BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Almatı şəhərində 17–18 aprel tarixlərində təşkil olunan ALZ II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş nümayəndə heyəti ilə iştirak edib. Sərgidə ölkəmizi Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA), Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA), AzHealth rəqəmsal sağlamlıq turizmi şirkəti, Referans Medical Group, Bioloji Təbabət Klinikası, eləcə də tədbirin media sponsoru olan Öndər TV təmsil edib.

 

Tədbirin rəsmi açılışı bir sıra nüfuzlu beynəlxalq qonaqların iştirakı ilə baş tutub. Açılış mərasimində Türkiyənin Almatı şəhərindəki Baş konsulu Tuğba Alan Özdenfedakar, ticarət attaşeləri Ekrem Alper Bozkurt, Mustafa Tuğberk Karaman və İlhan Polat, MÜSİAD Qazaxıstanın sədri Birkan Karakaş və sədr müavini Servet Yıldırım, Astana Turizm Ofisinin sədr müavini Olzhas Ibrayev, ASKON Sağlamlıq və Sağlamlıq Turizmi sektorunun sədri Serdar Kurt, Almatı Turizm Ofisinin sədri Galiya Erlavona, Almatı Sağlamlıq Turizmi Assosiasiyasının sədri Raissa Nurzhaubayeva, Azərbaycan Özəl Xəstəxanalar Assosiasiyası Birliyinin sədri Günel Əliyeva və Azərbaycan Sağlamlıq Turizmi Assosiasiyasının sədri Ruslan Quliyev iştirak ediblər.

 

Sərgi əsasən B2B formatında təşkil olunub. İştirakçılar arasında keçirilən işgüzar görüşlər zamanı Azərbaycanın sağlamlıq turizmi potensialı, müalicəvi turizm imkanları və rəqəmsal səhiyyə həlləri geniş şəkildə təqdim olunub. Bu görüşlər yeni biznes əlaqələrinin qurulması, təcrübə mübadiləsi və regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.

 

Qeyd edək ki, sərgi "ALZ International” tərəfindən təşkil olunub və Türkiyə Respublikası Ticarət Nazirliyinin "Dəstəklənən Beynəlxalq Tədbirlər” siyahısına daxildir. Tədbir eyni zamanda Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) və İxracatçılar Birliyi kimi nüfuzlu qurumlar tərəfindən də dəstəklənir.

 

İki gün davam edən sərgidə MDB ölkələri ilə yanaşı Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Rusiya, BƏƏ və Almaniyadan olan aparıcı şirkət və təşkilatların nümayəndələri iştirak ediblər. Sərgi çərçivəsində geniş ekspozisiya təşkil olunaraq, səhiyyə və tibbi turizm sahəsində innovativ xidmətlər nümayiş etdirilib.

 

Tədbir zamanı Azərbaycanın müalicəvi turizm imkanlarına xüsusi diqqət yetirilib. Naxçıvanda yerləşən Duzdağ müalicə mərkəzi, Naftalan nefti ilə müalicə imkanları, Şabran bölgəsi, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm potensialı iştirakçılara ətraflı şəkildə təqdim olunub.

 

Sərgi çərçivəsində mühüm hadisələrdən biri də ALZ Group, AHTTSA və AzHealth arasında üçtərəfli uzunmüddətli əməkdaşlıq memorandumu imzalanması olub. Bu əməkdaşlıq gələcəkdə beynəlxalq səhiyyə turizmi sahəsində birgə layihələrin həyata keçirilməsinə zəmin yaradacaq.

 

Bununla yanaşı, Azərbaycan milli stendində "Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar təqdim olunub və iştirakçılara ikram edilib. Bu addım ölkənin milli brendinin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edib.

 

Ümumilikdə, Azərbaycanın sərgidə fəal iştirakı ölkənin sağlamlıq turizmi sahəsində beynəlxalq mövqeyinin gücləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və milli potensialın xarici bazarlarda tanıdılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.









Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər