BAKU Azərbaycan
27.18 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu gün Füzuli rayonunun işğaldan azad olunmasının ikinci  ildönümünü qeyd edirik. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat açıqlamasında Füzuli rayonunun təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalmasına diqqət çəkərək bildirib ki, Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
Eyni zamanda Tamam Cəfərova qeyd edib ki, Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Buna baxmayaraq, Azərbaycan ordusunun yüksək döyüş hazırlığı və şücaəti sayəsində qısa müddətdə Füzuli rayonu düşmın işğalından azad olundu. Tarixi torpaqlarımızın və eləcə də çoxsaylı mədəniyyət abidələrimizin düşmən işğalından azad olunması hər bir azərbaycanlının qəlbində sonsuz sevinc və fərəh hissi oyatdı.
Ölkə Başçısının Füzuli rayonuna səfərlərini xüsusilə diqqətə çatdıran millət vəkili Tamam Cəfərova qeyd edib ki, işğaldan azad olunan Füzuli rayonuna cənab Prezident  müxtəlif vaxtlarda 9 dəfə səfər etmişdir. Böyük fəxarət hissi ilə deyə bilərik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi Füzuli raynunda da bərpa və quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir. Bunu işğaldan azad olunan Füzuli rayonuna cənab Prezidentin müxtəlif vaxtlarda 9 dəfə səfər etməsi əyani şəkildə göstərir. Cənab Prezidentin bütün səfərlərində mühüm infrastruktur obyektlərinin təməqoyma mərasimləri olmuşdur. Xüsusilə qeyd etməliyik ki, cəmi 8 ayda inşa olunmuş “Qarabağın hava qapısı” olan Füzuli Beynəlxalq Hava Limanı həyata keçirilən bərpa-quruculuq işlərinin masştabını əyani şəkildə göstərir.
Füzuli rayonunun işğaldan azad olunması ilə növbəti dəfə Vətən həsrətinə son qoyulduğunu deyən millət vəkili qeyd edib ki, 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır. Millət vəkili Tamam Cəfərova belə deyib.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər