BAKU Azərbaycan
27.04 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycan Milli İncəsənət Muzeyi ilə birgə muzeyin “Səttar Bəhlulzadə” zalında tanınmış şair və bəstəkar Xanım İsmayılqızının 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirdilər.

Yubiley gecəsinin aparıcısı tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova qonaqları salamladı və istedadlı şair, bəstəkar Xanım İsmayılqızının yubileyinin həqiqətən poeziya və musiqi bayramına çevrildiyini dedi. O qeyd etdi ki, Xanım İsmayılqızı vətənpərvər, filosof, həyat, gözəllik şairidir. Xanım İsmayılqızı sözü yaşadan, musiqini sevdirən sənətkardır. Onun özü də, yaradıcılığı da parlaqdır. Şairin çox müdrik, dildən-dilə gəzən sözləri var.

Tədbirin aparıcı Lətifə Məmmədova sevilən şair, bəstəkar Xanım İsmayılqızına Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucu diplomunu və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fəxri fərmanını təqdim etdi.

Azərbaycan Milli İncəsənət Muzeyi adından Xanım İsmayılqızına yubileyi münasibəti muzeyin Fəxri fərmanını təqdim olundu.

 Yubiley gecəsinin aparıcısı qeyd etdi ki, M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyi ilə birgə tərtib etdiyi “60 çiçək – bir çələng” adlı Zəfər almanaxına Xanım İsmayılqızının da şeiri daxil edilib və kitabı yubilyara təqdim etdi.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Zeynəb Cəmaləddin Xanım İsmayılqızının yubileyinə həsr etdiyi şeiri söylədi.

225 №-li tam orta məktəbin direktor müavini, “Kiçik Akademiya”nın rəhbəri, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri professoru Zenfira Nusalova yubilyarı təbrik edərək, ona yaradıcılıq uğurları arzuladı. Sonra Z.Nusalova şeir söylədi. 225 №-li tam orta məktəbin nəzdindəki “Kiçik Akademiya”nın şagirdləri sevilən şair və bəstəkar Xanım İsmayılqızının şeirlərini söylədilər.

Rusiya Federasiyasının Azəbaycan Respublikasındakı Səfirliyinin nümayəndəsi Mariya Zolotareva sevilən şair və bəstəkar Xanım İsmayılqızını yubileyi münasibəti ilə təbrik etdi və dəvətə görə tədbir təşkilatçılarına öz təşəkkürünü bildirdi.

Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndəsi Mukaddas Temurzoda şair və bəstəkar Xanım İsmayılqızını təbrik etdi və ona yaradıcılığında uğurlar arzuladı.

Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndəsi İvan Sergeyviç yubilyarın yaradıcılığı ilə tanış olduğunu və onun bəstələrinin Azərbaycan mədəniyyətində xüsusi yeri olduğunu qeyd etdi.

Bakıdakı Tatar İcmasının sədri Renat İlyazov yazdığı şeirlə X.İsmayılqızını təbrik etdi.

Filologiya elmləri doktoru, ədəbiyyatşünas-alim, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Esmira Fuad yubilyarla uzun müddət birlikdə çalışdıqlarını, xatirələrini bölüşdü və ona yeni-yeni yaradıcılıq uğurları arzuladı.

AMEA-nın elmi katibi, biologiya elmləri doktoru Tubuxanım Qasımzadə İ.Brodskinin şeirin söylədi və yubilyara səmimi arzularını bildirdi.

Müəllim, bəstəkar Esmiralda Hüseynova söz və musiqisi özünə məxsus olan “Döz görək” mahnı ilə yubilyarı təbrik etdi.

Respublika və Beynəlxalq müsabiqələr laureatı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, xanəndə Maya Cəbrayılova yubilyarı mahnılarla təbrik etdi. İstedadlı müğənni, müəllim İslam Əlizadə musiqisi Xanım İsmayılqızının olan “Unudursan”, İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Şəlalə” xalq çalğı alətləri ansamblının solistləri Ceyran Abbaslı və Fərid Əzizli “Qonşular”, L. və M.Rostropoviçlər adına 21 №-li onbirillik Musiqi Məktəbinin 4-cü sinif şagirdi Raul Həmidov 33 №-li musiqi məktəbinin konsertmeysteri Şahin Yahyəzadənin müşayiəti ilə “O sole mio”, “Zibeydə” mahnıları yubilyara hədiyyə etdilər.

Bədii hissədə populyar gənc müğənnilər Zabitə Alıyeva musiqisi Xanım İsmayılqızına məxsus olan “Səndən ibarət”, “Allah görübdü, yeri”, Ağabala Sadıqzadə, Məzahir Fikrətoğlu, Rəvan Qaçayev və Pərvaz İbrahimli söz və musiqisi yubilyara aid olan “Məktub yazmışam”, “Eşq bir aləmdir”, “Gecələr”, “Ünvanımı bilən yox” adlı mahnıları ifa etdilər.

Tədbirin sonunda yubilyar Səbinə Kərimovanın, Şahzadə İldırımın, Leyla Əliyevanın, Rəna Naibova, Səfurə Nəcəfovanın, Sevda İsayevanın, Mədinə Əliyevanın, Arzu Xudayarovanın və b. qonaqların suallarına cavab verdi və tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirdi. Xanım İsmayılqızı tədbir iştirakçıları üçün “Salam, qadın” şeirini söylədi.

Yubilyar tədbir iştirakçılarına və ölkəmizin kitabxanalarına kitablarını hədiyyə etdi.

Tədbir iştirakçıları M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın hazırladığı Xanım İsmayılqızının həyat və yaradıcılığına həsr olunmuş videoçarxları izlədilər. Tədbirdə şair və bəstəkarın kitablarından ibarət sərgi nümayiş olundu.

Yubiley gecəsində diplomatik korpusunun nümayəndələri, şəhid ailələri, qazi və veteranlar, şair və yazıçılar, ziyalılar, sənət adamları, mədəniyyət işçiləri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəal və Fəxri oxucuları, şagird və müəllimlər, geniş ictimaiyyət və KİV nümayəndələri iştirak etdilər.

Tədbirin qonaqları Milli İncəsənət Muzeyində təqdim olunan Binafşa Nodirin kuratorluğu ilə keçirilən “Süzəninin yaranışı. Bir tikmə ustasının hekayəsi” adlı ekspozisiyaya baxış keçirdilər.

Videoçarxlar kitabxananın YouTube kanalında aşağıdakı keçiddə yerləşdirilib:

//www.youtube.com/watch?v=hQCkw3259co&t=115s

//www.youtube.com/watch?v=-jauui67iAg&t=103s

 

 

      

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər