BAKU Azərbaycan
26.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 may  2026-ci il tarixindən “Azərbaycan endemləri barədə məlumatlılığın artırılması" layihəsinin icrasına başlayıb. Bu haqda saytımıza Eko Aləm İctimai Birliyinin sədri Sevil Yüzbaşeva məlumat verib.

O deyib ki, layihənin əsas məqsədi - iqlim dəyişikliyi ilə kəskinləşən səth sularının çirklənməsi kimi qlobal ekoloji problemin həllinə kömək etməkdir: “Bu səbəbdən də layihə işində Azərbaycan ərazisində yerləşən bir sıra göllərin hidroloji vəziyyəti, göl səth sularının və sahilyanı ərazilərin plastik tullantılarla  çirklənməsi, zibillənməsi  problemini araşdırmaq və ictimaiyyətin məlumatlığını artırmaqla ətraf mühitlə bağlı maarifləndirməkdir.

Su hövzələri təbii çirklənmədən əlavə antropogen çirklənməyə və zibillənməyə də məruz qalır.

Antropogen çirklənmə mənbələri su obyektlərinə daxil olan sənaye, məişət çirkab suları və kənd təsərrüfatı tullantılarıdır. İqlim dəyişikliyinə isə qlobal istiləşmə ilə buzlaqların əriməsi, dəniz səviyyəsinin yüksəlməsi və hidroloji rejimlərin dəyişməsi gətirib çıxarır ki, bu da səth sularının çirklənmə problemlərini kəskinləşdirir.

Səth sularının çirklənməsi kimi qlobal ekoloji problemin qarşısını almaq üçün ilk növbədə sənaye emissiyalarını azaltmaq, müasir tullantı sularının təmizlənməsi texnologiyalarını tətbiq etmək, əhali arasında ekoloji maarifləndirmə və bərpa olunan enerji mənbələrinə keçid daxil olmaqla, kompleks tədbirlər həyata keçirilməlidir.

Dünyanın şirin su ehtiyatlarının uzunmüddətli inkişafı, onların istifadəsinə vahid yanaşmadan və şirin su ehtiyatlarını təşkil edən, onların keyfiyyətini müəyyən edən elementlər arasındakı qarşılıqlı bağlılığından asılıdır. Dünyada potensial şirin su mənbələrinin itirilməsi, suyun keyfiyyətinin pisləşməsi və səth və yeraltı su mənbələrinin çirklənməsindən təsirlənməyən az sayda bölgə var. Çayların və göllərin suyunun keyfiyyətinə mənfi təsir göstərən əsas problemlər, şəraitdən asılı olaraq, müxtəlif dərəcələrdə, məişət çirkab sularının qeyri-kafi təmizlənməsi, sənaye çirkab sularının axıdılmasının pis idarə olunması, su hövzələrinin itirilməsi və məhv edilməsi, dayanıqsız sənaye müəssisələrinin yerləşdirilməsi, meşələrin qırılması, nəzarətsiz əkinçilik və dayanıqsız kənd təsərrüfatı fəaliyyətləri nəticəsində yaranır. Bu isə torpaqlardan qida maddələrinin və pestisidlərin yuyulmasına gətirib çıxarır. Su ekosistemlərinin təbii tarazlığı pozulur və canlı şirin su ehtiyatlarını təhlükə altına düşür. Müxtəlif şəraitdə su ekosistemlərinə bəndlərin tikilməsi, çay axınlarının dəyişdirilməsi sxemləri, su idarəetmə strukturları və suvarma layihələri kimi kənd təsərrüfatı məqsədləri üçün su inkişaf layihələri də təsir göstərir. Belə fəaliyyətlər torpağın eroziyaya uğramasına, lillənməsinə, meşələrin qırılması səhralaşmaya, torpaqların deqradasiyasının artmasına səbəb olur. Bəzi hallarda su anbarlarının yaradılması ekosistemlərə mənfi təsir göstərir. Bu problemlərin çoxu ekoloji cəhətdən dağıdıcı inkişaf modellərindən səth və yeraltı su ehtiyatlarının qorunması barədə ictimaiyyətin məlumatlılığının və biliyinin olmamasından irəli gəlir. Mümkün olduqda, yeni su ehtiyatlarının sonrakı bərpası, təmizlənməsi və inkişafının qarşısını almaq üçün profilaktik tədbirlər çox vacibdir.

Su obyektləri,  temperatur yüksəlməsinə, dəyişən hidroloji rejimlərə və çirklənməyə qarşı həssasdırlar. Temperaturun artması, yağıntıların dəyişməsi, dəniz səviyyəsinin yüksəlməsi çaylar, göllər və okeanlardakı suyun kimyəvi tərkibini dəyişir bu da su hövzələrində yaşayan canlılara və eləcədə insan sağlamlığına mənfi təsir göstərir”.

Sevil Yüzbaşeva bildirib ki, Azərbaycan iqlim dəyişmələrinin  yüksək dərəcədə həssas olan ölkədir: “Azərbaycan ərazisində 450 göl müəyyən edilib. Göllərə tullantı suları axıdılır. Bir sıra göllərin səth suları və sahilyanı ərazilər məişət tullantıları, plastik tullantılarla  zibillənərək çirkləndirilib. Su tutarlarına axıdılan çirklənmə mənbələri qiymətləndirilməli, suyun keyfiyyətinə təsiri müəyyən edilməlidir.

Bu səbəbdən də layihə işində Abşeronda və ölkəmizin bəzi bölgələrində olan 9 gölün ekoloji vəziyyəti araşdırılacaq, vizual monitorinqlər həyata keçiriləcək. Bu fəaliyyətlər Hacıqabul rayonunda olan Hacıqabul gölündə,  Salyan rayonunda Çala gölündə, Beyləqan rayonunda Ağ göldə, İmişli rayonunda Mehmangöldə,  Sabirabad rayonunda Sarısu gölündə, Şabran rayonunda Ağzıbirçala gölündə və Bakı – Abşeronda olan Qırmızı, Xocasən və Bülbülə göllərində həyata keçiriləcək”.

 

 

 

 

 

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər