BAKU Azərbaycan
28.35 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bildiyimiz kimi, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra mühüm yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edib. İşağldan azad olunan ərazilərdə, xüsusən Şuşada beynəlxaq konfrasların keçirilməsinin mühüm əhəmiyyyəti var. Bu tədbirlərdə iştirak edən əcnəb jurnalist və ya ekspertlər də çox böyük məmnunluq hissi keçirir, Şuşada aparılan abadlıq-quruculuq işlərinə valeh olur və Azərbaycan dövlətinin gücünü bir daha görürlər. Hətta bundan əvvəl Şuşaya gəlmiş bir neçə jurnalist, indiki səfərlərində Şuşanın möhtəşəm şəkildə dəyişdiyini qeyd ediblər. Maraqlıdır ki, artıq Şuşa haqqında əcnəbilər belə, kitab yazırlar. Bu kitablarda əcnəbi müəlliflər öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqının yenidən dirçəlişini böyük qürur hissi ilə tərənnüm edirlər.

İyulun 13-də Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumundan sonra xaricdə Şuşa haqqında yazıb və danışan əcnəbilərin sayı daha da çox olacaq. Çünki Forumda 53 ölkədən gələn 160 əcəbi qonaqlar Azərbaycan, eləcə də Şüşa ilə bağlı çox böyük təəssüratlarla öz vətənlərinə qayıdırlar.
Odu da qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada Forumda səsləndirdiyi mesajlar dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir.

Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxışında bu tədbirin Azərbaycan, həmçinin Qarabağ bölgəsi üçün müstəsna əhəmiyyətini vurğulayıb: “Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir” deyə dövlətimizin başçısı bildirb.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə dair fikirlər də səsləndirib. Belə ki, dövlət başçısının Azərbaycanın Avropa Şurasından tam çıxmaq imkanını nəzərdən keçirdiyini bildirirək, bu məsələ Azərbaycan nümayəndə heyətinin 2024-cü ildə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səsvermə hüququnun dayandırılmasından sonra gündəmə gəldiyini qeyd etdi. Dövlət başçısı AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dayandırılması ilə bağlı qərarı ədalətsiz olduğunu da qeyd edib. Dövlət başçımız Azərbaycanın heç bir yanlış addım atmadığını, əksinə, ədalətsiz qərarın təşkilat tərəfindən qəbul edildiyini bildirib və bu qərarın yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda regionda son gərginliyin uzun sürməyəcəyinə ümid etdiyini, Azərbaycanın öz təcrübəsinə əsaslanaraq davamlı sülhün yalnız ədalətli, beynəlxalq hüquqa əsaslanan prinsiplər üzərində qurula biləcəyini bildirdi.

Həmçinin Prezident İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərə də toxunaraq, Bakı ilə Moskva arasında müəyyən dövrlərdə müşahidə olunan gərginliyin artıq arxada qaldığını, iki ölkə arasında münasibətlərin isə tam normallaşdığını vurğulayıb.

Yeri gəlmişkən, Forum çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkdi. Pakistanın aparıcı media orqanları və Avropanın nüfuzlu xəbər platformalarından olan “Euronews” dövlət başçımızın regional təhlükəsizlik, Pakistanın vasitəçilik rolu və Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə dair bəyanatlarını diqqət mərkəzində saxlayıb.

Bu kimi tədbirlər Ermənistanın işğalçılıq siyasətin beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından mühüm rol oynayır. Eyni zamanda belə tədbirlərdə regionun gələcəyi ilə bağlı Azərbaycanın narahatçılığı və səyləri aydın görünür. Prezident İlham Əliyevin Şuşada müntəzəm olaraq Qlobal Media Forumunun keçirilməsi təklifini verməsi, Qarabağın gələcəkdə beynəlxaq əməkdaşlıq məkanına çevriləcəyindən xəbər verir.


Fuad Hüseynzadə,
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər