Dünya
30.07.2022 / 10:15
Nyu-Yorkda meymunçiçəyinə görə fövqəladə vəziyyət rejimi elan edilib
ABŞ-ın Nyu-York ştatında meymunçiçəyinə yoluxma hallarının artması səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ştatın qubernatoru Keti Hokul açıqlayıb.
İyulun 29-na olan məlumata görə, Nyu-York ştatında meymunçiçəyinə 1345 yoluxma halı qeydə alınıb. Yoluxma sayına görə ikinci pillədə isə Kaliforniya ştatı yer alıb. Burada ümumilikdə 799 yoluxma aşkar olunub.
Xatırladaq ki, daha əvvəl Kaliforniyanın San-Fransisko şəhərində sözügedən xəstəliyin yayılması ilə əlaqədar olaraq fövqəladə vəziyyət rejimi elan olunub.
Qeyd edək ki, hazırda dünyanın 79 ölkəsində meymunçiçəyinə 22 mindən çox yoluxma qeydə alınıb. Yoluxma hallarının 70%-dən çoxu Avropada aşkarlanıb.