BAKU Azərbaycan
27.51 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Prezidenti yerli icra hakimiyyəti orqanlarına yeni başçılar təyin edərkən çox mühüm məsələlərə toxundu. Bunların bir qismi ölkəmizdə görülən işlər və onların gələcək inkişafımızla bağlı yaratdığı perspektivlərlə əlaqədar olduğu halda, digər bir qismi bu islahatların keyfiyyətini təyin edəcək kadrlar və onların davranışları ilə bağlı idi. Yəni institusional və struktural islahatlar yaxşı rəhbər kadrlarla dəstəklənmədikdə kompleks islahatlardan və onların səmərəli nəticəsindən danışmaq olmur. Bu mənada yeni kadrlar qarşısında qoyulan tələblər son dərəcə mühümdür.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən bir daha aydın oldu ki, məmurlar, ilk növbədə, şəhid ailələri və qazilərimizə maksimum diqqət ayırmağa borcludurlar. Çünki tarixi Qələbəmizin əldə olunması məhz onların xidmətidir. Bu istiqamətdə dövlət siyasətimizin doğru olduğu və vətəndaşlarımızı məmnun etdiyi hamıya bəllidir. Ancaq idarəetmədə bəzi rəhbər kadrların yerində olmaması dövlət siyasətimizə kölgə salır. Yeni kadrlar bunları nəzərə almalı, vətəndaşlarla birbaşa ünsiyyət qurmalı, problemləri onların özündən dinləməli, təşəbbüskar olmalı, korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparmalıdırlar.

“Qoyulan tələblərdən bir digəri isə rayonlarımızda olan iqtisadi potensialı real iqtisadi münasibətlərə çevirməklə yeni iş yerləri və rifah yaratmaqdan ibarətdir. Bunun üçün yerli və xarici sərmayənin rayonlarımıza gətirilməsində təşəbbüskar kimi yerli icra başçıları çıxış etməlidirlər. Yəni yeni məmur artıq özəl sərmayəyə şərik olan, yaxud ondan pay uman subyekt deyil. Bilavasitə cazibədar təkliflərlə sərmayəni rayona gətirən rəhbər olmalıdır. Bu isə rayonlarımızda yeni iş yerlərinin açılması və regionlarımızın inkişafı üçün ciddi əsaslar yaradacaq. Əks mövqe tutanlar cəzalandırılacaqlar və hazırda ibrət üçün çoxlu belə nümunələr var. Ona görə də Prezident İlham Əliyevin verdiyi tapşırıqlar və qoyduğu tələblər məmur obrazını kökündən dəyişən və idarəetmənin fəlsəfəsində yeni məntiqini yaradan tapşırıq və tələblərdir”, - deyə H.Babaoğlu bildirib.

Deputat diqqətə çatdırıb ki, hələ 2021-ci ildə Azərbaycan Prezidenti ölkəmizin sosial-iqtisadi inkişafına dair milli prioritetlərin müəyyən edilməsi istiqamətində mühüm bir qərar qəbul edərək, 2021-2030-cu illərdə onların reallaşdırılması istiqamətində müvafiq qurumlara konkret tapşırıqlar vermişdi. Nazirlər Kabineti 9 ay müddətində 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası ilə bağlı fəaliyyət proqramı hazırlamalı və onun həyata keçirilməsi prinsiplərini müəyyən etməli idi. Hazırda Milli İnkişaf Prioritetlərimiz əsasında formalaşdırılan bu fəaliyyət proqramının icrası ilə bağlı işlərin həyata keçirilməsinə başlanılır. Milli İnkişaf Prioritetlərimiz müəyyənləşdirilərkən hər şeydən əvvəl bu günə qədərki inkişafımızın yeni inkişaf üçün əsaslar yaratması nəzərə alınıb. Yəni 2030-cu ilə qədər elan olunan prioritetləri realizə etmək üçün ötən illər ərzində əsaslı sosial-iqtisadi baza formalaşdırılıb. Prioritetlər isə özlüyündə olduqca strateji xarakter daşıyır. Eyni zamanda, təkcə sosial–iqtisadi sahəni əhatə etmir. Çünki bu prioritetlərə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatla bərabər, eyni zamanda, inklüziv və ədalətli cəmiyyət prinsipləri də daxildir. Yaxud innovativ texnologiyaların tətbiqi məsələləri ilə bərabər rəqabətqabiliyyətli insan resurslarının yetişdirilməsi, yaxud Böyük Qayıdışla bağlı müddəalar da daxildir.

“2030-cu ilədək reallaşdırılması nəzərdə tutulan Milli İnkişaf Prioritetləri kompleks və sistemli prioritetlərdir. Elə yeni kadr təyinatları və onların qarşısında müəyyənləşdirilən vəzifələr də milli inkişafımızın prioritetlərinə və onların realizə olunmasına hesablanıb”, - deyə Hikmət Babaoğlu vurğulayıb.

 

 

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər