BAKU Azərbaycan
26.75 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Şuşa, əlbəttə, rəmzi məna daşıyan şəhərdir. Sovet dövründə bu, bir simvol idi. Biz tamamilə haqlı olaraq onu mədəniyyət paytaxtı adlandırırdıq. Azərbaycanda doğulanlarla müqayisə edilə biləcək yazıçıları, rəssamları, bəstəkarları olan hər xalqın, hər ölkənin buna görə öyünməyə haqqı var. Bu, obyektiv həqiqətdir. Əhalisinin 95 faizi azərbaycanlılar olan Şuşanın işğalından daha böyük ədalətsizlik ola bilməzdi. Bu ədalətsizlik 30 il ərzində qəlbimizdə qubar bağlayırdı.

AZƏRTAC xəbər verir ki, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bu fikirləri “Real” telekanalına müsahibəsində söyləyib.Həmvətənimiz olan məşhur rusiyalı jurnalist deyib: “Mənə ötən il Şuşada keçirilmiş “Xarıbülbül” Festivalında iştirak etmək xoşbəxtliyi nəsib olub. Ali ədalət zəfər çaldı. Orada biz hamımız sevincimizdən ağlayırdıq. Bu, daxildən gələn bir hiss idi. Bu gün Şuşa yeni görkəm alır. O vaxtdan bir il keçib və artıq üçüncü dəfə Şuşada olmuşam. İkinci dəfə Dünya Azərbaycanlılarının Qurultayında, üçüncü dəfə Mediaforumda. Yeni, dirçələn Şuşanın siması artıq görünür”.Mixail Qusman Bakıya sevgisini bu sözlərlə ifadə edib: “Mən doğma şəhərim Bakını hədsiz sevirəm, Azərbaycan mənim tanrımdır. Mən Bakıda doğulmuşam, ömrüm boyu özümü bakılı adlandırmışam, 30 il Moskvada yaşamağıma baxmayaraq özümü moskvalı adlandırmamışam”.Azərbaycanın ən yeni tarixində ən çətin illər haqqında sualın cavabında o bildirib ki, ən ağır illər belə adlandırılan Xalq Cəbhəsinin hakimiyyəti illəri olub. Çünki bu, Qarabağda separatçı hərəkatın başlanması ilə eyni vaxta düşüb: “Yadımdadır, Bakıda hərbi vəziyyətin tətbiq edilməsi dəhşətli idi. Mənə elə gəlirdi ki, Azərbaycan uçurum həddindədir. Xalqın faktiki olaraq ölkəni xilas etməyə çağırdığı Heydər Əliyevin siyasi dühası, siyasi iradəsi, siyasi qüdrəti olmasaydı, bəlkə də bu gün sizinlə söhbət edə bilməzdik. Ola bilsin danışardıq, amma Azərbaycan bu gün olduğu kimi azad, müstəqil və güclü olmazdı”.

Uzun illər Moskvada yaşamasına baxmayaraq, ənənəvi Azərbaycan dəyərlərinin ondan ötrü əhəmiyyətli olaraq qaldığını vurğulayan M.Qusman deyib: “Mən dostluq deyəndə bakısayağı dostluğu başa düşürəm. Moskvasayağı dostluq bir qədər fərqlidir. Mən dostluq anlayışını çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, dostların sayı az olsa da, onlar elə adamlar olmalıdırlar ki, sən onlara inanırsan, onlar da sənə inanır”.

Rusiya jurnalistikasının ağsaqqalı “Hakimiyyət formulu” proqramı üzərində işin spesifikliyi, bu verilişin qəhrəmanları olan dünya liderləri barədə danışaraq deyib: “Hakimiyyət formulu” – daha çox televiziya portretidir. Bu, ya ölkə fonunda qəhrəmanın portreti, ya da bəzən baş qəhrəman vasitəsilə ölkə haqqında söhbətdir. Mən iki dəfə Prezident Obama ilə, Prezident Qəddafi ilə müsahibə hazırlamaq şərəfinə nail olmuşam. Qəddafi ağır energetikalı insan idi, onunla müsahibəm çox çətin oldu. Obama söhbət üçün maraqlı adamdır. Ona görə ki, tamamilə adi ailədən olan bu sadə oğlan hakimiyyətin ən yüksək zirvəsinə çatanda onun qəlbində baş verənləri təsəvvür edə bilirdim. Mən ondan müsahibə götürəndən bir qədər əvvəl o, Senatın nümayəndə heyəti ilə birlikdə Bakıda olmuşdu. Sonradan biz Ağ evin dəhlizində kamera önündə, amma səssiz çəkiliş aparanda o, Bakıya səfərini xatırlayırdı. Görünür, mənim əslən bakılı olduğumu ona demişdilər. O, Bakını, Prezident İlham Əliyevlə görüşlərini xatırlayırdı. Səfərdən çox məmnun idi.Mən öz müsahibimlə söhbət zamanı kəskin məqamlardan qaçmağa və ya onun xoşuna gəlməyə çalışmıram, digər tərəfdən xoşagəlməz suallar verməyi öz vəzifəm hesab etmirəm. Əgər siz maksimum parlaq, tamdəyərli portret çəkirsinizsə, ağıllı tamaşaçı bu şəxsin kim olmasını özü təyin edəcək. Təhrikedici suallar verməklə tamaşaçıya kömək göstərməyə çalışmaq lazım deyil”.Mixail Qusman Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ilə müsahibələri barədə danışarkən deyib: “Mən öz müsahiblərimə tez-tez belə sual verirdim: “Hakimiyyət formulu nədir?” Rəhmətlik Heydər Əliyevdən müsahibə götürmək şərəfinə nail olmuşam. Bu, nadir hadisə idi. O mənə yarım saat vaxt ayırmışdı, amma faktiki olaraq təqribən iki saat kamera qarşısında söhbət etdik. Mən soruşdum: “Sizin fikrinizcə hakimiyyət nədir, onun dadı-ləzzəti necədir?” O, əvvəlcə ciddiləşdi, bir qədər pauzadan sonra “Acıdır” dedi, sonra isə ürəkdən güldü.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər