BAKU Azərbaycan
30.15 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə Azərbaycanı dünyada qalib dövlət kimi tanıdıb. Yenilməz ordumuz isə dünyada ən güclülərdən biri olduğunu təsdiqlədi. Prezident İlham Əliyev də beynəlxalq miqyasda təşəbbüskar dövlət başçısı kimi tanınır. Bugünlərdə Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi bu sahədə atılan növbəti addım oldu. Sammitdə Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin nümayəndəsi, habelə bir sıra ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı da bu tədbirin əhəmiyyətli olmasından xəbər verir. Xatırladaq ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin əsas məqsədi üzv dövlətlərdən olan gənclərin davamlı tərəqqisinə nail olmaq, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün vətəndaşı olduqları ölkələrin birgə və adekvat səyləri barədə fikir mübadiləsinə şərait yaratmaqdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib. Hüquq müdafiəçisi bildirib ki, Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər beynəlxalq miqyasda yüksək səviyyədə qəbul edilir. Dünya pandemiya təhlükəsi ilə üz-üzə qalan və ciddi itkilərin, iqtisadi tənəzzülün tüğyan etdiyi vaxtda iqtisadi cəhətdən zəif olan dövlətlər həyəcanlı anlarla üzləşmişdilər. Həmin vaxt dünya birliyi çaşqınlıq içərisində qaldı. Vəziyyətdən çıxış yolu kimi, Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, ardınca isə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında zirvə görüşləri keçirildi. Bundan sonra dövlətimizin başçısının təşəbbüsü ilə daha bir mühüm əhəmiyyətli tədbir – BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası keçirildi. Onu da qeyd edək ki, Azərbaycanın təşəbbüsü BMT-yə üzv olan 150 ölkə tərəfindən dəstəkləndi. BMT Baş Assambleyası sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələrdə Prezident İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından təqdim olunan videoformatda çıxışını və “peyvənd millətçiliyi”nə qarşı növbəti çağırışını diqqətə çatdıran Ç.Qənizadə bunun beynəlxalq aləmdə böyük əks-səda yaratdığını deyib. Dövlətimizin başçısı bildirdi ki, “vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir.

Azərbaycanın təşəbbüsü ilə Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasının da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan hüquq müdafiəçisi deyib ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyada ikinci ən böyük beynəlxalq təsisatdır: “Həmin tədbirdə çıxış edən dövlətimizin başçısı daha bir təşəbbüsünün dəstəkləndiyinin anonsunu verdi. Prezidentimiz qeyd etdi ki, digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Azərbaycan Prezidentinin bu təşəbbüsü də reallaşdı. Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirildi. Sammit başa çatdıqdan sonra iştirakçılar işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşaya səfər etdilər. Səfər çərçivəsində həm erməni vandallığının nəticələrini gördülər, həm də Qarabağda aparılan yenidənqurma və bərpa-tikinti işləri ilə tanış oldular”.

Ç.Qənizadə deyib ki, hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil hazırlamaqdır. Çünki gələcəyin tərəqqisi gənclərin əlindədir. Dövlətimizin başçısı Sammit iştirakçılarına müraciəti zamanı da gəncliyi yüksək qiymətləndirib. Bildirib ki, hər bir ölkənin sosial inkişafının, rifahının aparıcı qüvvəsi olan gənc nəsil, həm də qlobal tərəqqinin lokomotividir. Azərbaycanın təşəbbüsü ilə təsis edilmiş Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi üzv ölkələrin gənclər dialoqunu, onların davamlı tərəqqisinə nail olmaq üçün atdığımız addımlardan biridir. Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi qlobal miqyasda ən mötəbər gənclər təşkilatlarından birinə çevrilərək, öz ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinə və birgə fəaliyyətin genişlənməsinə töhfələrini verəcək.

 

 

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər