BAKU Azərbaycan
27.7 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“…bundan sonra ən böyük vəzifə bu torpaqları yenidən qurmaqdır, yenidən bərpa etməkdir”

Artıq işğal olunmuş rayonların hüznlü işğal günlərinin qeyd edilməsi ənənəsi yaddan çıxıb. Azərbaycan dövləti və xalıq artıq işğaldakı rayonların azad olunması günlərini böyük çoşğu ilə qeyd edir. 25 oktyabr da azərbaycanlılar üçün belə yaddaşlara yazılan qürurlu günlərdəndir. Vətən müharibəsində bu gün Qubadlı rayonu Müzəffər Azərbaycan Ordusu tərəfindən azadlığa qovuşdu. Onu da deyək ki, 25 oktyabr tarixi 44 günlük Vətən müharibəsinin gedişatında əhəmiyyətli dönüş nöqtəsi olub. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkib. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi.

Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub.

Qubadlı uğrunda döyüşlərdə vətən oğulları böyük şücaət göstəriblər. Bu rayonun azad olunmasında da şəhidlərimiz və qazilərimiz var. Azərbaycan xalqı, o cümlədən bütün qubadlılar bu vətən oğullarına borcludurlar.

Dövlətimiz Qubadlı döyüşlərində iştirak edənləri yüksək qiymətləndirib, orden və meddallarla təltif edib. Belə ki, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Bu, Azərbaycan dövlətinin şəhid və qazilərə olan diqqət və qayğısının bariz nümunəsidir. Ümumiyyətlə, şəhid ailələri və qazilərin əsas dayağı hər zaman Azərbaycan dövləti olub və bundan sonra da belə davam edəcək.
Hər yerdə olduğu kimi, Qubadlıda da əhali tarixin və təbiətin sınaqlarından çıxmış yaşayış üçün ən əlverişlı yerlərdə məskən salıblar. Qubadlı əhalisi yenidən bu imkanlarını əldə edə biləcəklər. 2021-ci ilin 25 oktyabrında Prezident İlham Əliyev tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalanıb. İşğaldan azad olunandan sonra cənab Prezident Qubadılıya da səfər edib və bir neçə dövlət obyektinin təməlini qoyub. Cənab Prezident Qubadlının işğaldan azad olunmasının birinci ildönümündə yerli sakinlərlə görüşdə deyib ki, Qubadlı rayonu ilə də bağlı böyük planlar var, konseptual yanaşma mövcuddur: “Artıq keçmiş məcburi köçkünlər ümidlə yaşayırlar, qürurla yaşayırlar. Mənim üçün ən böyük mükafat budur və bundan sonra ən böyük vəzifə bu torpaqları yenidən qurmaqdır, yenidən bərpa etməkdir”.

Bu ilin oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıya növbəti səfərlərində şəhərin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar. Baş planın əsasında insanların yenidən təbiətlə qovuşması, komfortlu qonşuluq ərazilərinin təşkili, canlı rayon mərkəzi və sakit hərəkət strategiyaları dayanır. Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək. Burada yerləşəcək yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, piyada əlçatanlığı nəzərə alınmış, çoxfunksiyalı zonaların, ortamərtəbəli və azmərtəbəli binaların, həmçinin həyətyanı sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyənləşdirilib.

Dövlətimizin başçısı Qubadlı sakinləri ilə görüşündə onlara Qubadlının bərpa ediləcəyi vədini verib. Və bu gün cənab Prezidentin verdiyi vədlər yerinə yetirilir. Ayrıca Qubadlıda yol şəbəkəsi yenilənir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır.
Artıq Prezident İlham Əliyevin Qubadlıda təməlini qoyduğu obyektlərin əksəriyyəti fəaliyyət göstərir. Qubadlının əvvəlki siması özününə qaytarılır. Burada yenidən əvvəlki kimi həyat qaynayacaq. Qubadlılar elə öz torpaqlarında doğulub, qubadlılı kimi böyüyüb boya-başa çatacaq. Bu, qubadlıların ən böyük arzusudur.

Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər