BAKU Azərbaycan
27.18 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Türkiyənin Adana vilayətinin Çukurova rayonunda Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin adını daşıyan park salınıb və burada milli qəhrəmanımızın heykəli ucaldılıb.

AZƏRTAC xəbər verir ki, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü rəsmi şəxslərin, beynəlxalq təşkilat nümayəndələrinin, yerli ictimaiyyətin tanınmış simalarının iştirakı ilə adıçəkilən parkın açılışı olub.
Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Milli Qəhrəman İbad Hüseynlinin şücaətli döyüş yolu barədə geniş məlumat verilib.


Adana Böyükşəhər bələdiyyəsinin sədri Zeydan Karalar, Çukurova rayon bələdiyyəsinin rəhbəri Soner Çətin və Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin çıxışları dinlənilib.
Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşərkən belə təmtəraqlar haqqında düşünmədiyini diqqətə çatdıran İbad Hüseynli bildirib ki, qəhrəman Ordumuzun ikinci Qarabağ müharibəsində rəşadətli Zəfər qazanması Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi qərarı, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə xalqının Azərbaycanın yanında olması sayəsində gerçəyə çevrilib. Qəhrəman qeyd edib ki, ömrünün sonunadək Azərbaycanın müdafiəsi naminə hazırdır.
Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyev tərəflərindən Azərbaycanın ali mükafatları ilə təltif olunmasına görə İbad Hüseynlinin xoşbəxt olduğunu diqqətə çatdıran Çukurova rayon bələdiyyəsinin rəhbəri Soner Çetin əminliklə bildirib ki, milli qəhrmanımızın adına salınan park və orada ucaldılan abidə Azərbaycan-Türkiyə qardaşlığının tərənnümünə böyük töhfə olaraq tarixdə qalacaq.


Çıxışlarda xalqımızın xilaskar oğlu Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” ifadələri xatırladılıb. Qeyd olunub ki, hər iki kəlam məhz aparılan düzgün siyasət nəticəsində Azərbaycan-Türkiyə qardaşlığını qoruyan həyat gerçəyinə çevrilib.
Çıxışlarda milli qəhrəmanımızın şərəfli döyüş yolundan, o cümlədən iki il əvvəl baş verən 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışılıb.

Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasının birliyini tərənnüm edən İbad Hüseynli Parkı Adananın ən səfalı məkanlarından birində yer alır. Parkda bütün türk dövlətlərinin bayraqları sıra ilə dalğalanır. Yan tərəfdə isə uşaqların istirahət və əyləncəsi üçün bölmə yaradılıb.


Xatırladaq ki, Birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçən kəşfiyyatçı İbad Hüseynlinin ən böyük qəhrəmanlıqlarından biri də ASALA erməni terror təşkilatının başçısı Monte Melkonyanı məhv etməsidir. O dövrdə Ermənistanın prezidenti olan Levon Ter-Petrosyan başda olmaqla rəsmi şəxslərin ASALA-nın başçısı Monte Melkonyanın dəfnində iştirak etməsi Ermənistanın terrorçu dövlət olduğunu bir daha təsdiqləyib. Melkonyanın məhv edilməsi ilə bağlı işğalçı Ermənistanda üç günlük matəm elan olunmuşdur.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər