BAKU Azərbaycan
27.77 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində Ermənistan Silahlı Qüvvələri növbəti dəfə cəbhə xəttindən çox uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin dinc əhalisini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.

Bu barədə Operativ Media-ya açıqlamasında siyasi şərhçi Əhməd N. Abbasbəyli məlumat verib.

O bildirib ki, mənfur düşmənin bu xain hücumu nəticəsində yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb. Nəticədə 14 nəfər şəhid olub, 55-dən çox şəxs yaralanıb. Çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və yaralananlar arasında azyaşlılar, qadınlar və qocalar da olub.

Siyasi şərhçinin sözlərinə görə, bu hadisə Azərbaycan tarixinə qara hərflərlə yazılmaqla yanaşı, ölkəmizin artıq 30 ildən çoxdur ki, insanlıqdan, mənəviyyatdan və əxlaqdan uzaq, beynəlxalq humanitar hüququn əsas prinsiplərinə hörmət etməyən bir düşmənlə mübarizə apardığının növbəti sübutudur.

O qeyd edib ki, 1899-cu ildə qəbul edilmiş “Quru müharibələrinin adət və qanunları haqqında” Haaqa Konvensiyası və ona əlavə edilmiş Əsasnamədə müharibənin aparılması üsul və vasitələrinin məhdudlaşdırılmasına dair bir sıra müddəalar əksini tapıb. Əsasnamənin 22-ci maddəsində göstərilir ki, döyüşən tərəflər düşmənə zərər yetirmək vasitələrini seçməkdə qeyri-məhdud hüquqa malik deyillər. Həmçinin sazişlərlə müəyyən edilmiş qadağalar sırasında “düşmən qoşununa və ya əhalisinə mənsub olan şəxsləri xəyanətkarlıqla öldürmək və ya yaralamaq”, eləcə də “hərbi zərurət olmadıqda düşmən əmlakını dağıtmaq və ya zəbt etmək” kimi müddəalar da yer alır.

Əhməd N. Abbasbəyli bildirib ki, Ermənistanın ali hərbi rəhbərliyi bu qadağalara məhəl qoymadan, döyüş xəttindən uzaqda yerləşən Gəncədə dinc əhaliyə qarşı hücumlar həyata keçirməklə Azərbaycan xalqı arasında vahimə yaratmağa çalışıb. Bu alçaq addım həm də Azərbaycan Silahlı Qüvvələrini adekvat cavab verməyə, yəni dinc erməni əhalisinə qarşı ağır dağıdıcı silahlardan istifadə etməyə təhrik etməyə hesablanmışdı. Məqsəd Azərbaycanı beynəlxalq ictimaiyyət qarşısında ittiham obyektinə çevirmək, ölkəmizin nüfuzuna zərbə vurmaq idi.

Siyasi şərhçi əlavə edib ki, Azərbaycan rəhbərliyi həmin təxribatlara baxmayaraq, növbəti dəfə uzaqgörənlik və siyasi müdriklik nümayiş etdirib, səbr və təmkinlə davranaraq, müharibəni ləyaqətlə və mərdliklə aparmağa üstünlük verib. O qeyd edib ki, Azərbaycan düşməni döyüş meydanlarında məhv etməyə qərar verib. Vətən müharibəsi və sonrakı antiterror əməliyyatlarında Azərbaycan beynəlxalq humanitar hüququn prinsiplərinə ciddi riayət etməklə dünya hərb tarixində unikal və nümunəvi bir model yaradıb.
44 gün davam edən Vətən müharibəsi zamanı mülki insanlara dəymiş zərərin azlığı dünya hərb tarixində nadir hal kimi qiymətləndirilir. Antiterror əməliyyatları zamanı isə ümumiyyətlə mülki tələfat qeydə alınmayıb.

"Bu faktların özü göstərir ki, Ermənistanla müqayisədə Azərbaycan beynəlxalq humanitar hüquqa, konvensiyalara və müharibənin aparılması ilə bağlı bütün qadağalara ciddi əməl edib. Bu, ölkəmizin ədalətli və qanunlara sadiq mövqeyinin təkzibedilməz sübutudur", o, qeyd edib.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər