BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu gün istehlakçı əhval-ruhiyyəsi indeksləri bütün dünyada geniş istifadə olunur və ən yaxından izlənilən iqtisadi göstəricilər sırasındadır. İstehlakçı əhval-ruhiyyəsi ilə iqtisadiyyatın vəziyyəti arasındakı əlaqəni iqtisad elmi daim araşdırır. 

Hazırda dünyada insanların istehlak xərcləri  qlobal ÜDM-in təxminən 60%-ni təşkil edir və bir sıra ölkələrdə, məsələn, ABŞ-da bu daha da yüksəkdir. İstehlakçılar iqtisadi və maliyyə şərtləri ilə bağlı optimist olduqda, onların xərcləmək istəyi artır və onlar istehlakı artırırlar və bu da iqtisadiyyatda tələbin artmasına gətirib çıxarır - nəticədə biznes istehsalı artırır, investisiyalar yatırır və yeni işçilər işə götürür, ÜDM artır, işsizlik azalır.

Bununla belə, istehlakçı gözləntilərinin iqtisadi fəaliyyətin aparıcı göstəricisi kimi çıxış etməsi faktı praktiki olaraq mübahisəli olmasa da, onların iqtisadiyyata təsirinin miqyası məsələsi hələ də mübahisəlidir. Bu cür mübahisələr onunla izah oluna bilər ki, istehlakçı əhval-ruhiyyəsinin iqtisadiyyata nə dərəcədə təsir etməsi iqtisdiyyatın ölçüsündən və inkişaf səviyyəsindən, habelə müəyyən ölkədə kapital bazarlarının nə dərəcədə səmərəli olmasından asılıdır.

1975-2019-cu illər üçün İƏİT-in 16 ölkəsində fundamental iqtisadi göstəricilərin dinamikasını, habelə bu ölkələrdə istehlakçı və investor əhval-ruhiyyəsini təhlil etdikdən sonra  aşkar olundu ki:

- Fond bazarları daha inkişaf etmiş böyük iqtisadiyyatlarda iqtisadi agentlər arasında artan nikbinlik istehlakı, məşğulluğu və gəliri artırır, lakin təsir mülayim, nisbətən qısa müddətli - iki ilə qədər olur və məhsuldarlığa təsir göstərmir. Yəni iqtisadiyyatın əhval-ruhiyyəyə reaksiyası qısa müddətli dalğalanmalarla nəticələnir;

- Nisbətən daha az səmərəli fond bazarlarına malik olan iqtisadiyyatlarda iqtisadi agentlər arasında nikbinlik məhsuldarlığın artımı ilə yanaşı, uzunmüddətli iqtisadi artımı da dəstəklıyir. Artan nikbinlik daha uzun üfüqdə - dörd il ərzində istehlak, məşğulluq və gəlirdə əhəmiyyətli artımla müşayiət olunur;

- Yaxşıl əhval-ruhiyyə səhm qiymətlərinin artmasına kömək edir, bu da öz nöbvəsində
İqtisadiyyatın sağlamlığı haqqında əlavə siqnal rolunu oynamaqla investorları investisiyaları artırmağa stimullaşdırır;

Maraqlıdır ki, daha az səmərəli bazarlarda investorlar istehlakçı optimizmini səhvən daha yaxşı investisiya imkanlarının siqnalı kimi şərh edirlər. Beləliklə, daha az səmərəli bazarları olan ölkələrdə istehlakçı əhval-ruhiyyəsi iqtisadi bumun hərəkətverici qüvvəsinə çevrilir. Daha çox inkişaf etmiş bazarları olan ölkələrdə isə bu yalnız qısamüddətli dalğalanmalara səbəb olur.

Azərbaycanda son 3 il ərzində əldə etdiyimuz Zəfərdən sonra istehlakçı əhval ruhiyyəsində böyük yüksəliş müşahidə edilir. İqtisadi təhlillərə görə bu optimizm iqtisadiyyatda yeni bumun yaranmasına gətirib çıxaracaqdır. Hazırda aparılan iqtisadi siyasətin əsas məqsədi də məhz həm də bu amildən yararlanaraq qeyri-neft və innovasiylar sektorunu inkişaf etdirməkdir. 

                                Tahir Mirkişili

 Milli Məclisin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin sədri

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər