BAKU Azərbaycan
26.75 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Son illər region dövlətləri arasında baş verən proseslərdən sui-istifadə edərək Azərbaycanın və digər ölkələrin vətəndaşlarını Ukrayna vətəndaşları adı altında müxtəlif dövlətlərdə yaşaya, sığınacaq ala, vizasız sərbəst hərəkət edə bilmələri üçün qanunsuz yolla Ukrayna dövlətinə aid rəsmi sənədlərlə təmin edən transmilli mütəşəkkil cinayətkar dəstənin əməlləri ifşa olunub.

DTX-nin Mətbuat xidmətindən "Report"a bildirilib ki, aparılan araşdırmalar zamanı, Ukraynanın Lvov şəhərində yaşamış Nuriyev İbadət Qəhrəman oğlu, Türkiyə Respublikasının İstanbul şəhərində yaşamış Bağırov Fərid Vaqif oğlu və digərlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin yanvar ayından etibarən ayrı-ayrı şəxslər üçün Ukraynaya məxsus pasport, şəxsiyyət və sürücülük vəsiqələrini, o cümlədən digər sənədləri qeyri-qanuni yolla hazırlayıb, hər birini 30.000 ABŞ dollarınadək müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində satmaları müəyyən edilib.

DTX tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin şəxslərin saxlanılaraq Azərbaycanda istintaqa cəlb edilmələri təmin olunub, hüquq verən və vəzifədən azad edən vəsiqə və digər rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz hazırlama, bu cür saxta sənədləri satma və digər cinayət əməllərinə görə onlara ittiham elan edilib.

Araşdırmalarla həmçinin müxtəlif dövlətlərdə saxta sənədlərlə hərəkət edən şəxslər müəyyənləşdirilib.

Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər