BAKU Azərbaycan
26.75 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Məlumdur ki, Prezident İlham Əliyevin beynəlxalq təşkilatların yüksək tribunasında irəli sürdüyü qlobal səviyyəli təşəbbüslər beynəlxalq aləm tərəfindən rəğbətlə qarşılanır və yüksək səviyyədə dəstəklənir. Dərin və hərtərəfli biliyə, yüksək siyasi mədəniyyətə malik Prezident İlham Əliyev dünyada böyük hörmət və nüfuz sahibi olan lider kimi qloballaşma və inteqrasiya proseslərində, beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla təmsil və müdafiə edir. Fəxarətlə deyə bilərik ki, dövlətimizin başçısı dünyada dərin analitik təfəkkürə və siyasi iradəyə malik lider kimi qəbul olunur. Qətiyyəti, diplomatik məharəti onu dünyanın nüfuzlu siyasi rəhbərləri cərgəsinə çıxarıb. Ona görə Azərbaycan Prezidentinin şəxsiyyəti bu gün beynəlxalq səviyyədə ehtiramla qəbul olunur. Təsadüfi deyil ki, dövlətimizin başçısının hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır. Məhz bunun nəticəsidir ki, Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə yüksəlməkdədir. Bu baxımdan “The European House – Ambrosetti” beyin mərkəzinin İtaliyanın Çernobbio şəhərində “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirdiyi 48-ci Beynəlxalq Çernobbio Forumuna dövlətimizin başçısı İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqin, həmçinin beyin mərkəzi tərəfindən əsas qonaq qismində dəvət olunması Azərbaycanın beynəlxalq səviyyədə möhkəmlənən mövqelərini əks etdirməklə yanaşı, həm də dövlətimizin başçısının şəxsi nüfuzunu göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Prezident İlham Əliyev 48-ci Beynəlxalq Çernobbio Forumunun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edərək bu sahədə ölkəmizin əhəmiyyətini və rolunu daha aydın şəkildə izah etdi. Bildiyimiz kimi, hazırda Azərbaycan dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyində oynadığı rola görə diqqət mərkəzindədir. Beynəlxalq aləmin etiraf etdiyi kimi, ölkəmiz artıq regionun enerji mərkəzinə çevrilib. İndi dünyada bu istiqamətdə baş verən böhranın aradan qaldırılmasında Azərbaycanın malik olduğu potensial çox yüksək dəyərləndirilir. Bütün bunlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu enerji siyasətinin ən bariz göstəricisidir. Yeri gəlmişkən, Cənub Qaz Dəhlizinin enerji böhranının yaşandığı bir dönəmdə Avropanın enerji təminatında əhəmiyyəti çox böyükdür. Onu da qeyd edim ki, bu layihənin reallaşdırılması ölkəmizin gücünü və qüdrətini bir daha ortaya qoyur. Layihənin uğurla həyata keçirilməsində Azərbaycan öz üzərinə düşən vəzifələri nümunəvi şəkildə icra edir, öz öhdəliklərinə hər zaman sadiqlik sərgiləyir və etibarlı tərəfdaş olaraq dünya dövlətləri tərəfindən təqdir olunur”, - deyə deputat bildirib.Bu gün Azərbaycan-İtaliya əlaqələrinin qarşılıqlı hörmətə və yüksək etimada əsaslanaraq bir çox sahələrdə yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran AHİK sədri deyib: “Prezident İlham Əliyevin bu ölkəyə səfərinin əlaqələrimizin inkişafı və genişlənməsi baxımından səmərəli olacağına əminəm. Azərbaycan son bir il yarım ərzində Avropaya 13,5 milyard kubmetr qaz nəql edib ki, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Təbii ki, qısa müddət ərzində bu, yüksək göstəricidir. Dövlətimizin başçısı bu il həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyin planlaşdırıldığını vurğuladı. Bu da dövlətimizin sözügedən istiqamətdə artan rolunu bir daha təsdiqləyir və əlaqələrimizin daha da inkişafına münbit şərait yaradır”.

“Əlaqələrimizin genişlənməsi baxımından təhsil sahəsinin önəmini xüsusi qeyd etmək istərdim. Səfər zamanı bu məsələ də diqqət mərkəzində oldu. İnanıram ki, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair Sazişin imzalanması bu sahədə də əlaqələrimizin dinamik inkişafını təmin edəcək, iki ölkə arasında dostluq münasibətlərini möhkəmləndirəcək”, - deyə AHİK sədri vurğulayıb.

“Səfər çərçivəsində Prezident İlham Əliyev yerli “İl Sole 24 Ore” qəzetinə müsahibəsində qalib ölkə olan Azərbaycanın haqlı mövqeyi, regionda vəziyyətin sülhə doğru inkişafı baxımından aparılan danışıqlar, Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verdi. Qeyd edim ki, artıq Azərbaycanın Qarabağ münaqişəsini həll etməklə müəllifi olduğu dəyişməz reallıqlar bütün tərəflərin maraqlarına tam uyğundur. Biz bunu beynəlxalq təşkilatların, vəziyyətə münasibət bildirən dövlətlərin davranışlarından da aydın görürük. Azərbaycan işğala son qoymaqla regionu Ermənistanın yaratdığı çirkabdan çıxararaq sürətli inkişaf yoluna yönəldib. Bu, bütövlükdə region ölkələrinin siyasi-iqtisadi maraqlarına cavab verir. Məlumdur ki, sülh müqaviləsinin imzalanması üçün aparılan bütün danışıqlar Azərbaycanın milli maraqları çərçivəsində və irəli sürdüyü təkliflər əsasında aparılır. Dövlətimizin irəli sürdüyü 5 təklifdəki əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Məğlub Ermənistan Azərbaycan Prezidentinin siyasi qərarları ilə razılaşmaq məcburiyyətindədir. Çünki bu gün regionda diktəni Qalib Komandan İlham Əliyev edir”, - deyən S.Möhbalıyev fikirlərini yekunlaşdırıb.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər