BAKU Azərbaycan
27.51 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İyulun 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Talaat Nasrın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov qonağı salamlayaraq, iki xalq arasında mövcud olan tarixi bağlar əsasında ikitərəfli münasibətlərin inkişafını vurğulayıb. Azərbaycan və Misir arasında siyasi dialoqun səviyyəsindən məmnunluqla danışan nazir, iki ölkənin xarici işlər nazirlikləri arasında həyata keçirilən mütəmadi siyasi məsləhətləşmələrin, habelə qarşılıqlı səfər mübadilələrinin əlaqələrin inkişafına töhfə verdiyini bildirib. Nazir ikitərəfli əlaqələrin bir çox istiqamətlər üzrə inkişafını qeyd edib və bu xüsusda Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinə istinad edib.

Ceyhun Bayramov, həmçinin ölkələrimizin beynəlxalq müstəvilərdə əməkdaşlığını qeyd edib, bu xüsusda Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətdən bəhs edilib. Bakıda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammitində Misir nümayəndə heyətinin də iştirakı məmnunluqla səsləndirilib.

Nazir köməkçisi İhab Talaat Nasr Azərbaycana növbəti səfərinin baş tutduğunu söyləyib və ölkədəki inkişafı məmnunluqla qeyd edib. O, Misirin Azərbaycan ilə münasibətlərin inkişafına əhəmiyyət verdiyini vurğulayıb. Mövcud siyasi dialoqun və ikitərəfli təmasların intensivliyinin qorunub saxlanılmasının vacibliyi qeyd edilib.

Görüşdə, həmçinin cari ildə Azərbaycan və Misir arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulanıb və bu xüsusda qarşılıqlı təbriklər səsləndirilib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı Azərbaycan tərəfindən görülən geniş miqyaslı işlər barədə ətraflı məlumat verib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Eyni gündə Azərbaycan Respublikası və Misir Ərəb Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. İclasda Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Misir tərəfindən isə xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Talaat Nasr başçılıq edib. Siyasi məsləhətləşmələr çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər