BAKU Azərbaycan
27.51 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrdən olan Gənclərin Sammitinin keçirilməsi Azərbaycanın bir daha beynəlxalq nüfuzunun böyük dərəcədə artırmasını göstərən əlamətdir”.  Bu fikri YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza bildirib.

 Asif Əsgərli deyib ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrliyini davam etdirir: “Azərbaycan Qoşulmama Hərəkatında təşəbbüskarlıqla çıxış edir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, eləcə də Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi təsis edilib. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyi 2023-cü ilə qədər uzadılıb. Bu da 120 ölkə arasında ölkəmizə olan inam və etimadın nəticəsidir. Gənclərin Sammitində iştirakçılara ünvanlanmış müraciətində Prezident İlham Əliyev bu məsələyə də diqqət çəkib. Bütün bunlar da Azərbaycanın xarici siyasəti istiqamətində atılmış önəmli addımlardır”. 
YAP İdarə Heyətinin üzvünün sözlərinə görə, Qoşulmama Hərəkatı Gənclər Sammiti dövlət tərəfindən gənclər siyasətinə göstərilən diqqətin bariz nümunəsidir: “Azərbaycan çox az ölkələrdəndir ki, gənclər siyasətini öz dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir və bütün təbəqələrdən olan gənclər qruplarını əhatə etməklə istənilən maraq və ehtiyacları üzə çıxarır və onların qarşılanmasını təmin edir. Digər müsbət effektiv təsirlər kimi gənclərimizin artıq müasir bilik, təcrübə və texnologiyalara yiyələnmələrini, zamanın tələb və istəkləri ilə ayaqlaşa bilmələrini və onlarda yaxın və uzaq xaricdə özlərini və mənsub olduqları dövləti layiqincə təmsil etmək ənənələrinin formalaşmasını qeyd etmək lazımdır. Çox müsbət haldır ki, Qoşulmama Hərəkatı Gənclərinin Bakı Sammitində belə savadlı gənclərimiz çıxış edir və təkliflər irəli sürürlər”. 
Asif Əsgərli Qoşulmama Hərəkatı (QH) Gənclər Sammitinin Şuşa sessiyasına da diqqət çəkib və orada qəbul edilən sənədlərin əhəmiyyətini xüsusi vurğulayıb: “Sammit iştirakçıları iyulun 25-28-də keçirilmiş Bakı sessiyasında razılaşdırdıqları sənədləri iyulun 29-da Şuşada qəbul ediblər. Önəmli fəaliyyətlərdən biri Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılmasıdır. Sevindirici haldır ki, təşkilatın daimi katibliyi Bakı şəhərində yerləşəcək. Bu da gənclərimizin beynəlxalq əməkdaşlığını daha da möhkəmləndirəcək”.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər