BAKU Azərbaycan
27.31 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan mətbuatının 147 illiyi münasibətilə Şuşada ilk Beynəlxalq Media Forumunun keçirilməsi olduqca əhəmiyyətli tarixi hadisə idi. Nəzərə almaq lazımdır ki, postmüharibə mərhələsinin reallıqlarının dünya ictimaiyyətinin diqqətinə davamlı olaraq çatdırılması mühüm əhəmiyyət daşıyır. Belə ki, Vətən müharibəsində tarixi Qələbə qazanaraq özünün güc mövqeyini formalaşdırmış ölkəmiz bunu daha da möhkəmləndirmək üçün media resurslarından səmərəli istifadə etməkdədir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu söyləyib.

E.Mirbəşiroğlu bildrib ki, xarici KİV-in nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə intensiv səfərlərinin təşkil olunması, erməni vandalizminin və işğalçılıq siyasətinin izlərinin onlara əyani şəkildə nümayiş etdirilməsi Azərbaycanın postmünaqişə vəziyyətində haqlı mövqelərinin dünyaya çatdırılması baxımından olduqca vacibdir. Bundan əlavə, Ermənistanın təcavüzkar və işğalçı dövlət obrazının beynəlxalq ictimaiyyətə tanıdılması baxımından da belə səfərlərin təsirli rolu var. “Şuşa İli” çərçivəsində məhz Şuşada Beynəlxalq Media Forumunun təşkil olunması çox əlamətdar hadisədir. Çünki Azərbaycanın mədəniyyət paytaxtı Şuşa həm də mühüm siyasi əhəmiyyət kəsb edir.

“Tarixi Azərbaycan torpağı olan Qarabağın tacı Şuşada təşkil edilən hər tədbir, xüsusilə beynəlxalq tədbir mühüm psixoloji təsirə də malikdir. Birincisi, dünya aydın görür ki, bu ərazilər azərbaycanlıların qədimdən yaşadıqları tarixi torpaqlarıdır. İkincisi, ermənilərin bu torpaqlarda ancaq dağıntılar törətdiklərini də dünya ictimaiyyəti görür. Bu isə elə ermənilərin özləri tərəfindən bu torpaqlarla heç bir bağlılıqlarının olmamasının etirafı kimi qəbul edilir. Üçüncüsü, dünya Azərbaycanın gücünü, potensialını bir daha görür. İşğaldan azad etdiyimiz ərazilərdə həyata keçirilən dinamik tikinti-quruculuq işləri bir daha sübuta yetirir ki, ölkəmiz hərtərəfli potensiala malikdir, Ermənistanın tamamilə dağıtdığı yaşayış və qeyri-yaşayış infrastrukturlarını öz resursları hesabına bərpa etmək iqtidarındadır. Bu baxımdan, bir daha vurğulamaq lazımdır ki, Şuşada təşkil olunmuş Beynəlxalq Media Forumu olduqca əhəmiyyətlidir”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, iyirimi ölkədən media nümayəndələrinin Şuşaya səfərinin təşkil olunması, vacib mövzuların müzakirə olunduğu panellərin keçirilməsi həm məlumatlandırma, həm də maarifləndirmə baxımından səmərəli oldu. Eyni zamanda, ölkədaxili KİV nümayəndələrinin də ayrı-seçkilik olmadan forumda iştirakının təmin edilməsi ölkədə plüralist mühitin göstəricisi kimi qiymətləndirilməlidir.

Elşad Mirbəşiroğlu deyib: “Hesab edirəm ki, Şuşada keçirilmiş Beynəlxalq Media Forumundan sonra Azərbaycandakı həm ictimai münasibətlər, həm də postmünaqişə mərhələsinin reallıqları haqqında dünya ictimaiyyəti daha yaxından məlumatlanmış olacaq”.

 

 

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər