BAKU Azərbaycan
27.18 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Ermənistanın təcavüzkarlığına, Azərbaycanın torpaqlarının vandalizmə məruz qalmasına, bir milyona yaxın soydaşımızın öz yurd-yuvasından didərgin düşməsinə göz yumanlar, bu gün yenə də dövlətimizə qarşı öz qərəzli mövqelərini nümayiş etdirirlər". Bu haqda Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan haqqında böhtan xarakterli fikirlərini şərh edərkən danışıb.
Asif Əsgərli deyib ki, Fransanın bu mövqeyi anlaşılmazdır: "Makron deyir ki, onu heç kim neft və qazla ala bilməz. Lakin onun bu gün erməni lobbisinə satıldığı açıq-aydın görünür. Bu adam vicadanı, ədaləti yaddan çıxararaq işğalçı Ermənistanın və onun lobbisinin alətinə çevirilib. 
Azərbaycana qarşı sanksiyalar tətbiq etmək istəyən Fransa Senatı məgər 30 ilə yaxındır ki, Ermənistanın işğalçılıq siyasyətini görmürmü?! Belə bir ölkə ilə hər hansı münasibət qurmağa belə, dəyməz". 
Politoloqun sözlərinə görə, Makrona ən layiqli cavabı Prezident İlham Əliyev 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında verib: "Cənab İlham Əliyev bildirib ki, Fransanın Ermənistanı atmayacağı kimi fikirlər iki dövlət arasındakı münasibətləridir. "Bundan sonra Fransa hökumətinin belə münasibəti ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”, - deyə dövlətimizin başçısı vurğulayıb. Bu, həmçinin Fransanın ATƏT Minsk qrupundakı fəaliyyətinin də yartımazlığının bir nümunəsidir. Qeyd edim ki, Fransa Prezidentinin son bəyanatları təkcə Azərbaycan deyil, bir çox dünya liderləri tərəfindən də tənqidlə qarşılanıb.  Britaniya, ABŞ və Rusiya rəsmiləri də Emmanuel Makronun bəyanatlarını qınayıblar. Fransa bununla bir daha  ikiüzlü, vədinə xilaf çıxan və qərəzli ölkə olaraq dünya siyasi gündəminə düşüb".


 

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər