BAKU Azərbaycan
29.48 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

ko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 may  2026-ci il tarixindən “Azərbaycan endemləri barədə məlumatlılığın artırılması” layihəsini icra edir. Layihənin əsas məqsədi – iqlim dəyişikliyi ilə kəskinləşən səth sularının çirklənməsi kimi qlobal ekoloji problemin həllinə kömək etməkdir.  Bu səbəbdən də layihə işində Azərbaycan ərazisində yerləşən bir sıra göllərin hidroloji vəziyyəti, göl səth sularının və sahilyanı ərazilərin plastik tullantılarla  çirklənməsi, zibillənməsi  problemini araşdırmaq və ictimaiyyətin məlumatlığını artırmaqla ətraf mühitlə bağlı maarifləndirməkdir.

Eko Aləm İctimai Birliyinin sədri Sevil Yüzbaşevanın məlumatına görə icra planına uyğun olaraq Bakı və Abşeronda yerləşən Qırmızı, Xocahəsən və Bülbülə göllərində araşdırmalarını həyata keçirtmişdir.

 

Qırmızı göl

Qırmızı göl çökəkliyi geoloji baxımdan vaxtilə Xəzər dənizinin böyük bir körfəzi olub. Əsrlər ərzində Xəzərin səviyyəsinin enməsi və geri çəkilməsi nəticəsində bura dənizdən tamamilə ayrılaraq müstəqil şorsulu gölə çevrilmişdir. Bakıda neft sənayesinin pik nöqtəsinə çatdığı XX əsrin ortalarından etibarən, göldən ətrafdakı neft mədənlərindən çıxan lay sularının axıdılması üçün qəbuledici anbar kimi istifadə edilmişdir. Gölün ekoloji vəziyyətinin kritik həddə çatması səbəbindən 1976-cı ildə rəsmi olaraq bura neft-lay sularının axıdılması tam dayandırılıb. Lakin onilliklər ərzində dib çöküntülərinə yığılan neft məhsulları və fenollar gölün təbii balansını tamamilə dəyişib.

Rəsmi statistikaya görə gölün ümumi ərazisi 7,2 km², suyunun həcmi isə 8,3 milyon m³ təşkil edir. Keçmişdə bütöv bir su hövzəsi olsa da, sonradan çəkilən süni torpaq bəndlərlə bir-birindən ayrılmış 4–5 kiçik göl sisteminə (Xocasən və Lökbatan gölləri daxil olmaqla) bölünmüşdür. Göl tipik şorsulu göllər qrupundadır.

Məlumatlara görə tərkibində kalsium, maqnezium, xlorid və sulfatların konsentrasiyası normadan dəfələrlə çoxdur. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Lökbatan Qırmızı gölünün ekoloji deqradasiyasının qarşısını almaq və gölün dibini zərərli çöküntülərdən təmizləmək üçün dövlət səviyyəsində layihələr planlaşdırılır.

Gölün ətrafında çirklənmənin qarşısı tam alındıqdan sonra su kənarı boyunca piyada gəzinti yolları, velosiped zolaqları və yaşıllıq massivlərindən ibarət sahil bulvarının inşası planlaşdırılır.

Vizual monitorinq zamanı məlum oldu ki, həqiqətəndə  Lökbatan qəsəbəsindəki Qırmızı gölün suyunun rəngi və şəffaflığı təbii mineral tərkibi və yüksək dərəcəli çirklənmə səbəbindən standart təmiz su xüsusiyyətlərindən kəskin fərqlənir. Açıq mənbələrdə toplanan məlumatlarda o da  deyilir ki, göl yüksək minerallaşmaya (kalsium, maqnezium, xloridlər və sulfatların yüksək konsentrasiyası) malikdir. Bu cür şorsulu göllərdə isti aylarda buxarlanma artdıqca duzluluq pik həddə çatır və xüsusi mikroskopik yosunlar aktivləşərək suya tünd-qırmızı və ya çəhrayı-qonur çalar verir.

Lökbatan qəsəbəsindəki Qırmızı gölün suyunun qoxusu kəskin, xoşagəlməz və boğucudur. Göl uzun illər boyu güclü antropogen çirklənməyə məruz qaldığı üçün ərazidə spesifik qoxu dərhal hiss olunur.

Müşahidə apardığımız ərazilərdə yəqin ki, uzun illərdir ki, neft-lay sularının axıdılması tam dayandırıldığından kəskin qoxu hiss edilmirdi. Göl rəsmi olaraq yüksək antropogen (insan amili) çirklənməyə məruz qalmış zona hesab edilsədə bizim müşahidə apardığımız təsadüfi yerlərdə məişət tullantıları ilə çirklənməyə rast gəlinmədi. Bu da açıq mənbələrdə olan Qırmızı göl və onun ətraf ərazilərində plastik tullantı sıxlığının olduqca yüksək olduğu barədə olan məlumatlar özünü doğrultmadı.

Ərazidə balıqçılıq tullantılarının (köhnə torlar, tilov qalıqları, sintetik iplər və s.) demək olar ki, yox dərəcəsindədir. Ona görə ki, göl illərlə neft lay suları, ağır metallar və məişət-çirkab suları ilə çirkləndiyi üçün burada balıqların yaşaması qeyri-mümkündür.

Qırmızı gölün sahil xəttinin vəziyyəti antropogen (insan fəaliyyəti) təsirlər nəticəsində güclü deformasiyaya uğramışdır və bərbad vəziyyətdədir. Gölün təbii ekosistemi tamamilə pozulduğundan, sahili fərqli problemlərə malik zonaya çevrilmişdir. Bölünmüş hissələrin bəziləri tamamən qurumuşdur. Bu ilin bol yağıntılı keçməsi də gölün qurumuş hissəsini  su ilə doldurmamışdır.

Qırmızı gölün sahil xəttində suyun geri çəkilməsi təbii buxarlanma və ən əsası süni qurutma layihələri səbəbindən fərqli zonalarda fərqli olduğu müşahidə edilirdi. Qırmızı gölün suyunun iqlim dəyişmələri səbəbindən geri çəkilməsi nəticəsində sahil zonasında kəskin duzlaşma (ağ ləkələr) və dərin çatlar intensiv şəkildə müşahidə olunur.

Qırmızı gölün sahilində və ya suyun üzərində kütləvi cansız (ölü) balıq bədənlərinə rast gəlinmir. Göldə və onun ətrafında quşların sayı Abşeronun digər təbii gölləri ilə müqayisədə olduqca azdır.

 

Xocasən gölü

Xocasən gölü Bakı şəhərinin Yasamal dərəsində Xocasən qəsəbəsinin yaxınlığında yerləşir və ətrafı dağ silsiləsi ilə əhatə olunub. Xocasən gölü Bakı və Abşeron yarımadasının ətraf mühitində xüsusi yeri olan təbii su hövzəsidir. Əsrlərdən bəri bu göl kənd təsərrüfatı, maldarlıq və suvarma üçün əvəzsiz mənbə olub. Xocasən gölü həm təbiət, həm də sosial həyat üçün önəmli bir sərvətdir. Onun qorunması gələcək nəsillərə təmiz və sağlam təbiət ötürmək baxımından zəruridir. Göl həm coğrafi mövqeyi, həm tarixi əhəmiyyəti, həm də son dövrlərdə gündəmə gələn ekoloji vəziyyəti ilə tanınır.

Xocahəsən gölü vaxtı ilə əhalinin duza olan tələbatını ödəyirdi. Göldən çıxarılan duzdan həm qida, həm də heyvanat üçün istifadə olunmuşdur. Buraya dəvə karvanları ilə gələn tacirlər duz alaraq başqa ölkələrə satmaq üçün aparardılar. Duz kənd camaatının gündəlik çörəkpulu hesab olunardı. Deyilənə görə, 1946-cı ildə yaxınlıqdakı neft mədənlərindən sonradan ətraf müəssisələrin çirkab suları gölə axıdıldığından bura natəmiz əraziyə çevrilmişdi.

Xocahəsən gölünün akvatoriyası 175 ha, dərinliyi 2 m, suyunun həcmi isə 3,2 mln m³-dir. Gölə il ərzində 9040 min m³ məişət-sənaye çirkab suları atılır ki, onların da 80%-i məişət mənşəli tullantılarıdır, suyunun minerallığı isə 2,5 q/l-dir.

Xocasən gölü təbii göldür və yeraltı və yağış suları hesabına formalaşır. Gölün ətrafının bitki örtüyü qamışlıq, kolluq, otlaq sahələri ilə formalaşıb. Xocasən gölünün canlı aləmini isə    su quşları, kiçik balıqlar, müxtəlif bitkilər təşkil edir. Əsas ekoloji problemləri isə suyunun azalması, tullantılarla  çirklənməsidir. Xocasən gölünün suyu uzun illər boyu çirklənməyə məruz qalıb. Bu səbəbindən aşağı şəffaflığa və bulanıq, tünd rəngə malikdir. Xocasən gölünün suyu təmizlənməmiş çirkab sularıdır. Bu tullantıların təsiri nəticəsində ətrafa kəskin, spesifik və xoşagəlməz üfunət qoxusu yayır.

Plastik tullantılarla da yüksək dərəcədə çirklənmişdir. Gölün sahil xətti və suyunun üst qatı makro və mikro-plastik tullantılarla yüksək dərəcədə çirklənmişdir. Balıqçılıq tullantıları Gölün müəyyən sahil zolaqlarında lokal çirklənmə ocaqları yaradır. Xocasən gölünün sahil xəttinin mövcud vəziyyəti qeyri-bərabərdir, böyük hissəsi baxımsız və antropogen (insan) təsirə məruz qalmışdır.

Lakin müəyyən hissələrində ekoloji bərpa işlərinə aparıılmışdır. Xocasən gölünün sahilyanı torpaqlarda şiddətli şorlaşma  müşahidə olunur. Gölün insan ayağı az dəyən şimal və qərb hissələrindəki sıx qamışlıqlar quşlar üçün həm sığınacaq, həm də köçəri növlər üçün tranzit məntəqəsidir. Göldə yalnız çirklənməyə və yüksək minerallaşmaya ən dözümlü olan karas (gümüşü daban balığı) və bəzi xırda çəki növləri yaşaya bilir.

Gölün son illərdə bərpa işləri sayəsində suyunun tərkibini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Xocəsən gölü ətrafında həyata keçirilən bərpa və abadlıq işləri ekosistemin sağlamlaşdırılması, ətraf mühitin qorunması və regionda yaşıl dəhlizin yaradılması məqsədi daşıyır. Layihə çərçivəsində aparılan əsas tədbirlərə tullantıların idarə olunmasını yaxşılaşdırmaq, göl ətrafının çirklənmədən qorunması və təmizlənməsi istiqamətində fəaliyyətlər daxildir. Göl ətrafında yaşıllaşdırma işləri aparılaraq ağacəkmə kampaniyaları təşkil edilmişdir. Göl yaxınlığında təbiətin qorunması və ekoturizmin inkişafı üçün yeni Nəbatat Parkının yaradılması layihəsinin  icra edilməsi də nəzərdə tutulmuşdur.

Xocəsən gölünün suyunun təmizlənməsi və ekoloji balansının bərpası istiqamətində çirkab suların axıdılmasının qarşısının alınması və infrastrukturun yenidən qurulması sahəsində kompleks işlər həyata keçirilir.

Xocəsən gölü ilə başlı araşdırmalarımızı aparmaq üçün qəsəbəyə səfər etdik. Qəsəbənin girişindən gölün başlanğıc ərazisinin təmizliyini müşahidə etdik. Həqiqətən də məlumatlarda deyildiyi kimi buradakı  göl ətrafı ərazilər təmiz və yaşıllaşdırılmışdı. Bu fəaliyyətləri müsbət qiymətləndirdik. Qəsəbə boyu göl ətrafı çox geniş ərazilərdə yaşıllaşdırma işləri aparılmışdı. Qəsəbənin girişində göldən kəskin qoxu gəlmirdi. Gölün ortalarına və sonuna doğru irəlilədikcə vəziyyət dəyişirdi. Həm məişət, həm də  plastik tullantıların çoxluğu eləcədə ətrafa yayılan kəskin qoxu insanı narahat edirdi. Bu kəskin qoxu nəfəs almağı çətinləşdirirdi.

Ancaq buna baxmayaraq ərazidə ciddi yaşıllaşdırma aparılmış, dağ yamaclarında belə ağaclar əkilmişdi. Amma Nabatat Bağı ərazisinin gələcəkdə harada olacağı  barədə nişana rastlanmadıq. Bəlkədə başqa yerdə idi, biz həmin ərazini görmədik. Çünki gölə çox yaxınlaşa bilmirdik yol yox idi.

Açıq mənbələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən gölə axan məişət sularının qarşısını almaq üçün Şıxov istiqamətinə yeraltı tunel vasitəsilə yeni kanalizasiya xətləri çəkilməsi barədə məlumatlar var. Bu məlumatda deyilir ki, Sahil qəsəbəsi ərazisində quraşdırılan müasir təmizləyici qurğular vasitəsilə Xocəsən və Lökbatan göllərinin çirkab suları tam təmizləndikdən sonra zərərsizləşdirilmiş şəkildə Xəzər dənizinə yönəldilir. Toplanan çirkab suların gölə tökülməsinin qarşısını tam almaq üçün xətlər yeraltı tunellər vasitəsilə Lökbatan qəsəbəsi yaxınlığında inşa edilən yeni regional təmizləyici qurğuya və Şıxov kollektoruna istiqamətləndirilir. Həmçinin məlumatlarda deyilir ki, Xocasən qəsəbəsi daxilində küçələr üzrə şəbəkənin qurulması və tikinti qrafiki Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Bakı şəhəri və ətraf qəsəbələrin kanalizasiya master-planına uyğun olaraq mərhələli şəkildə icra edilir.

Bu məlumatları yoxlamaq imkanımız olmadı.

Bülbülə gölü

Eko Aləm ictimai birliyinin üzvləri Bülbülə gölü ilə bağlı araşdırmalarını həyata keçirmək üçün 21 iyul 2026-cı il tarixində əraziyə səfər etmişdir.  Bülbülə gölü – Abşeron yarımadasının mərkəzində, Bakının Suraxanı rayonu ərazisində (Bakıxanov, Bülbülə və Əmircan qəsəbələrinin yaxınlığında) yerləşən təbii göldür. Göl dəniz səviyyəsindən 8 metr hündürlükdə yerləşir. Abşeron yarımadasındakı digər göllər kimi, Bülbülə gölü də geoloji dövrdə Xəzər dənizinin geri çəkilməsi və tektonik çökmələr nəticəsində meydana gəlmişdir. Göl ərazisi dəniz səviyyəsindən aşağı çökəklikdə yerləşdiyi üçün yeraltı suların və atmosfer yağıntılarının bu çökəkliyə yığılması ilə təbii göl mühiti formalaşmışdır.

Gölün ümumi səth sahəsi təxminən 99 hektar (173 akr) təşkil edir. Suyun real dərinliyi 2,50 – 2,80 metr aralığındadır. Gölün suyu şortəhər olmaqla minerallaşma dərəcəsi 1,7 q/l-dir.

Uzun illər ətraf qəsəbələrin çirkab və tullantı sularının axıdılması səbəbindən ciddi ekoloji çirklənməyə və üfunətli qoxuya məruz qalmışdır. Tarixi mənbələrə və xalq rəvayətlərinə görə, Bülbülə gölü qədim dövrlərdə Bakıya və Suraxanıdakı məşhur “Atəşgah” məbədinə gedən karvan yollarının üzərində yerləşirdi. Bura bir növ təbii dayanacaq rolunu oynayıb, ərazidən keçən karvanlar gölün ətrafında düşərgə salır, dəvələr və digər heyvanlar bu gölün suyundan içirdilər. Qədim dövrlərdə gölün (xalq arasında həm də Bülbülə şoru deyilirdi) ətrafındakı şirin sulu qaynaqlardan birinin suyunun qaynamasına görə bura “pül-pül” (suyun qaynayaraq çıxma səsi) deyilmiş, zamanla bu söz “Bülbülə” formasına düşmüşdür. Başqa bir rəvayətə görə, eramızdan əvvəl IV əsrdə (e.ə. 335–325-ci illərdə) Makedoniyalı İsgəndərin qoşunları bu ərazilərdən keçərkən göl ətrafındakı bataqlıq və lilli yerlərdə çətinlik çəkmiş və bura “buli-buli” (palçıqlı yer) adını vermişlər. Digər klassik yanaşmaya görə isə qədimdə gölün ətrafındakı sıx qamışlıq və yaşıllıqlarda bülbüllərin çox olması bura bu adın verilməsinə səbəb olmuşdur.

Zaman keçdikcə (xüsusilə XX əsrdə Bakının sənayeləşməsi və ətraf qəsəbələrin sürətli böyüməsi ilə) gölün təbii su balansı dəyişmiş və o, ekoloji olaraq antropogen (insan amili) təsirlərə məruz qalmışdır. Hazırda isə aparılan abadlıq işləri ilə gölün məhz həmin tarixi, təbii siması bərpa olunur.

Açıq mənbələrdən topladığımız məlumatlara əsasən “Bakı Abadlıq Xidməti” MMC tərəfindən Bülbülə gölünün ekoloji fəlakətdən xilas edilməsi, ətrafının təmizlənməsi və abadlaşdırılması üzrə genişmiqyaslı işlərə 2024-cü ilin sonları və 2025-ci ilin əvvəllərində  başlanılmışdır.

Həyata keçirilən irimiqyaslı layihə ilə ərazi tamamilə yenidən qurulur. Məlumatlara əsasən gölün ətrafındakı qamışlıqlar qurudulmuş, tullantılar təmizlənmiş və çirkab suların qarşısını kəsmək üçün xüsusi magistral kanalizasiya xətləri və filtrasiya sistemləri çəkilmişdir.

Bakı Abşeronda yerləşən göllərlə bağlı araşdırma aparmaq üçün məktubla rayon icra hakimiyyətlərinə müraciətlər etmişdik. Bülbülə gölü ilə bağlı araşdırmalarımızı aparmaq üçün Suraxanı rayonuna getdik. Qeyd etmək istəyirəm ki, Suraxanı İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi Baş məsləhətçi 2-ci dərəcə dövlət qulluqçusu Xəlilov Niyaməddin Seyfəddin oğlu bizimlə əlaqə yaradaraq köməklik göstərmək üçün hazır olduqlarını bildirmişdi. Əslində gölün yerləşdiyi əraziyə necə gedəcəyimizi bilmirdik. Niyaməddin müəllim bizimlə birlikdə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə gəldi. Nümayəndəlikdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi şəhid atası olan Əlixan Fərman oğlu Əliyevlə, “Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşı və tikinti bərpa işləri üzrə layihənin rəhbəri Tehran Qarayusifli və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən təşkil olunmuş xüsusi mühafizə xidmətinin əməkdaşı Zahirov İntiqam görüşdük və birlikdə tikinti abadlıq işləri aparılan göl ətrafı əraziyə getdik. Göl ətrafı ərazidə aparılan işlərlə yerində tanış olduq və görülən işlərdən və eləcədə apardığımız müşahidələrdən çox məmnun qaldıq.

Tehran bəy layihə üzrə Əmircan qəsəbəsində və eləcədə Bülbülə gölündə aparılan abadlıq işləri barədə geniş məlumat verdi. O, bildirdi ki, “Bakı Abadlıq Xidməti” uzun illər ekoloji fəlakət və antisanitariya zonasında olan Əmircan və Bülbülə qəsəbələrinin kəsişməsində yerləşən Bülbülə gölünün tamamilə təmizlənməsi və ətrafında yeni bulvar kompleksinin salınması layihəsini həyata keçirir.  İlkin mərhələdə, göl ətrafında 1,5 km ərazidə bulvar salınacaq. O, bildirdi ki, çirkab suların qarşısının alınması üçün öncə Əmircan, Bülbülə, Bakıxanov və Qaraçuxur qəsəbələrindən gölə axıdılan günlük 25 min kubmetr məişət-çirkab suyunun qarşısını kəsmək lazım idi və bunun üçün ətrafda minlik magistral kanalizasiya xətti çəkilib. Ümumi sahəsi 99 hektar olan gölün ətrafındakı qamışlıqlar qurudulub, çoxillik tullantı qatları təmizlənib və xüsusi filtrasiya sistemləri quraşdırılıb. Növbəti mərhələdə isə sahil boyunca asfalt salınacaq. Yeni bulvarda restoran və kafelərin fəaliyyət göstərməsi, dairəvi velosiped yolunun çəkilməsi də nəzərdə tutulub. Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, istirahət yerləri olacaq, katamaran işləyəcək. Layihəyə əsasən Bülbülə gölünün üzərindən körpü də salınacaq. Bülbülə gölü ətrafındakı təmir, təmizlik və bulvar tikintisi işləri hələ tam başa çatmayıb, quruculuq prosesi hazırda mərhələli şəkildə davam edir. Gölün ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün Almaniya istehsalı olan müasir filtrasiya və sutəmizləyici qurğunun inşası tamamlanma mərhələsindədir. Ətraf qəsəbələrdən gölə çirkab sularının axmasının qarşısını almaq məqsədilə ərazidə böyük magistral kollektor xətləri də çəkilib. Əvvəllər həm çirkab, həm də leysan suları birbaşa gölə axırdı. İndi isə çirkab suları üçün çəkilmiş minlik (1000 mm) magistral kollektor xətti fəaliyyət göstərir. Yağış suları isə bu şəbəkədən ayrı yönləndirilir. Bülbülə gölü və ətrafındakı qəsəbələrin abadlıq layihəsində yağış sularının və qrunt sularının kənarlaşdırılması üçün xüsusi drenaj və yağış-kanalizasiya mühəndis sistemləri  də qurulur. Sahilboyu salınan yeni yollarda və gəzinti zolaqlarında intensiv yağışlar zamanı suyun gölməçə yaratmaması üçün yeni su qəbuledici barmaqlıqlar və xətti drenaj kanalları quraşdırılır. Bu xətlər həm ərazidəki evləri su basma təhlükəsindən qorumaq, həm də gölün ekoloji balansını saxlamaq məqsədi daşıyır. Ərazidə 8 kilometrlik bulvar xətti boyu torpaq və təmizlik işləri görülüb, lakin kafe, restoran, velosiped yolları və digər infrastruktur obyektlərinin tam hazır olması üçün işlər hələ davam etdirilir. Qəsəbədə hər küçəyə zibil qabları yerləşdirilib və gündə iki dəfə tullantılar paliqona daşınır. Bu barədə Bülbülə gölünün və gölətrafı ərazini məişət tullantəları ilə yenidən zibillənmədən qorumaq və eləcədə əraziyə kənar müdaxilələrin qarşısının alınması məqsədilə “Bakı Abadlıq Xidməti” MMC tərəfindən təşkil olunmuş xüsusi mühafizə xidmətinin əməkdaşı Zahirov İntiqam məlumat verdi.

Son mərhələdə isə gölün ətrafında sakinlərin istirahəti üçün təxminən 8 kilometr uzunluğunda yeni bulvar salınacaq. Yeni istirahət məkanında kafe və restoranlar, velosiped yolları, uşaq meydançaları və gölün üzərindən keçən xüsusi körpünün inşası nəzərdə tutulub. Layihə tam yekunlaşdıqdan sonra ərazi rəsmi olaraq sakinlərin istifadəsinə veriləcək.

Göl hazırda ekoloji bərpa layihəsi çərçivəsində müasir istirahət və bulvar zonasına çevrilir.

Eko Aləm ib olaraq Bülbülə gölü və gölətrafı ərazilərdə apardığımız vizual müşahidələr nəticəsində, görülən işləri müsbət dəyərləndirdik.

 

Son xəbərlər

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Milli Birliyimizin və Dirçəlişin davamı olan gün…

Sakarya Universitetində üç nüfuzlu beynəlxalq elmi konfrans keçirildi

Müstəqil Azərbaycanın Zəfər Diplomatiyası

UFC-nin sayca 12-ci məzun buraxılışı keçirilib

“Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları uğurlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə xidmət edir”

Azərbaycan gənclər təşkilatları təmsilçiləri Finlandiyada Beynəlxalq Forumda iştirak edəcəklər

"Məişət zorakılığına yox!" layihəsi çərçivəsində Yasamal rayonunda sonuncu tədbir keçirilib

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

Norveçdəki “Earth & East” festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Azərbaycan Ordusu güclü ordular sırasındadır

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Bütün xəbərlər