BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Avropa və Asiyanın qovuşuğunda yerləşən, Şərq və Qərb dövlətləri ilə həm ikitərəfli, həm də müəyyən ittifaqlar çərçivəsində güclü əlaqələr qurmağı bacaran Azərbaycanın multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiya həyata keçirməsi olduqca məntiqlidir. Ölkəmizin milli maraqlarını qorumaq şərti ilə müxtəlif birliklərdə təmsil olunması balanslı xarici siyasət kursunun dəyişməzliyindən xəbər verir. Bu mənada Bakının BRICS çərçivəsində əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiqdirlər. Platforma dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Bütün bunlar Azərbaycanın milli maraqlarına cavab verən faktorlar olduğu üçün ölkəmiz “Outreach”/“BRICS+” formatında təmsil olunmaq istəyini ifadə edib. 

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Prezident İlham Əliyevin Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı Azərbaycana və onun liderinə ehtiramın göstəricisidir: “2006-cı ildə yaradılan və hazırda 9 üzvü olan BRICS-in sonuncu sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreşin qatılması onun artan nüfuzundan xəbər verir. Dünyanın aparıcı siyasi, iqtisadi ittifaqlarının Azərbaycanı öz sıralarında görmək istəmələri və buna can atmaları təbiidir. Ölkəmiz dünyada böyük nüfuza sahibdir və etibarlı tərəfdaş kimi qəbul olunur. Nəzərə alaq ki, ölkəmiz dünyada BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına 4 il sədrlik edib. Qoşulmama Hərəkatında uğurlu sədrliyimizdən sonra Azərbaycan bu təşkilatda hələ də aktiv və səmərəli fəaliyyət göstərir. Azərbaycanın COP29-a Sədrliyi dünya iqlim diplomatiyasına mühüm töhfələr verir. Beynəlxalq nüfuzumuzu və təcrübəmizi nəzərə alan BRICS ölkələri Azərbaycan Prezidenti İlham Əliyevi Kazan şəhərində keçirilən sammitdə görməkdən çox məmnun oldular. BRICS platforması geniş iqtisadi imkanlar və fürsətlər blokudur. Bu platformanın siyasi prinsipləri qarşılıqlı hörmət və yaxın dostluq məramlarına söykənir, üzv ölkələr arasında bərabərhüquqlu, etimad, dəstək və həmrəylik ruhunu möhkəmləndirir, iqtisadi münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldir. BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. BRICS qrupunun üzvləri olan Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı dünya iqtisadiyyatında xüsusi paya sahibdirlər. Qlobal iqtisadi proseslərə təsir etmək gücündə olan bu ölkələr əhəmiyyətli tranzit-logistika marşrutlarına və dəhlizlərə malikdirlər”. 

Mehriban Vəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında yeni iqtisadi inkişaf istiqamətləri, beynəlxalq əməkdaşlığın əsas vektorları, o cümlədən Azərbaycanın qlobal təşəbbüsləri barədə çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb: “Gələn ay Bakı beynəlxalq iqlim konfransına – COP29-a ev sahibliyi edəcək. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. BRICS-ə üzv dövlətlərin öz iqtisadi resurslarını dünya bazarına çıxarması onların Azərbaycanın tranzit imkanlarından istifadə etməsini zəruri edir. Eyni zamanda, ölkəmiz uğurlu hərbi əməliyyat həyata keçirməklə torpaqlarımızı azad edib, 30 illik işğala son qoyub və regionda yeni reallıqlar yaradıb. Ölkəmizin irəli sürdüyü sülh təşəbbüsü dünya dövlətləri tərəfindən müsbət qarşılanıb. BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş də Bakının sülh təşəbbüslərinin bir elementidir. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib”.

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər