb hardan, necə hücum edəcəklərini bilirdim. Bir sözlə, rəqiblərimin hücum taktikalarına qarşı cavab fəndləri özüm üçün hazırlamışdım. Ona görə də rəqiblərimə çox asanlıqla qalib gəldim.

“Əmrah perspektivli və gələcəyi parlaq olan güləşçilərimizdəndir”

Onun atası Mehdi Hüseynov da Özbəkistanın tanınmış güləşçisidir. O, Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzi nəzdindəki güləş bölməsinin məşqçisi olub. Atası Mehdi Hüseynov oğlunun uğurları ilə hər zaman fəxr etdiyini deyir: “Əmrahın hər bir nailiyyəti mənim üçün böyük bir qürur mənbəyidir. Onun əzmi, zəhməti və iradəsi ilə bu səviyyəyə çatması məni sevindirir. Hər dəfə onu mükafat kürsüsündə görəndə, sanki özüm qalib gəlmiş kimi hiss edirəm. O, təkcə bizim ailənin deyil, həm də Vətənimizin fəxridir”.
Ümumiyyətlə, Özbəkistanda azərbaycanlı idmançılar hər zaman öz uğurları ilə seçiliblər. Özbəkistanda və Azərbaycanda tanınmış güləşçi, 3 qat dünya çempionu Mais İbadov da belə idmançılardandır. O, Əmrahın bir çox yarışlarında fəxri qonaq kimi iştiark edib. Mais İbadov Əmrahın perspektivli güləşçilərdən olduğunu deyib: “Əmrah yaşına baxmayaraq, artıq öz potensialını göstərib. Onun texnikası, fiziki hazırlığı və ən əsası, qələbə əzmi gələcəkdə böyük uğurlara imza atacağının göstəricisidir. Biz onun kimi idmançılara daim dəstək olmalıyıq. Əmrah perspektivli və gələcəyi parlaq olan güləşçilərimizdəndir”.

Özbəkistanda və Azərbaycanda Əmrahın azarkeşləri onun gələcəyinə çox böyük ümid bəsləyirlər

Əmrah sadəcə idmançı deyil, aydın həyat mövqeyinə malik insandır. Arzusu Özbəkistanın bayrağını Olimpiya Oyunlarında qaldırmaq, respublikanın Əməkdar idmançısı olmaq və gənclər arasında idmanın inkişafına töhfə verməkdir. O, əsas insani dəyərləri unutmadan ölkəsinin faydalı vətəndaşı olmağa çalışır.
Əmrah mütəmadi olaraq Azərbaycanda güləş üzrə təlim-məşq toplantılarında iştirak edir. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi də onun güləş taktikasını təqdir edir. Ümumiyyətlə, Özbəkistanda və Azərbaycanda Əmrahın azarkeşləri onun gələcəyinə çox böyük ümid bəsləyirlər.
Hüseynov Əmrah artıq beynəlxalq idman arenasında səslənən bir addır. Ancaq ən vacibi hələ qarşıdadır. Onun yolu güc, iradə, şərəf və Vətən sevgisi yoludur. Onun hekayəsi gənclər üçün ilham mənbəyidir və məqsədi Olimpiya zirvəsidir.

Son xəbərlər

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Tatarıstanda gənc pianoçu Sura Firdovsili Yana Sezon Beynəlxalq Müsabiqə və Festivalında birinci dərəcəli mükafat qazanıb

YAP Səbail rayon təşkilatının 33 illiyi qeyd olunub

"Zəfərdən Suverenliyə: Qanla yazılan tarix" Forumu Naxçıvanda keçirildi

Məlhəm Beynəlxalq Hospital beynəlxalq tibbi turizm ekspertlərini qəbul edib

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

Bütün xəbərlər