BAKU Azərbaycan
27.77 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var”

 Qlobal çağırışların artdığı, regional proseslərin sürətlə dəyişdiyi bir dövrdə ölkələr arasında etibarlı tərəfdaşlıq münasibətlərinin qurulması strateji zərurətə çevrilib. Bu baxımdan, Azərbaycan ilə Çex Respublikası arasında inkişaf edən əlaqələr diqqəti cəlb edir. 2026-cı il aprelin 27-də Prezident İlham Əliyev ilə Baş nazir Andrey Babiş arasında Qəbələdə keçirilən görüş və mətbuata verilən bəyanat bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Liderlərin ilk görüşünün məhsuldarlığı, geniş mövzular üzrə aparılan müzakirələr və qarşılıqlı səfərlərin əhəmiyyəti iki ölkə arasında əməkdaşlığın perspektivlərini daha da aktuallaşdırır. Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, tərəflər arasında artıq çox fəal siyasi dialoq mövcuddur. Bu, sadəcə diplomatik münasibətlərin formal çərçivəsindən çıxaraq, qarşılıqlı maraqlara əsaslanan real əməkdaşlıq platformasına çevrildiyini göstərir. Liderlərin ilk görüşünün məhsuldar keçməsi isə gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Görüş zamanı müxtəlif istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətlərə həm regional məsələlər, həm ikitərəfli münasibətlər, həm də qlobal problemlər daxildir. Bu, onu göstərir ki, Azərbaycan və Çexiya yalnız öz aralarındakı əlaqələrlə kifayətlənmir, eyni zamanda beynəlxalq gündəlikdə olan məsələlərə də ortaq baxış formalaşdırmağa çalışırlar.

Prezident İlham Əliyevin Çexiyanın Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət etməsi və bu səfərin reallaşması münasibətlərin dinamik inkişafının bariz nümunəsidir. Diplomatik praktika baxımından bu cür səfərlər dövlətlər arasında etimadın və əməkdaşlıq niyyətinin göstəricisidir.Səfər çərçivəsində aparılan danışıqların geniş spektri iki ölkə arasında əlaqələrin yalnız siyasi deyil, həm də iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə inkişaf potensialına malik olduğunu göstərir. Xüsusilə Azərbaycanın enerji resursları və Çexiyanın sənaye potensialı qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaradır.

Bəyanatda qeyd olunduğu kimi, tərəflər regional və qlobal məsələləri də müzakirə ediblər. Bu, Azərbaycanın regionda artan rolunu və Avropa ölkələri ilə əlaqələrinin strateji əhəmiyyətini bir daha təsdiqləyir. Çexiya kimi Avropa İttifaqı üzvü olan bir ölkə ilə sıx dialoq Azərbaycanın Avropa strukturları ilə əlaqələrinin güclənməsinə töhfə verir. Eyni zamanda, bu cür görüşlər beynəlxalq təhlükəsizlik, enerji təhlükəsizliyi və iqtisadi sabitlik kimi mövzular üzrə ortaq mövqelərin formalaşdırılmasına xidmət edir.

2026-cı il aprelin 27-də İlham Əliyev ilə Andrey Babiş arasında keçirilən görüş Azərbaycan–Çexiya münasibətlərində iqtisadi əməkdaşlığın yeni mərhələyə keçidini nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilə bilər. Görüşdən sonra mətbuata verilən bəyanatda xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və strukturunun şaxələndirilməsi məsələləri ön plana çıxıb. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, iqtisadi sahədə görüləcək işlərlə bağlı artıq konkret təkliflər mövcuddur. Bu, tərəflərin sadəcə niyyət səviyyəsində deyil, praktiki əməkdaşlıq mərhələsinə keçdiyini göstərir. Xüsusilə Çexiyadan Azərbaycana geniş iş adamları heyətinin səfəri bu baxımdan diqqətəlayiqdir. Bu cür biznes nümayəndə heyətlərinin iştirakı iqtisadi münasibətlərin real layihələr üzərində qurulmasına xidmət edir. Keçirilən biznes forumu isə iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulması üçün mühüm platforma rolunu oynayır. Burada həm yeni tərəfdaşlıqların təməli qoyulur, həm də artıq mövcud olan layihələrin inkişaf perspektivləri müzakirə edilir. Bu, iqtisadi diplomatiyanın effektiv alətlərindən biri kimi çıxış edir.

 Hazırda Azərbaycan ilə Çex Respublikası arasında ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması münasibətlərin dinamik inkişaf etdiyini göstərir. Bu, son illərdə əldə olunmuş mühüm iqtisadi nailiyyət kimi qiymətləndirilə bilər. Lakin Prezidentin də vurğuladığı kimi, bu dövriyyənin strukturunda əsas payın Azərbaycan neftinin ixracına məxsus olması müəyyən balanssızlıq yaradır. Yəni iqtisadi əlaqələr hələlik kifayət qədər şaxələndirilməyib və əsasən enerji sektoruna söykənir. Bu isə uzunmüddətli və dayanıqlı əməkdaşlıq baxımından müəyyən risklər yarada bilər. Məhz bu səbəbdən tərəflər ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturunun təkmilləşdirilməsini prioritet istiqamət kimi müəyyən ediblər. Bu, qeyri-neft sektorunun inkişafı, sənaye, kənd təsərrüfatı, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi deməkdir.

Görüş zamanı həm təkbətək, həm də geniş tərkibdə aparılan danışıqlarda bir sıra konkret iqtisadi və investisiya layihələrinin müzakirə edilməsi bu istiqamətdə real addımların atıldığını göstərir. Bu layihələr gələcəkdə qarşılıqlı sərmayə qoyuluşunun artmasına və iqtisadi əlaqələrin daha dərin xarakter almasına səbəb ola bilər. Bu görüş və verilən bəyanatlar onu deməyə əsas verir ki, Azərbaycan ilə Çexiya arasında iqtisadi münasibətlər tədricən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Enerji sahəsində mövcud əməkdaşlıq artıq digər sektorlarla tamamlanmağa başlayır və bu da əlaqələrin daha dayanıqlı və çoxşaxəli olmasına şərait yaradır.

 Prezident İlham Əliyev və Baş nazir Andrey Babiş arasında keçirilən görüş yalnız cari iqtisadi göstəricilərin müzakirəsi ilə məhdudlaşmır. Bu görüş eyni zamanda gələcək əməkdaşlıq modelinin formalaşdırılması, iqtisadi əlaqələrin şaxələndirilməsi və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır. Preident İlham Əliyev və Baş nazir Andrey Babiş arasında keçirilən bu görüş və verilən bəyanatlar Azərbaycan-Çexiya münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Fəal siyasi dialoq, qarşılıqlı səfərlər və geniş mövzular üzrə müzakirələr iki ölkə arasında strateji əməkdaşlığın formalaşdığını deməyə əsas verir. Bu görüş təkcə cari münasibətlərin deyil, həm də gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın beynəlxalq arenada artan nüfuzu və Çexiyanın Avropadakı mövqeyi bu tərəfdaşlığı daha da önəmli edir.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər