BAKU Azərbaycan
26.69 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının informasiya dəstəyi, “Müasir şeirlər” poeziya klubu və “Doqquz hiss” İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış rus şairi Sergey Yeseninin anadan olmasının 130 illiyinə həsr olunmuş “Ruh cənnətə həsrətdir” adlı musiqili-poeziya gecəsi keçirilib.

Kitabsevərlər və poeziya həvəskarları şeir, musiqi və gözəlliklə dolu bir gecə yaşadılar.

Gecəni giriş sözü ilə AYB-nin üzvü, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) üzvü, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəal oxucusu Lalə Həsənova açdı.

İlham və ülvi söz ab-havasında istedadlı qiraətçilərin ifasında şairin sevimli şeirləri səsləndi. “SanSara” Beynəlxalq Gimnastika, Akrobatika və Rəqs Akademiyasının hazırladığı möhtəşəm rəqs nümayişi gecənin parlaq bəzəyi oldu.

S.Yeseninin sətirləri xüsusi əhval-ruhiyyə yaradırdı. Yazılmasından bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, onlar öz təravətini, saflığını və dərinliyini itirməmişdir. Şairin yaradıcılığı yaddaşlarda yaşayır, poeziyanın sehrini qoruyur və dünyanın hər yerində insanların qəlblərinə toxunmaqda davam edir.

Poeziya gecəsinin iştirakçıları rəssamlıq studiyasının direktoru, Azərbaycan Rəssamlar İttifaqının üzvü Fidan Alimova, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova, bəstəkar və teleaparıcı Oksana Vəliyeva, aktrisa Renata Asyanova, poeziyasevərlər Məryəm Xaspolatova, Günatay Hüseynova, Samirə Şıxıyeva, Bayram Məhərrəmov, Marina Kolomazova, Alina Dudinova, Məsumə Qasımova, Zarema Manafova, yazıçı Nell Currie və Elmira Əsədova S.Yeseninin şerlərini söylədilər.

Gecənin əsas mövzusu S.Yeseninin Bakıya sevgisi və məhəbbəti, onun İran təranələri olub. İştirakçılar yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu R.Mirzəzadənin “Salam, Sergey Yesenin” kitabı ilə də tanış oldular.

Hər bir tamaşa sadəcə oxumaq deyil, təkrarolunmaz təcrübə idi – Yeseninin sətirlərini dolduran obrazların və duyğuların canlanması. Söz, musiqi və rəqsin vəhdəti gecəni əsl ruh şənliyinə çevirdi, burada şeir və incəsənət birləşdi.

 

 

 

 

 

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər