BAKU Azərbaycan
27.18 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Avropa Birliyi ilə münasibətlərində daim beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulan əməkdaşlığa üstünlük verir. Bu mövqe imzalanan sənədlərdə və diplomatik danışıqlarda ardıcıl şəkildə əksini tapıb. Ölkəmizlə Avropa Birliyi arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir.

         O cümlədən, 2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri də ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı baxımından mühüm hadisə kimi yadda qaldı. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüş və verilən bəyanatlar tərəflər arasında siyasi dialoqun daha da möhkəmləndiyini və qarşılıqlı əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Dövlət başçımız bəyanatında Azərbaycanın regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına daim töhfə verdiyini xüsusi vurğulayaraq qeyd etdi ki, ölkəmiz beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq regional əməkdaşlığın genişlənməsinə və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsinə böyük önəm verir. Bu baxımdan Avropa İttifaqı ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biri hesab olunur.

         Görüş zamanı enerji təhlükəsizliyi məsələsi də xüsusi diqqət mərkəzində olub. Prezident İlham Əliyev Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğunu da vurğulayaraq bildirib ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Xüsusilə təbii qazın Avropa bazarlarına çatdırılması və enerji layihələrinin genişləndirilməsi sahəsində əldə olunan uğurlar Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının strateji əhəmiyyətini daha da artırır.

         Bəyanatda həmçinin regional sülh gündəliyi də geniş şəkildə müzakirə olunub. Azərbaycan rəhbərliyi Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün konstruktiv mövqeyini bir daha nümayiş etdirib. Prezident İlham Əliyev ölkəmizin sülh təşəbbüslərinə sadiq olduğunu və regionda uzunmüddətli sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib. Səfər çərçivəsində aparılan müzakirələr göstərib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Tərəflər həmçinin qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi və tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyini də vurğulayıblar. Bu baxımdan Antonio Koştanın Azərbaycana səfəri və aparılan müzakirələr iki tərəf arasında strateji tərəfdaşlığın gələcək inkişafı üçün mühüm mərhələ kimi qiymətləndirilə bilər.

         Beləliklə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri və Prezident İlham Əliyevin verdiyi bəyanat ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini, Azərbaycanın regionda sülhün və əməkdaşlığın təşviqində mühüm rol oynadığını bir daha nümayiş etdirdi. Bu səfər həm də Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin gələcək inkişafı üçün mühüm siyasi platforma yaratdı.

 

İman ABDUYEV, politoloq

Son xəbərlər

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Milli Birliyimizin və Dirçəlişin davamı olan gün…

Sakarya Universitetində üç nüfuzlu beynəlxalq elmi konfrans keçirildi

Müstəqil Azərbaycanın Zəfər Diplomatiyası

UFC-nin sayca 12-ci məzun buraxılışı keçirilib

“Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları uğurlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə xidmət edir”

Azərbaycan gənclər təşkilatları təmsilçiləri Finlandiyada Beynəlxalq Forumda iştirak edəcəklər

"Məişət zorakılığına yox!" layihəsi çərçivəsində Yasamal rayonunda sonuncu tədbir keçirilib

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

Norveçdəki “Earth & East” festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Azərbaycan Ordusu güclü ordular sırasındadır

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Xızıda ənənəvi “Cəfər Cabbarlı günü” qeyd edilib

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Bütün xəbərlər