BAKU Azərbaycan
13.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

     Məlum olduğu kimi fevral ayının 24-də Kiyevdə Rusiya-Ukrayna müharibəsinin 3-cü ildönümü ilə bağlı beynəlxalq sammit keçirilib. Gözlənildiyi kimi bu tədbirə Avropa İttifaqı (Aİ) Komissiyasının və digər qurumlarını rəhbərləri, Avropa dövlətlərinin liderləri də qatılıblar. Mətbuatda gedən məlumatlardan aydın olur ki, sammitdə edilən çıxışlarda- Avropa siyasiləri tərəfindən birmənalı olaraq Ukraynanı dəstəklədikləri bəyan edilərək, təcili surətdə silah və sursatların çatdırılmasının sürətləndiriləcəyi, bir sıra iqtisadi və maliyyə məsələləri ilə bağlı ciddi addımların atılacağı bəyan edilib. Rusiyaya, onun apardığı siyasətə qarşı daha kəskin mövqe bildirən avropalı siyasətçilər, Ukraynadakı müharibənin Avropanın gələcəyi üçün ən böyük və mühüm böhran olaraq qaldığını, Rusiyanın təhdidi təkcə Ukraynanın deyil, Avropanın da taleyini təhlükə altına aldığını önə çəkərək, Avropanın ilk prioritetlərindən biri kimi Ukraynanın müqavimətinin gücləndirilməsi olduğunu qeyd etmişlər. Əlbəttə ki, Avropa liderlərinin Ukraynaya həmrəylik göstərməsi çox yaxşı və vacib təşəbbüsdür, amma məncə burada bir neçə məqama diqqət yetirmək lazımdır: 1. Əvvəla, elə təəssürat yaranır ki, üç il ərzində bu məsələdə ABŞ-a nisbətən ehtiyatlı davranan, daha çox gözləmə mövqeyinə üstünlük verən, bir o qədər də operativlik, cəldlik, cəsarət və səxavət  nümayiş etdirməyən avropalılar indi inad sərgiləyirlər, el dilində desək ABŞ-ın acığına Ukraynaya bir az da yaxınlaşır, daha isti münasibət göstərməyə çalışırlar. Sanki dünyaya, o cümlədən Ukraynaya sübut etməyə çalışırlar ki, görürsünüz biz öz mövqeyimizi dəyişmirik, biz ABŞ-dan fəqrli olaraq sadiqik, sözümüzün üstündə dururuq, “dostu dar gündə tənha qoymuruq”. Bu ehtimallar, bir tərəfdən bu günkü çıxışların səmimiliyi. atılacaq addımların davamlılıq və effektivliyi barədə düşünməyə məcbur edir. Digər tərəfdən, baş verənlər, siyasi kuluarlarda, ekspertlərin təxəyyülündə  “bəlkə də D. Trampın son zamanlar bir çoxlarımız tərəfindən tənqid olunan Rusiya-Ukrayna müharibəsi, sülh danışıqlarının başlanması, Rusiya ilə münasibətlərin yenidən baxılması və s. kimi məsələlərlə bağlı davarışlarının, fəaliyyətinin mümkün müsbət effekti barədə, yəni Avropanın oyanmasına, intibahına, təmərgüzləçməsinə təkan verəcəyi barədə” fikirlərin də yaranmasına səbəb olur.  2. Avropa dövlətlərinə güvən hara qədərdi? Güvən limitinin bitdiyi xətt (deadline) haradır? Elə bir dövrdə yaşayırıq ki,  dünyada baş verən proseslər sübut edir ki, dövlətlərin, xüsusilə Avropa dövlətlərinin, siyasi cərayanların, liderlərin siyasi oriyentasiyası, mövqeyi müxtəlif səbəblərdən vaxtaşırı dəyişə bilir. Bu etimadın azalmasının əsas səbəbi də məhz siyasi proses aktorlarının özlərinin qeyri-sabit, qeyr-səmimi davranışlarıdır. Bu mənada,  əgər nəzərə alsaq ki, nə vaxtsa real təhlükə onların qapısını döysə bu mövqeni sonadək qoruya biləcəklərmi? Yaxud da qarşı tərəfin maddi və s. nemətlələrlə, sərfəli enerji layihələri ilə  bağlı şirnikləndirici təkliflərinə nə qədər dözüm göstərə biləcəklər? Avropa insitutlarının, bürokratlarının, məmurlarının ləngliyi, inertliyi, bu və digər qərarların qəbulunda süründürməçiliyi, qətiyyətsizlikləri, cəsarətsizliləri, bəzən də ədalətsizlikləri ( bu da, yəqin Fransanın indiki hakimiyyətinin (Avropa İttifaqının lokomotivi kimi) təsirindəndir!) hamıya məlumdur. Bəzi Qərb, o cümlədən Avropalı məmurların, deputatların pula, rüşvətə meylli olması, onların ədalət və əqidə göstəricilərinin  təklif olunan məbləğ ilə mütənasib olması barədə də kifayət qədər söz-söhbətlər də az deyil. Digər tərəfdən isə, görünən odur ki,  Avropa artıq dərk edir ki, ABŞ Ukraynanı dəstəkləməkdən imtina edərsə, Ukraynanın müharibədəki uğursuzluğu  Rusiyanın təhdidinin artıq Avropanın ərkəsöyün, “nazlı-qəmzəli dövlətləri” üçün ciddi təhlükəyə çevriləcəyini qaşılmaz edir. Əks halda lap yaxın keçmişdə üç ilə yaxın Rusiya kimi bir nəhəng hərbi maşınla, monstrla təkbətək qeyri-bərabər döyüşdə ölüm-dirim mübarizə aparan, əsində isə yalnız öz suverenliyini, ərazi bütövlüyünü deyil, bütün Avropanın təhlükəsizliyini qoruyan Ukraynaya hərbi yardımların, bu və digər hərbi texnikanın, silah sursatların və s. verilməsi ilə qərar qəbul etməkdə çətinlik çəkən, aylarla müzakirələr aparan Avropanın qəflətən belə operativlik, səxavətlilik  nümayiş etdirməsini izah etmək çətin olardı. Məgər üç il ərzində Ukraynada döyüşlər getmirdi, hər gün yüzlərlə insanlar, o cümlədən günahsız insanlar qətlə yetirilmirdi, şəhərlər, kəndlər məhv edilmirdi? Əlbəttə edilirdi, Avropalı bürokratların müzakilər apardığı hər saat, hər dəqiqə ərzində onlarla insan qətl edilirdi. Sadəcə həmin dövrdə Avropa vəziyyətin məsuluyytətini, ağırlığını, sonunu sona qədər hiss etmirdi. Bunun üçün ABŞ mövcud idi, bütün bu işlərin, elə Aropanın özü üçün vacib olan işlərin ağırlığı ABŞ-ın çiyinlərində idi.  2025-ci ildə D. Trampın hakimiyyətə gəlişindən sonra, ABŞ rəhbərliyinin yalnız Ukrayna ilə bağlı verdiyi bəyanatlar,  atdığı addımlar, Rusiya ilə münasibətlərdə etdiyi reverans deyil, həmçinin Avropanın özünə, onun fəaliyyətinə, apardığı siyasətə tənqidi yanaşması, Avropanı silkələdi. Artıq Avropa real təhlükəni hiss etməyə başladı, "meydanda tək qalmaq təhlükəsini", həm də çox qorxulu, rəhmsiz, insafsız, eyni zamanda  yaralı, can verməkdə olan, lakin hələ də yetərincə gücə malik, daha da azğınlaşmış, qəddarlaşmış düşmənə qarşı. Bu qorxu, bu təhlükə onları birləşməyə, daha çevik olmağa, çıxış yolu axtarmağa, ən azı heç olmasa öz təhlükəsizliklərini təmin etmək üçün tədbirlər görməyə məcbur edir    3.  Avropanın özünün ciddi dəstəyə ehtiyacı var. Təkzib olunmaz faktır ki, ikinci dünya müharibəsindən sonra, xüsusi lə də 70-ci illərdən sonra əksər Avropa dövlətləri NATO-nun (oxu ABŞ-ın)  çətiri altına sığınaraq, öz təhlükəsizlikləri ilə bağlı bütün məsələləri tam olaraq ABŞ-a etibar və həvalə etdilər. Bununla da, demək olar ki, vaxtilə Avropanın hərbi və siyasi cəhətdən kifayət güclü dövlətləri daha çox, insan haqqları, demokrtaiya, şəffaflıq, yoxsulluğun aradan qalıdrılması, sosial, iqtisadi və s. kimi ciddi məsələlərlə, eyni zamanda aşağı sosial məsuliyyətli təbəqələrin, seksual azlıqların ( geylərin və transların) və ermənilərin hüquqlarının qorunması kimi və s. kimi lazımsız fəaliyyətlərlə məşğul olmağa başladılar. Həmin ölkələrdə hərbi sənaye, müdafiə məsələləri, ordu quruculuğu ikinci plana keçərək, tənəzzülə uğramağa başladı. Deyilənlərin sübutu kimi, bircə faktı demək kifayətdir ki, əsrlər boyu dünyanın və Avropanın siyasi və hərbi heğemonlarından olan, dünya hərb tarixində müstəsna yeri olan, hərbi sənayenin inkişafında, yeni texnologiyaların yaranmasına töhfələr vermis Almaniya kimi bir dövlət, bu gün nə vəziyyətdədir (hərbi və müdafiə cəhətdən)? Bu günə dünya silahlı qüvvələrinin reytinqində İran, Misir, İsrail, İndoneziyadan, elə Ukraynanın özündən və s. sonrakı, 19-cu yerdədir. Avropa dövlətlərinin əksəriyyətinin öz suverenliyin, ərazi bütövlüyünü qorumaq imkanları yoxdur. Əlbəttə ki, istisna kimi, Böyük Britaniyanı qeyd etməsək obyektivliyimizi şübhə altına salmış olarıq.  

     Deyilənlərin yekunu olaraq, hesab edirəm ki, bir məqamı xüsusi ilə vurğulmağa ehtiyac var. Əvvəla, yuxarıda qeyd olunanlar, bu məsələ ilə bağlı müzakilərlin, təhlillərin kiçik bir qismidir. Obyektiv və subyektiuv tərəfləri, düz və yanlış tərəfləri də ola bilər. Amma əsas mahiyyət odur ki, üç ildir ki, Ukrayna dövləti, ukraynalılar qeyri-bərabər mübarizədə, bəli yalnız müharibədə deyil, məhz mübarizədə, çünki bu mübarizə həm döyüş meydanlarında, hərbi səhnədə, həm kabinetlərdə, kürsülərdə, masalar ətrafında siyasi , diplomatik sahədə, beynəlxaql informasiya şəbəkələrində. KİV-lərdə, TV-lərdə, sosial şəbəkələrdə  və s.  təbliğat, informasiya mühitində, həm iqtisadi sahədə, həm sosial sahədə və s. gedir.  Müharibə bu mübarizənin daha çox görünən, eyni zamanda ən pis, ən çətin, qanlı-qadalı tərəfi olsa da yalnız bir hissəsidir. Onu da unutmayaq ki,  Azərbaycan da tam otuz il belə bir mürəkkəb vəziyyətdə olub və mübarizə aparıb! Həm də Azərbaycan otuz il ərzində bu gün Avropanı vahimədə saxlayan həmin imperiyanın - hərb maşının humayə etdiyi, silahlandırdığı, elə avropalıların bir çoxunun dəstəklədiyi  daha riyakar, daha xain düşmənlərin əhatəsində bütün mənalarda mübarizə aparıb.

Əhməd N. Abbasbəyli

Siyasi şərhçi

 

 

Son xəbərlər

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər -FOTOLAR

Rusiyada Xanlar Bəşirov tərəfindən Azərbaycan rəqsləri üzrə ustad dərsləri keçirilir

Azərbaycan Çexiya diplomatik münasibətlərin dinamik inkişafı

Gənc idmançılar beynəlxalq arenada Azərbaycan bayrağını yüksəklərə qaldırmaqda davam edirlər

Ukrayna–Azərbaycan əlaqələrinin yüksələn xətti

SITA 2026-cı ilin ilk rübündə yeni texnoloji həllər və tərəfdaşlıqlarını açıqlayıb

Tanınmış şair və bəstəkar Xanım İsmayılqızının yubiley gecəsi keçirildi

Yaponiyada azərbaycanlı müəllifdən yeni kitab: “Azərbaycan adlı strategiya” nəşr olundu

Xəzər Universitetinin əməkdaşı TESİAD-ın Məsləhət Şurasının iclasında -FOTOLAR

Gənc istedadlara yeni nəfəs verən 100 yaşlı mədəniyyət ocağı

Azərbaycan–Latviyanın birgə fəaliyyət imkanları

Xanım İsmayılqızının “Kitablar səltənətinin inciləri”nə daxil olan şeirləri

Psixologiyanın nəbzi Bakıda:Xəzər Universitetində Azərbaycan X Beynəlxalq Psixologiya Konfransı keçiriləcək

Şanlı Zəfərimiz “Kitablar səltənətinin incisi”nə daxil oldu

“Beynəlxalq Şeflər Liqası”nın möhtəşəm qala gecəsi və mükafatlandırma mərasimi keçirilib

Almatıda keçirilən II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş tərkibdə təmsil olunub

Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr genişlənir

Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb

“Milli Qəhrəmanlarımız” tədbirlər silsiləsində videoçarx hazırlandı

Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də yaşayır

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Xalq sənətkarlığı və təsviri-dekorativ sənət” tematik qrupu üzrə dərslər keçirilib

Qlobal araşdırma: aviasiya texnologiyalarına investisiyaların effektivliyi məlumatların koordinasiyasından asılıdır

Akademık Zərifə Əliyeva – nurlu ömrün qürurlu salnaməsi

Türkiyəli qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər

ADU-da professor Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib

Şərafət Şəfa: "Gec tapıb tez oxuduğum kitab – Sadiq Nəsirov”

"Qəhrəmanlıq salnaməsi”: Aprel döyüşlərinin10 illik yubileyi

Beynəlxalq Forum Bəyannamə qəbulu ilə işini başa vurdu

"FHN İdman Sağlamlıq mərkəzi" karate klubunun yetirməsi “Grand Prix”in birincisi olub

Azərbaycanda sağlamlıq turizminin inkişafı istiqamətində mühüm addım

Bütün xəbərlər