BAKU Azərbaycan
26.73 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Sentyabrın 11-də Heydər Əliyev adına Hərbi İnstitutda yeni qəbul olan kursantların təntənəli andiçmə mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, mərasimdə institutun rəhbərliyi, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, şəxsi heyət, müəllimlər, valideynlər, eləcə də ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.Əvvəlcə hərbi marşın sədaları altında institutun Döyüş bayrağı sıra meydanına gətirilib.Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər.Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Füzuli Salahov təntənəli mərasimdə çıxış edərək əlamətdar gün münasibətilə kursantları təbrik edib, onlara hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etmələrini, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə edib.Rektor son illərdə ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlardan, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsindən, hərbi institutun zabit və kursantlarının Vətən müharibəsində iştirakından danışıb.

Kursantlar adından çıxış edən Raul Quliyev onlara göstərilən etimadı doğruldacaqlarına, Vətənə, dövlətə və xalqa layiqincə xidmət etmək üçün hərb elminin sirlərini dərindən öyrənəcəklərinə söz verib.Andiçmə mərasimi şəxsi heyətin tribunanın önündən təntənəli keçidi ilə başa çatıb.Tədbirdən sonra kursantlardan bir neçəsi sevinc və qürur hisslərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb. Kursant Elmir Tağıyev deyib: “Heydər Əliyev adına Hərbi İnstitutun kursantı olduğum üçün çox sevinirəm. Bu gün ürəyim Vətən sevgisi ilə doludur. Fəxr edirəm ki, qalib Azərbaycan Ordusunun bir fərdi olacağam. Bütün kursantları təbrik edirəm. Bizə Vətən sevgisini aşılayan valideynlərimizə təşəkkür edirəm. Düşünürəm ki, hər bir kursant müqəddəs hərbçi peşəsini mükəmməl şəkildə mənimsəməlidir”.Bu gün Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək yolunda ilk addımını atdığını vurğulayan digər kursant Zeynalabdin Şahinli bildirib ki, qalib Ordunun kursantları və gələcəyin zabitləri olmaq çox qürurvericidir. Hərbçi peşəsi çətin, lakin şərəflidir. O və kursant yoldaşları bu çətinliyi öz çiyinlərində daşımaqdan qorxmurlar.Kursant Həsənağa İmanov da Heydər Əliyev adına Hərbi İnstitutuna daxil olduğu üçün çox sevindiyini bildirərək deyib: “Qalib Ordunun kursantları kimi Azərbaycan Silahli Qüvvələrində xidmət etmək mənim üçün şərəfdir. İnstitutda hərbçi peşəsinin sirlərinə dərindən yiyələnməyə, yüksəkixtisaslı zabit olmağa çalışacağam”.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər