BAKU Azərbaycan
26.69 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində 2026-cı ildə yubileyləri olan alim, şair və yazıçılara həsr olunmuş kitab sərgiləri təşkil olundu. Kitab sərgilərində oxuculara yubilyarların ən məşhur əsərləri, onların həyat və yaradıcılığına həsr olunmuş əsərlər və tədqiqat işləri təqdim edilir. Sərgilərdə yubilyarların Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə nəşr olunmuş kitabları da nümayiş olunur.

Bundan başqa, sərgilərdə oxuculara alim, yazıçı və şairlər haqqında ensiklopediyalar və ensiklopedik məlumatlar da təqdim edilir.

Görkəmli alim, filosof, astronom, riyaziyyatçı, tarixçi, coğrafiyaşünas N.Tusinin 825 illiyinə həsr olunmuş “Nəsirəddin Tusi – 825” sərgisində alimin “Əxlaqi-Nasiri”, “Tozlu lövhənin köməyi ilə hesab toplusu” əsərləri, H.Məmmədbəylinin “Mühəmməd  Nəsirəddin Tusi”, S.Əhmədovun “Azərbaycan tarixindən yüz şəxsiyyət”, görkəmli tarixçi-alim Sara Aşurbəylinin 120 illik yubileyinə həsr olunmuş  “Sara Aşurbəyli  – 120” sərgisində alimin “Bakı şəhərinin tarixi”,  “История города Баку”, S.Gəncəlinin “Qadın, gözəllik  və ülviyyət” kitabı, yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin 105 illiyinə həsr olunmuş “Əzizə Cəfərzadə – 105” sərgisində onun müəllifi olduğu “Dilbər”, “Eşq sultanı”, “Anamın nağılları”, “Eldən-elə”   kitabları nümayiş olunur.

Ən zəngin kitab sərgisi Azərbaycan və dünya ədəbiyyatının görkəmli simalarından biri, yaradıcılığı ilə Azərbaycan şifahi və yazılı söz sənətinin inkişafında mühüm rol oynamış Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi – 885” sərgisidir. Sərgidə Nizaminin “Xəmsə”si: “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” əsərləri, Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami”, Xəlil Yusiflinin “Nizami Gəncəvi: sələflər və xələflər”,  Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami”, Fərid Hüseynin “Nizami Gəncəvinin əsərlərinin el variantları”  və s. kitablar sərgilənir. Görkəmli  Azərbaycan şairi, mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş  “Xaqani Şirvani – 900” sərgisində şairin  “Seçilmiş əsərləri”, “Lirika”, “Дворцы Мадaина” və s. kitablar, görkəmli saz-söz ustası, dastan qəhrəmanı və sənət məktəbi yaradan Aşıq Ələsgərin 205 illiyinə həsr olunmuş “Aşıq Ələsgər – 205” sərgisində ustadın “Əsərləri”, “Əsərləri, dastanı-rəvayətlər, xatirələr…” kitabları, Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim Süleyman Rüstəmin 120  illik yubileyi ilə əlaqədar  “Süleyman Rüstəm – 120” sərgisində şairin  5 cilddə “Seçilmiş əsərləri”, “Əsərləri”, Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş  “Səməd Vurğun – 120” sərgisində şairin 5 cilddə olan “Seçilmiş əsərləri”, Adilxan Bayramovun “Səməd Vurğun: milli və ümumbəşəri”, “Səməd Vurğun: seçilmiş əsərləri”, Azərbaycan yazıçısı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi Abdulla Şaiqin 145 illiyinə həsr olunmuş  “Abdulla Şaiq – 145” sərgisində onun “Seçilmiş əsərlər”i, “Tıq-tıq  xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” və s., nasir, tərcüməçi, ssenari müəllifi  Ələviyyə Babayevanın 105 illiyinə həsr olunmuş “Ələviyyə Babayeva – 105” sərgisində “Anadil ağlayırdı”,  “Səni axtarıram”, “Seçilmiş əsərləri”, şair  Mədinə Gülgünun 100 illik yubileyinə həsr olunmuş “Mədinə Gülgün – 100” sərgisində  “Yora bilməz yollar məni”, “Seçilmiş əsərləri” və s. kitablar,   Xalq şairi Qabilin 100 illik yubileyinə həsr olunmuş   “Qabil – 100”   şairin  “Seçilmiş əsərləri”, “Ömür həbləri”, “Nəsimi” və s. kitabları nümayiş olunur.

“Qrimm qardaşları – 240” sərgisində nağılçı qardaşların “Золотой гусь”,   “Бременские музыканты”, “Три пряхи” və s., elmi-fantastik ədəbiyyatın ən tanınmış simalarından biri Herbert Uellsin 160  illiyinə həsr olunmuş “Herbert Uells – 160” sərgisində fantastın “Seçilmiş əsərləri”, “Zaman maşını”, “Dünyaların müharibəsi”  və s.,  dünya şöhrətli Amerika yazıçısı, ictimai xadim Teodor Drayzerin 155 illiyinə həsr olunmuş  “Teodor Drayzer – 155” sərgisində “Cenni Herhardt”, “Финансист”, “Гений” və s., Amerika yazıçısı, daha çox sərgüzəştlərlə dolu hekayə və romanların müəllifi olan Cek Londonun 150 illik yubileyi ilə ilə əlaqədar “Cek London – 150”  sərgisində “Seçilmiş əsərləri”,  “Martin İden”,  “Ağ Diş” və s. kitablar nümayiş olunur. Tanınmış uşaq yazıçısı, şair, professor, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Solmaz Amanovanın 70 illiyinə həsr olunmuş “Solmaz Amanova – 70” sərgisində “Şuşanın sehirli açarları”, “Əlifba”, “Əlifba 2”, “Xurcun”, “Cəsur ayı və dostları”, “Gəncə haqqında hekayə”, “İlmənin macəraları”, “Мой волшебный мир”, “Волшебные ключи города: Шуша”, “Turac və sehrli daraq”, kitabları nümayiş olunur.

Kitab sərgiləri kitabxanada 2026-cı il ərzində oxuculara nümayiş olunacaq.

 

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər