BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Şəhidlərimizin ailələri və müharibə iştirakçıları bizim üçün müqəddəsdir

 Azərbaycan tarixində əbədi olaraq qalacaq günlərdən biri – 8 Noyabr Zəfər Günü – xalqımızın 30 ilə yaxın davam edən işğal və ədalətsizlik dövrünə son qoyduğu, ərazi bütövlüyünü bərpa etdiyi, qürur və şərəfini geri aldığı gündür. 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi təkcə hərbi qələbə deyil, həm də milli birlik, dövlət iradəsi və ədalətin təntənəsi kimi tarixə düşdü. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün ərzində ordumuz yüksək peşəkarlıq, strateji planlaşdırma və qəhrəmanlıq nümayiş etdirərək işğal altındakı torpaqların böyük hissəsini azad etdi. Şuşa şəhərinin 8 noyabrda azad edilməsi isə müharibənin gedişatını həlledici şəkildə dəyişdi və düşməni kapitulyasiya etməyə məcbur etdi. Şuşanın azad olunması ilə Ermənistan ordusu tamamilə çökdü, onun döyüş qabiliyyəti məhv edildi. Beləliklə, 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqları uğrunda ədalətli mübarizənin son mərhələsinə qədəm qoyuldu. Bu müharibə yalnız cəbhə xəttində deyil, həm də diplomatik, siyasi və informasiya müstəvisində aparılan çoxşaxəli mübarizə idi. Azərbaycan dövləti həm döyüş meydanında, həm də beynəlxalq informasiya məkanında qalib gəlməyi bacardı. Bu qələbənin əsas memarı, müharibənin siyasi və diplomatik rəhbəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu. Prezident İlham Əliyevin müharibə dövründəki nitqləri təkcə siyasi bəyanatlar deyil, xalqla birbaşa kommunikasiya vasitəsi idi. Onun qətiyyətli tonu, real faktlara əsaslanan çıxışları və emosional səmimiyyəti xalqda ruh yüksəkliyi yaradır, milli birliyi daha da möhkəmləndirirdi. Hər bir çıxış həm cəbhədəki döyüşçülər üçün ruhlandırıcı mesaj, həm də beynəlxalq ictimaiyyət üçün diplomatik xəbərdarlıq idi. Bu nitqlər XXI əsrdə siyasi liderlik və kommunikasiya üslubunun yeni modeli kimi dəyərləndirilir.

Rəsmi İrəvanın kapitulyasiyası ilə başa çatan Vətən müharibəsi göstərdi ki, ədalət gec gələ bilər, amma mütləq qalib gəlir. Azərbaycan xalqı bu qələbəni şəhidlərinin qanı, qəhrəman ordusunun şücaəti və dövlət başçısının uzaqgörən siyasəti sayəsində qazandı. Bu gün Azərbaycan qalib dövlətdir, Qarabağ və Şərqi Zəngəzur isə əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsidir.

2020-ci ilin noyabrında zəfər bayrağımızın ucaldığı gün – 8 Noyabr – yalnız hərbi qələbəni deyil, həm də torpaqlarımızın yenidən həyat tapmasını, məskunlaşmasını müjdələyən dönüş nöqtəsidir. Azərbaycanda işğaldan geri alınmış ərazilərin yenidən məskunlaşdırılması “Böyük Qayıdış” olaraq adlandırılan dövlət proqramı çərçivəsində həyata keçirilir. Bu proqramın prioritetləri azad edilmiş yaşayış məntəqələrinin bərpası və yenidənqurulması, orada təhlükəsiz və layiqli yaşayışın təmin edilməsi, iqtisadi fəaliyyətin, məşğulluğun və infrastrukturun bərpası, dislokasiya edilmiş vətəndaşların doğma torpaqlarına qayıdışı və məskunlaşmasıdır. Bu siyasət yalnız sadəcə binanın tikintisi deyil – həm də itirilmiş həyatın, yurdundan didərgin düşmüş insanların geri dönüşünün simvoludur.

2025-ci ilin oktyabrın 1-ə olan məlumata görə, azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 19 109 nəfərdən ibarət 4 826 ailə qayıdışı təmin edilib. Məhz həmin ərazilərdə, bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslər və onların ailə üzvləri 38 304 nəfər təşkil edib. Bundan əlavə, Qarabağ Universiteti-də təhsil alan 2 152 tələbə də nəzərə alınaraq, azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 59 565 nəfər olaraq bildirilmişdir. Bu məlumatlar, bir tərəfdən, prosesin nə qədər sürətlə və sistemli şəkildə aparıldığını göstərir; digər tərəfdən isə qarşıda hələ görüləcək işlərin çox olduğunu xatırladır. Məsələn, 2025-ci ilin may ayına olan statistikaya görə, azad edilmiş ərazilərdə yerləşmiş təqribən 43 144 nəfər yaşayırdı. Bu da, oktyabr üçün verilən rəqəmlərin bu sahədə artımı təsdiqləyir.

Azad edilmiş torpaqlarda məskunlaşmanın davamlı olması üçün infrastruktur layihələri həyata keçirilir: yollar, qaz-elektrik şəbəkələri, yaşayış binaları, su və yağış sularının toplanması sistemləri. Məsələn, 2025-ci ilin ilk altı ayında bu sahəyə dövlət büdcəsindən 1 552,4 milyon manat vəsait ayrıldığı açıqlanmışdır. Bərpa-quruculuq yalnız tikinti deyil – həm də regionun iqtisadi bünövrəsinin yenidən qurulmasıdır: kənd təsərrüfatı, turizm, xidmət sektoru, məşğulluq proqramları və s. Məsələn, azad edilmiş ərazilərdə 5 420 nəfərin məşğulluğu təmin edilib. Məskunlaşma yalnız evlərin tikilməsi demək deyil – məktəb, universitet, səhiyyə, mədəniyyət obyektlərinin açılması və sosial həyatın bərpasıdır. Tələbələrin regionda təhsil ala bilməsi, valideynlərin doğma yurdlarına qayıdıb normal həyat süreməsi bu işin əsas göstəricilərindəndir. Həmçinin, bu prosesin milli birliyin, vətənpərvərlik ruhunun və gələcək nəsillərə ötürüləcək bir həyat tərzinin bərpası ilə bağlı sosial-psixoloji önəmi böyükdür.

Vətən müharibəsi dövründə canlarını və sağlamlıqlarını Vətən yolunda fəda etmiş qəhrəmanların ailələrinə göstərilən diqqət və qayğı, dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin mühüm tərkib hissəsidir. 2020-ci ilin noyabrından etibarən hökumət tərəfindən sosial müdafiə və təminat proqramları mərhələli şəkildə həyata keçirilir. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır: “Şəhidlərimizin ailələri və müharibə iştirakçıları bizim üçün müqəddəsdir. Onların rifahı daim diqqət mərkəzində olacaq.” Bu yanaşma təkcə sosial siyasətin deyil, həm də dövlətçilik fəlsəfəsinin təməl prinsipinə çevrilib. Azərbaycan dövləti Vətən müharibəsi iştirakçılarını yalnız döyüş meydanında deyil, həm də gündəlik həyatlarında qoruyur və dəstəkləyir. Bu gün Zəfər Günü həm də sosial rifah və ədalətin təntənəsi kimi qeyd olunur. Qələbə yalnız hərbi gücün deyil, həm də insana və ailəyə verilən dəyərin qələbəsidir.

Azərbaycan dövləti öz qəhrəmanlarının arxasındadır – onların ailələri üçün tikilən evlər, yaradılan şərait, verilən dəstək bu Zəfərin canlı davamıdır. Bu siyasət həm dövlətin humanist mahiyyətini, həm də xalqla iqtidar arasında olan möhkəm mənəvi bağların göstəricisidir.

 8 Noyabr – Zəfər Günü Azərbaycanın təkcə hərbi deyil, həm də diplomatik, informasiya və siyasi qələbəsinin simvoludur. Prezident İlham Əliyevin müharibə dövründə apardığı qətiyyətli diplomatiya, verdiyi müsahibələr və dünya ictimaiyyətinə ünvanladığı çıxışlar müasir diplomatiyanın yeni mərhələsini formalaşdırdı.

 

Paşa-zadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Son xəbərlər

Yeni geosiyasi reallıq və balans siyasəti

İtaliya ilə Azərbaycan arasında münasibətlər

Azərbaycanda artan yanğın riskləri: Obyektləri və həyatı gözlənilməz təhlükədən necə qorumalı?

Professor Hafiz Paşayevin 85 illik yubileyinə həsr olunmuş məqalə

DFJD “Ana dilini unutmuruq” layihəsinə start verib

ABŞ mediasında Azərbaycan musiqisi haqqında məqalə dərc olunub

“Dayaq” sosial maarifləndirmə İB yeni layihənin icrasına başlayıb

QHT tərəfindən Azərbaycanda 9 gölün ekoloji vəziyyəti araşdırılacaq

Azərbaycan idmanı yüksək diqqət və qayğı ilə əhatə olunub

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər -FOTOLAR

Rusiyada Xanlar Bəşirov tərəfindən Azərbaycan rəqsləri üzrə ustad dərsləri keçirilir

Azərbaycan Çexiya diplomatik münasibətlərin dinamik inkişafı

Gənc idmançılar beynəlxalq arenada Azərbaycan bayrağını yüksəklərə qaldırmaqda davam edirlər

Ukrayna–Azərbaycan əlaqələrinin yüksələn xətti

SITA 2026-cı ilin ilk rübündə yeni texnoloji həllər və tərəfdaşlıqlarını açıqlayıb

Tanınmış şair və bəstəkar Xanım İsmayılqızının yubiley gecəsi keçirildi

Yaponiyada azərbaycanlı müəllifdən yeni kitab: “Azərbaycan adlı strategiya” nəşr olundu

Xəzər Universitetinin əməkdaşı TESİAD-ın Məsləhət Şurasının iclasında -FOTOLAR

Gənc istedadlara yeni nəfəs verən 100 yaşlı mədəniyyət ocağı

Azərbaycan–Latviyanın birgə fəaliyyət imkanları

Xanım İsmayılqızının “Kitablar səltənətinin inciləri”nə daxil olan şeirləri

Psixologiyanın nəbzi Bakıda:Xəzər Universitetində Azərbaycan X Beynəlxalq Psixologiya Konfransı keçiriləcək

Şanlı Zəfərimiz “Kitablar səltənətinin incisi”nə daxil oldu

“Beynəlxalq Şeflər Liqası”nın möhtəşəm qala gecəsi və mükafatlandırma mərasimi keçirilib

Almatıda keçirilən II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş tərkibdə təmsil olunub

Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr genişlənir

Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb

“Milli Qəhrəmanlarımız” tədbirlər silsiləsində videoçarx hazırlandı

Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də yaşayır

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Xalq sənətkarlığı və təsviri-dekorativ sənət” tematik qrupu üzrə dərslər keçirilib

Bütün xəbərlər