BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

2026-cı ildə “Respublika Xatirə Kitabı”nın 30 illik yubileyi tamam olur.
Bununla əlaqədər “Şəhidlər ölməz, Vətən bölünməz!” tədbirlər silsiləsi
çərçivəsində “Respublika Xatirə Kitabı – 30” adlı iki videoçarx hazırlanıb.
Videoçarxlarda Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
Əliyevanın şəhidlərimiz, onların əziz xatirəsi və Vətən müdafiəsi haqqında
söylədikləri dəyərli fikirləri öz əksini tapıb.
Birinci videoçarxda “Respublika Xatirə Kitabı” redaksiyasının yaranma
və inkişaf tarixi diqqətə çatdırılır. Bildirilir ki, 1991-ci ildən müstəqil qurum kimi
fəaliyyətə başlayan redaksiyanın işində əsas dönüş müasir Azərbaycan
dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı
nəticəsində olmuşdur. Redaksiya öz fəaliyyətində Ulu Öndər Heydər Əliyev
tərəfindən 1997-ci il 23 dekabr tarixində imzalanmış “Vətən uğrunda həlak
olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikasının
Qanununu rəhbər tutur. Ümummilli Liderimizin “Respublika Xatirə Kitabı”na
göstərdiyi xüsusi diqqət və qayğı vurğulanır.
Videoçarxda “Respublika Xatirə Kitabı”nın yaranma tarixi haqqında
qısa məlumat verilir. Qeyd olunur ki, yaranan vaxtdan “Respublika Xatirə
Kitabı” Milli Ensiklopediya nəzdində fəaliyyət göstərib.
2016-cı ildən Mədəniyyət Nazirliyinin tabeliyinə keçib. Redaksiya İkinci
Dünya müharibəsi, lokal hərbi münaqişələr, 44 günlük Vətən müharibəsi,
Aprel döyüşləri, Tovuz hadisələri və 23 saat 43 dəqiqə davam edən antiterror
əməliyyatı zamanı şəhid olan, itkin düşən və əsir-girov götürülən
vətəndaşlarımız haqqında dəqiq ensiklopedik məlumatları özündə əks etdirən
28 cilddən çox kitab nəşr edib.
İkinci videoçarxda igid şəhidlər, onların şücaəti, 44 günlük Vətən
müharibəsində qəhrəmanlıq göstərən şəhid əsgər və zabitlərimizə həsr
olunan nəşrlər haqqında məlumat verilir. S özügedən nəşrlərin
respublikamızın müxtəlif şəhər və rayonlarında, o cümlədən Bakı, Naxçıvan,
Şuşa, Gəncə, Mingəçevir, Şirvan, Quba, Sumqayıt, Şamaxı, Biləsuvar və
digər bölgələrdə keçirilən təntənəli təqdimat mərasimlərinin qısa xronikası
verilir.
Yerli icra hakimiyyəti orqanları, regional mədəniyyət idarələri və digər
dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində təşkil edilən tədbirlərdə şəhid
ailələrinə, qazilərə və ziyalılara təqdim olunan kitabların mənəvi əhəmiyyəti
vurğulanır.
“Heydər Əliyev Xatirə kitabının yaradıcısıdır” kitabı və Vətən
müharibəsi qəhrəmanlarına həsr edilən xatirə nəşrlərinin cəmiyyətin, xüsusilə

gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı mühüm rolu önə
çəkilir.
Videoçarxların ideya müəllifi tarixçi-alim, Fəxri mədəniyyət işçisi Lətifə
Məmmədova, mətnlərin redaktoru “Respublika Xatirə Kitabı”nın baş redaktoru
Nəzakət Məmmədovadır. Videoçarxları M.Ş.Vazeh adına Mərkəzi
Kitabxananın əməkdaşı Günay Qululu hazırlamışdır.
Videoçarxlar kitabxananın YouTube kanalında aşağıdakı keçidlərdə
yerləşdirilib:

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər