BAKU Azərbaycan
26.45 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Aprelin 13-16-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin bir sıra aparıcı ali təhsil müəssisələrinə - Sabançı Universiteti, Yeditepe Universiteti, İstanbul Texniki Universiteti, Boğaziçi Universiteti və Koç Universitetinə işgüzar səfərdə olublar.

Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi akademik əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin inkişafı, tələbə və müəllim mübadiləsinin təşviqi və beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi olub.

Nümayəndə heyətinin Sabançı Universitetinin rəhbərliyi ilə keçirilən görüşlərində akademik əməkdaşlıq, tələbə-müəllim mübadiləsi, eləcə də birgə tədqiqat və innovasiya layihələri müzakirə edilib. Nümayəndə heyəti, həmçinin universitetin aparıcı tədqiqat laboratoriyaları ilə tanış olub və burada aparılan elmi fəaliyyətlər barədə məlumat alıb.

Yeditepe Universitetində rektor Mehmet Durmanla keçirilən görüşdən sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Görüşlərdə akademik əlaqələrin inkişafı, ikili diplom proqramlarının yaradılması və elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə edilib.

Proqram çərçivəsində Biotexnologiya Laboratoriyası da ziyarət olunub.

Sonra nümayəndə heyəti İstanbul Texniki Universiteti və Boğaziçi Universitetində olub. İstanbul Texniki Universitetində keçirilən görüşlərdə bakalavriat, magistratura və doktorantura səviyyələrində ikili diplom proqramlarının yaradılması, elmi əməkdaşlığın gücləndirilməsi və birgə tədqiqat imkanları müzakirə olunub. Nümayəndə heyəti Kompüter və informatika mühəndisliyi fakültəsinin laboratoriyalarına da baş çəkib. Boğaziçi Universitetində keçirilən görüşlərdə isə Data Elmləri və Süni İntellekt İnstitutu, eləcə də Beynəlxalq Əlaqələr Ofisinin nümayəndələri ilə akademik əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Xəzər Universitetinin nümayəndə heyəti Koç Universitetində olub. Burada keçirilən görüşlərdə beynəlmiləlləşmə, elmi-tədqiqat əməkdaşlığı və birgə proqramların inkişafı məsələləri müzakirə edilib. Görüşlərdə universitetin müxtəlif fakültə və beynəlxalq əlaqələr strukturunun nümayəndələri iştirak edərək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində aparılan müzakirələr və imzalanan razılaşmalar Xəzər Universiteti ilə Türkiyənin aparıcı universitetləri arasında akademik əlaqələrin daha da gücləndirilməsi, yeni birgə layihələrin həyata keçirilməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm nəticələrin əldə olunmasına zəmin yaradacaq.

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər