BAKU Azərbaycan
26.73 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İstanbulda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Mərasimdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, Xocalı qurbanlarının ruhuna “Qurani-Kərim”dən ayələr oxunub.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov, “İnkişafa və İslahatlara Dəstək” ictimai birliyinin sədri Ramil Əliyev, “Demokrat Media”-nın rəhbəri Vasif Həsənli, yerli ictimaiyyətin, QHT-lərin, siyasi partiyaların və dövlət qurumlarının nümayəndələri, Türkiyədə yaşayan azərbaycanlılar və digərləri iştirak ediblər.

Mərasimdə çıxış edən sosial elmlər üzrə yazıçı Metin Yıldırım, İSTAD-ın sədri Səfər Qaraqoyunlu, TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə, beynəlxalq hüquq üzrə mütəxəssis, Bakı Dövlət Universitetinin professoru Əmir Əliyev, “İnkişafa və İslahatlara Dəstək” ictimai birliyinin sədri Ramil Əliyev və digərləri Xocalıda dinc əhaliyə qarşı törədilən tarixin ən qanlı qətliamı barədə danışıb, ermənilər tərəfindən törədilən bu vəhşiliyin əsrlər keçsə də unudulmayacağını vurğulayıblar.

Pərviz Məmmədzadə bildirib ki, fevralın 22-dən başlayaraq Diasporla İş üzrə Dövlət Komitəsi və TADEF-in birgə təşkilatçılığı ilə Türkiyənin müxtəlif bölgələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə anım tədbirləri keçirilir.

“İnkişafa və İslahatlara Dəstək” ictimai birliyinin sədri Ramil Əliyev isə qeyd edib ki, 19 sentyabr anti-terror əməliyyatından sonra Xocalının azad olunması ilə düşməndən qisasımız layiqincə alınıb:

“Ulu öndər Heydər Əliyev hər dəfə məcburi köçkünlərlə görüşləri zamanı bildirirdi ki, biz Şuşamıza, Laçınımıza, Xocalımıza, bütövlükdə Qarabağımıza qayıdacağıq. Bu arzumuzu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz reallaşdırdı. Ona görə də bu gün Xocalı faciəsinin növbəti ildönümünü qalib dövlət kimi qeyd edirik”. 

Mərasim çərçivəsində Xocalı soyqırımından bəhs edən fotosərgi açılıb.


Elmar Heydərli
Demokrat.az






















 

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər