BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Azərbaycan həm qonşu, həm də Avropa Birliyi ölkələri üçün etibarlı tərəfdaş statusunu qazanıb”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Deputat bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində Azərbaycanın Dövlət Neft Şirkəti ilə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya şirkətləri arasında əməkdaşlıqla bağlı Anlaşma Memorandumunun imzalanması böyük bir tarixi hadisədir: “Azərbaycan hazırda altı ölkəyə qaz ixracı keçirir. Lakin Anlaşma Memorandumunun imzalanmasından sonra həmin ölkələr Azərbaycan qazını qəbul etmək üçün lazımi infrastruktura sahib olsalar, o zaman Azərbaycan qazını altı ölkədən on ölkəyə çatdırmaq imkanı əldə edəcək. Bu da bütövlükdə Azərbaycanın qaz ixracının coğrafiyasının genişlənməsi və gəlirlərinin artması baxımından mühüm imkanların yaranması deməkdir”.

O vurğulayıb ki, Azərbaycan Avropa Birliyinə üzv ölkələr üçün etibarlı enerji ixracatçısı statusuna sahibdir, artıq 27 ilə yaxındır Avropaya neft ixrac edir: “Ölkəmiz eyni zamanda qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Bu baxımdan Azərbaycan həm qonşu, həm də Avropa İttifaqı ölkələri üçün etibarlı tərəfdaş statusunu qazanıb. Ona görə də hazırda bu sahədə ölkəmizlə əməkdaşlıq etməyə can atan bir sıra ölkələr var”.

Deputat qeyd edib ki, Azərbaycan eyni zamanda Avropa üçün yaşıl enerji ixracatçısı statusunu qazanmağa başlayıb və buna iddialıdır: “Ona görə də sözügedən istiqamətdə infrastrukturun inkişaf etdirilməsi üçün işlər aparılır. Azərbaycanın 200 qiqavatdan çox yaşıl enerji potensialına sahib olması gələcəkdə yeni anlaşmaların imzalanmasına, Azərbaycan yaşıl enerjisinin böyük həcmdə Avropa bazarlarına daxil olmasına imkan yaradacaq”.

T.Mirkişili əlavə edib ki, bütövlükdə imzalanan bütün memorandumlar və Azərbaycanın qonşu ölkələrlə, xüsusilə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri ilə əldə etdiyi razılaşmalar ölkəmizin siyasi-iqtisadi nüfuzunun Avropada kifayət qədər yüksək olması anlamına gəlir: “Bu, eyni zamanda Prezident İlham Əliyevin apardığı xarici iqtisadi siyasətin kifayət qədər uğurlu və etibarlı olmasıdır ki, bütün bunların nəticəsindən Azərbaycan dövləti və xalqı kifayət qədər faydalanacaq”.

 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər