BAKU Azərbaycan
26.69 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
 

2025-ci ilin 8-11 oktyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində “İnformasiya cəmiyyətində yaddaş institutları, kitab və oxu” mövzusunda IV Beynəlxalq konfrans keçirilmişdir. Konfrans Qırğızıstan Respublikasının Milli Tarix Muzeyinin 100 illik yubileyinə təsədüf etdi.

Konfrans MDB-nin iştirakçı-dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin, Qırğızıstan Respublikasının Milli Tarix Muzeyinin, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Rusiya Komitəsinin və Rusiya Federasiyasının Regionlararası Kitabxana Əməkdaşlığı Mərkəzinin təşkilatçılığı ilə baş tutdu.

Konfransın təntənəli açılışında Qırğızıstanın Dövlət katibi Marat İmankulov konfrans iştirakçılarına ölkə Prezidenti Sadır Japarovun təbrikini oxudu. Sonra Qırğızıstan Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev konfrans iştirakçılarını salamlayaraq məruzə ilə çıxış etdi. YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Rusiya Komitəsinin sədri və Rusiya Federasiyasının Regionlararası Kitabxana Əməkdaşlığı Mərkəzinin baş direktoru Anastasiya Parşakova təbrik çıxışında konfransa uğurlar arzuladı. TÜRKSOY-un Baş katibi, Qırğızıstanın Xalq yazıçısı Sultan Rayev tədbir iştirakçılarını onlayn formatda salamladı.

Konfrans işini beş bölmədə davam etdi.

Konfransda yaddaş institutlarının rəqəmsal dünyanın müasir formatları və qabaqcıl texnologiyalarından istifadə şəraitində effektiv fəaliyyətinin əsas aspektləri, mədəni irsin qorunması, kitab mədəniyyətinin dəstəklənməsi və qlobal informasiya cəmiyyətində oxu təşviqinin mövzuları müzakirə olunmuşdur.

Konfransda Azərbaycan, Qırğızıstan, Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Özbəkistan, Altay, Tacikistan və Ermənistandan kitabxana, muzey, alı məktəb və nəşriyyat rəhbərləri, alı məktəb kitabxanalarının, elm və diğər sahələrinin qabaqcıl nümayəndələri, Qırğızıstan Respublikasında akreditə olunmuş diplomatik korpusun nümayəndələri, YUNESKO təmsilçıləri iştirak etdilər.

Tədbir iştirakçıları məruzə və təqdimatlarla çıxış etdilər. İnnovativ layihələr, müasir informasiya texnologiyaları, kitab və mütaliə, mədəni irsin rəqəmsallaşdırılması və qorunması məsələləri ətrafinda real formada və onlayn rejimdə fikir mübadilələri aparıldı.

Konfransın bölmə iclaslarında AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi şöbəsinin müdiri Natəvan Hacıyeva “Azərbaycanın akademik irsinin qorunması və onun təkmilləşdirilməsi yolları”, Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Nəzrin Şirinova “Muzey auditoriyasının formalaşması və diversifikasiyasına aktual yanaşma. Muzey ziyarətçıləri üçün sosial və təhsil innovasiyaları”, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova “Rəqəmsal dünya inklüziv mühiddə” adlı məruzələrlə çıxış etdilər.

Konfrans iştirakçıları Qırğızıstan Respublikasının Milli Tarix Muzeyinin ekspozisiyası və kitabxanası ilə tanış oldular.

 

 

 

 

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər