BAKU Azərbaycan
29.79 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Fevralın 1-də Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin bütün dünya üçün nümunə olduğunu vurğulayıb. Azərbaycan və Türkiyə arasındakı münasibətlərin Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edən komitə sədri bildirib ki, Türkiyənin Azərbaycanın İrandakı səfirliyinə qarşı edilən terror aktını ilk qınayan ölkə olması da dediklərimizi bir daha təsdiqləyir.

Komitə sədri ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdirilməsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, hər iki lider ümumbəşəri siyasət yürüdərək regionda və dünyada sülhü və sabitliyi dəstəkləyir.

Türkiyənin yeni prezident seçkiləri ərəfəsində olduğunu bildirən komitə sədri seçkilərdə qardaş ölkəyə uğurlar arzulayıb.

TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım qırılmaz tellərlə bir-birinə bağlı olan Türkiyə və Azərbaycan əlaqələrindən danışıb və Ulu Öndər Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsində rolunu vurğulayıb.

Azərbaycanın regionda sülh və sabitlik istədiyini deyən TBMM-in Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Laçın-Xankəndi yolundakı aksiyaya da münasibət bildirib. O vurğulayıb ki, ölkənin sərvətləri talandığı üçün Azərbaycan ekoloqlarının və fəallarının etirazı haqlıdır. Şamil Ayrım dostluq qrupu olaraq Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında səylərini bundan sonra da əsirgəməyəcəklərini vurğulayıb.

Söhbət zamanı Şamil Ayrım Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycanda və Türkiyədə keçiriləcək tədbirlərdən də danışıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatları Fəzail Ağamalı, Vahid Əhmədov, Sadiq Qurbanov, Hicran Hüseynova və TBMM-in deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Tülay Kaynarca iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələri barədə fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclisin deputatları Eldar İbrahimov, Eldar Quliyev, Fazil Mustafa, Məlahət İbrahimqızı, Anar Məmmədov, Nizami Səfərov, Əminə Ağazadə, Jalə Əliyeva, Azay Quliyev də iştirak ediblər.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər