BAKU Azərbaycan
27.02 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycanın Özbəkistandakı Səfirliyinin və nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin, “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyi və birgə təşkilatçılığı ilə Daşkənddə “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” baş tutub.

İqlim Forumu Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində keçirilib. 

Öncə Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirildikdən sonra Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Ev sahibi universitetin beynəlxalq əməkdaşlıq üzrə prorektoru professor Nozlia Nurmuradova qonaqları salamlayaraq keçirilən beynəlxalq forumun Azərbaycan-Özbəkistan qardaşlığını daha da möhkəmlənidirilməsinə töhfə verəcəyini bildirib. O, belə bir mötəbər tədbirə ev sahibliyi etdikləri üçün şad olduqlarını bildirib.

Daha sonra çıxış edən Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu”nun iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Bildiyiniz kimi Azərbaycanda çox mühüm COP29 tədbirlərinə hazırlıq gedir, bu tədbirlə bağlı ölkəmizə 100-dən artıq ölkənin yüksək səviyyəli nümayəndələrinin  gəlməsi gözlənilir. Bu günkü forumun keçirilməsində əsas məqsədlərdən biri də COP29-a hazırlıqdır.

44 günlük Vətən müharibəsindən sonra İşğaldan azad olunan ərazilərdə tikinti-bərpa işlərindən danışan səfir qeyd edib ki, Qarabağda şəhərlər, kəndlər, tarix və mədəniyyət abidələrinin, məsçidlərin məhv edilməsi ilə yanaşı regionun ekologiyayasına da ciddi  ziyan vurulub. İndi Azərbaycan bu istiqamətdə də mühüm işlər həyata keçirir.

Layihə rəhbəri, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Aqil Ələsgər çıxışında Azərbaycanın 30 il erməni işğalı altında qalan ərazilərində işğalçı dövlət tərəfindən ekoloji terror həyata keçirildiyini diqqətə çatdırıb.

Açılış çıxışlarından sonra protokol çıxışlarına yer verilib. 

Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Özbəkistan Respublikası Ali Məclisinin deputatı Gülbahar Seyidqəniyeva, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin baş mütəxəssisi Emil Yusifov və Özbəkistan Respublikası Gənclər İşlər Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhfuzə Artıkova çıxış edərək Azərbaycan və Özbəkistanın iqlim siyasətindən bəhs ediblər. 

Çıxışçılar hər iki dövlət tərəfindən qeyd olunan sahədə görülən tədbirlərin digər ölkələrə nümunə olduğunu bildiriblər. Azərbaycanda keçiriləcək COP-29 tədbirinin önəminə toxunan çıxışçılar rəsmi Bakının bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edəcəyinə ənliklərini vurğulayıblar.

Daha sonra COP29 ilə bağlı qısa videoçarx nümayiş olunub.

Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək ədəbiyyatı tarixi kafedrasının müdiri professor Nurbay Cabbarovun moderatorluğu ilə keçirilən “Özbəkistan-Azərbaycan: İqlim üçün birləşək” panelində Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov, Özbəkistan Respublikası Gənclər İşlər Agentliyinin Ekoloji Diplomatiya Departamentinin sədri Elyar Narpolatov, Qarabağ qazisi, jurnalist Nahid Canbaxışlı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin koordinatoru Famil Məmmədov forumdan irəli gələn mövzuları müzakirə ediblər.

Sonda iştirakçılara plaketlər təqdim olunub və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, forum öz işini “Yaşıl dünya naminə” sərgi ilə davam etdirəcək. 17 oktyabrda açılan sərgi iki gün davam edəcək. Bundan başqa Forumun nümayəndə heyəti Özbəkistanda vətəndaş cəmiyyəti və dövlət rəsmiləri ilə görüşləri davam etdirir.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər