BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Hər bir xalqın milli varlığını, tarixi yaddaşını, mənəvi dəyərlərini və mədəni irsini yaşadan ən mühüm amillərdən biri onun ana dilidir. Dil xalqın kimliyini müəyyən edən, keçmişi gələcəyə bağlayan, milli şüurun formalaşmasında mühüm rol oynayan müqəddəs sərvətdir. Azərbaycan dili də əsrlər boyu xalqımızın zəngin mədəniyyətini, ədəbiyyatını, adət-ənənələrini və dövlətçilik ənənələrini yaşadaraq bu günümüzə qədər gətirib çıxarmışdır. Azərbaycan Respublikasında hər il 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, latın qrafikalı Azərbaycan əlifbasının tətbiqinin başa çatdırılması və ana dilimizin qorunması istiqamətində görülmüş işlərin əhəmiyyətini bir daha xatırladır.

 Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 9 avqust 2001-ci il tarixli Sərəncam əsasında təsis edilən bu gün milli-mənəvi dəyərlərimizə, dilimizə və əlifbamıza göstərilən dövlət qayğısının ifadəsidir. Məhz bu qərarla latın qrafikalı Azərbaycan əlifbasına tam keçid təmin edilmiş, Azərbaycan dilinin inkişafı istiqamətində yeni mərhələnin əsası qoyulmuşdur.

 Ana dilinin qorunması və inkişafı istiqamətində Ümummilli Lider Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyət daşıyır. O, dövlət dili uğrunda ardıcıl və prinsipial mübarizə apararaq hər zaman cəsarətli mövqe nümayiş etdirmişdir. Sovet İttifaqı dövründə mövcud olan müxtəlif siyasi və ideoloji məhdudiyyətlərə baxmayaraq, Heydər Əliyev Azərbaycan dilinin hüquqlarının qorunmasını milli məsələ kimi qiymətləndirmiş və bu istiqamətdə qətiyyətli fəaliyyət göstərmişdir.

 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması məhz Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi. Həmin dövrdə ittifaq respublikalarının çoxunda bu məsələ öz əksini tapmadığı halda, Azərbaycanın əsas qanununda dövlət dili haqqında maddənin yer alması xalqımızın milli maraqlarının müdafiəsində mühüm tarixi hadisə idi.

 Ümummilli Lider SSRİ Konstitusiyasının müzakirələri zamanı etdiyi çıxışlarda xüsusi vurğulayırdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verir və bu hüquq hər bir insanın ana dilində təhsil almaq imkanı ilə təmin edilməlidir. Bu mövqe Azərbaycan dilinin cəmiyyətin bütün sahələrində istifadəsinin genişləndirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyırdı.

 Heydər Əliyev ana dilinin sadəcə ünsiyyət vasitəsi deyil, milli kimliyin əsas sütunu olduğunu daim ön plana çəkirdi. Onun fikrincə, öz ana dilini sevən və qoruyan xalq milli dəyərlərini, tarixini və mədəniyyətini də qoruyub yaşadır: “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb”. Buna görə də o, ziyalıları, elm və təhsil xadimlərini, yazıçıları və bütün cəmiyyəti Azərbaycan dilinin inkişafı uğrunda birgə fəaliyyət göstərməyə çağırmış, bu istiqamətdə bütün qüvvələri səfərbər etmişdir.

 Müstəqillik illərində Azərbaycan dilinin hüquqi statusu daha da möhkəmləndirildi. Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olduğu təsbit edildi və onun qorunması dövlətin əsas vəzifələrindən biri kimi müəyyənləşdirildi. Dövlət idarəçiliyində, təhsildə, elmdə, mədəniyyətdə və informasiya məkanında Azərbaycan dilinin tətbiq dairəsi davamlı şəkildə genişləndirildi.

 Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dilinin inkişafı, onun saflığının qorunması, müasir dövrün tələblərinə uyğun zənginləşdirilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan Prezident İlham Əliyevin 1 noyabr 2018-ci il tarixində imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman xüsusi əhəmiyyət kəsb edir. Həmin Fərman Azərbaycan dilinin dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində, reklam sahəsində, internet resurslarında və gündəlik ictimai həyatda düzgün və səlis istifadəsinin təmin edilməsinə xidmət edir. Eyni zamanda sənəd dövlət dilinin xarici sözlərin təsirindən qorunması, ədəbi dil normalarının möhkəmləndirilməsi və dil mədəniyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Ümumiyyətlə, Azərbaycan dilinin qorunması və inkişafı məsələsi Prezident İlham Əliyevin fəaliyyətində də xüsusi yer tutur. Dövlət başçısı dəfələrlə çıxışlarında ana dilimizin saflığının qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulamışdır. Prezident İlham Əliyev qeyd etmişdir: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”. Bu fikirlər Azərbaycan dilinin zənginliyinə verilən yüksək qiymətin ifadəsi olmaqla yanaşı, dövlət dilinin saflığının qorunmasının milli-mənəvi dəyərlərimizin yaşadılması baxımından strateji əhəmiyyət daşıdığını göstərir. Bu çağırış hər bir Azərbaycan vətəndaşını ana dilinə hörmətlə yanaşmağa, onu düzgün işlətməyə və gələcək nəsillərə saf şəkildə ötürməyə səsləyir.

 Qloballaşma, sürətli texnoloji inkişaf və rəqəmsal informasiya mühiti şəraitində ana dilinin qorunması daha böyük əhəmiyyət daşıyır. Xarici dillərin təsiri altında dil normalarının pozulması, sosial şəbəkələrdə və elektron mediada qeyri-ədəbi ifadələrin geniş yayılması Azərbaycan dilinin saflığının qorunmasını aktual vəzifəyə çevirir. Bu baxımdan hər bir vətəndaş dövlət dilinə hörmətlə yanaşmalı, onu düzgün işlətməli və gələcək nəsillərə saf şəkildə ötürməyə çalışmalıdır.

 Bu gün Azərbaycan dili müstəqil dövlətimizin rəsmi dili olmaqla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını birləşdirən mənəvi körpüdür. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları, həftəsonu məktəbləri və mədəniyyət mərkəzləri ana dilimizin yaşadılması və təbliği istiqamətində mühüm işlər görürlər.

 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir vətəndaşa ana dilimizin dəyərini bir daha xatırladır. Bu gün milli kimliyimizin, dövlətçiliyimizin və mədəni irsimizin ayrılmaz hissəsi olan Azərbaycan dilinə ehtiramın ifadəsidir. Dilimizi qorumaq, onun saflığını gələcək nəsillərə çatdırmaq, zənginləşməsinə və inkişafına töhfə vermək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Azərbaycan dili bizim milli sərvətimiz, mənəvi xəzinəmiz və dövlətçiliyimizin əsas sütunlarından biridir. Bu müqəddəs irsin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi ümummilli məsuliyyət daşıyan mühüm vəzifə olaraq hər zaman diqqət mərkəzində qalmalıdır.

 

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər