BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası X.B.Natəvan adına kitabxana filialı ilə birgə XIX əsr Azərbaycanın görkəmli şairi, xeyriyyəçi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirdi.                                                                           

 Tədbiri Mərkəzi Kitabxananın Abonement bölməsinin müdiri Lalə Səlimova açaraq tədbir iştirakçılarını və qonağları salamladı.

Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Qərbi Kaspi Universitetinin Tarix kafedrasının müdiri Lətifə Məmmədova tədbirə onlayn formatda qoşularaq Xurşidbanu Natəvanın təkcə gözəl qəzəllərin müəllifi deyil, həm də xalqının rifahını düşünən, elmə, mədəniyyətə, incəsənətə böyük qayğı göstərən görkəmli şəxsiyyət olduğunu qeyd etdi. L.Məmmədova dedi ki, Ümummilli Lider Heydər Əliyev Xurşidbanu Natəvanın irsinin yaşadılmasına və təbliğinə xüsusi önəm vermişdir. Onun birbaşa təşəbbüsü ilə 1982-ci ildə Şuşada şairənin abidəsinin açılışı olmuş, sonrakı illərdə bu siyasət qlobal səviyyədə davam etdirilmişdir. Bu iş müstəqillik illərində də davam etdi. Ulu Öndərin siyasi kursunu davam etdirən Heydər Əliyev Fondu “Xan qızı”nın xatirəsini beynəlxalq aləmdə də əbədiləşdirmişdir. 2016-cı ildə Fondun dəstəyi ilə Belçikanın Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsi açılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Xurşidbanu Natəvanın 180 illik yubileyi respublika səviyyəsində təntənəli şəkildə qeyd olunmuşdur. Dövlət başçısının “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı da böyük rəqbətlə qarşılanmışdır. İmzalanan bu sərəncamlar çərçivəsində şairin əsərlərinin yenidən nəşri, haqqında monoqrafiyaların hazırlanması, həmçinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. L.Məmmədova qeyd etdi ki, Azərbaycan ədəbiyyatı tarixində Xurşudbanu Natavanın adı yalnız poeziyanın deyil, həm də xeyriyyəçiliyin, maarifçiliyin və qadın maarifçiliyinin simvoluna çevrilib. Natəvanın həyat yolu, şeirləri, xeyirxah əməlləri və ailəsi Azərbaycan ədəbiyyatının və mədəniyyətinin dəyərli səhifələrindən birini təşkil edir.    

Tarixçi-alim L.Məmmədova vurğuladı ki, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı Natəvana gözəl əfsanə yazmışdır və sözügedən əsər oxucular tərəfindən səhnələşdirilmişdir.                                                           

 AYB-nin üzvü, filologiya elmləri doktoru Esmira Fuad çıxışında Xurşidbanu Natəvanın qəzəllərində insan duyğuları, Vətənə bağlılıq, mərhəmət və xeyirxahlığın yüksək sənətkarlıqla ifadə olunmasından, onun təkcə şair deyil, dövrünün maarifçi və xeyriyyəçi xanımı kimi Azərbaycan mədəniyyət tarixində silinməz iz buraxdığını, xüsusi yeri olan görkəmli şəxsiyyət olduğunu qeyd edərək, şairin yaratdığı ədəbi irsin bu gün də öz aktuallığını saxlamasından, əsərlərində insan sevgisi, mənəvi kamillik, Vətənə məhəbbət və yüksək əxlaqi dəyərlərin təbliğindən bəhs etdi.                                                                                                    

Şair, bədii qiraətçi, həvəskar musiqiçi, Vətən müharibəsi veteranı və hərbi mütəxəssis Cəbrayıl Qənbər çıxışını belə başladı: “Sözün işığında yaşayan insanlar heç vaxt unudulmur. Xurşidbanu Natəvan da qəlbində sevgi, mərhəmət, vətən eşqi daşıyan böyük Azərbaycan qadını idi. Onun poetik dünyası bu gün də qəlbləri duyğulandırır”. Qiraətçi “Olmuşam dəhri-bəla içrə bu gün divanə mən” qəzəlindən beytlər söylədi.  

Tədbirdə Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin böyük kitabxanaçısı Səbirə Kərimova çıxış edərək bildirdi ki, Xurşidbanu Natəvanın qəzəl və qoşma janrlarında yazdığı şeirləri yüksək səmimiyyəti və lirikliyi ilə seçilir. Onun əsərlərinin mərkəzində sevgi, təbiət gözəllikləri, insanın mənəvi aləmi və dövrünün ictimai məsələləri dayanır.                            

 Tədbirdə iştirak edən fəal oxuculardan Rəqsanə Sayıllı, Səidə Abdulxalıqova və digərlər tədbir iştirakçıları onları maraqlandıran suallarla Esmira Fuada müraciət etdilər. 

Tədbirin bədii hissəsində Beynəlxalq müsabiqələr laureatı, xanəndə Maya Cəbrayılova Xurşidbanu Natəvanın şeirlərinə, qəzəllərinə yazılmış musiqi və muğamlar ifa etdi. Xanəndə Maya Cəbrayılova bədii qiraətçi Cəbrayıl Qənbərlə birlikdə “Yenə yarəb nə qəmgindir mənim bu şad olan könlüm” qəzəlini bədii kompozisiya şəklində söylədilər. 

Oxucular arasında sual-cavab aparıldı: Natəvan hansı janrlarda şeir yazmışdır, Natəvanın əsərlərində əsas mövzular hansılardır, Natəvan hansı xeyriyyəçilik işləri ilə məşhur idi və s.

Tədbirdə Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu. 

  

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər