BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

"Azərbaycan müstəqillik qazandıqdan sonra, torpaqları erməni hərbi birləşmələri tərəfindən işğal olunmağa başladı. Buna görə də Azərbaycanda hakimiyyət böhranı baş verdi. Eyni zamanda o zaman ki, hakimiyyətdə olan, idarəçilik qabiliyyəti olmayan şəxslər bir çox qonşu dövlətlər, eləcə də dünya dövlətləri ilə münasibətləri çox yanlış mənada qurdular. Onlar həmin dövlətlərlə ,istər qonşu dövlətlər, istər digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri ya qura bilmədilər, ya qurmadılar ya da ki, olan münasibətləri də korladılar. Hətta bizə yaxın olan, dost olan ölkələr ilə belə, münasibətlərimizi pisləşdirdilər. Siyasi savadları olmadan vermiş olduqları bəyanatlar və çıxışlar nəticəsində bu münasibətlər korlandı"

 

“Xeber 7” məlumat verir ki, bu barədə Bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev danışıb. Onun sözlərinə görə, 1993 -cü ildə Heyrdər Əliyevi prezident seçildikdən sonra, qonşu dövlətlərlə münasibət yaranmağa başladı. Ancaq 1993-cü ilin oktyabr ayından başlayaraq, H. Əliyev hakimiyyətə rəhbərlik edəndə, yəni prezident seçiləndən sonra ilk olaraq qonşu dövlətlər ilə münasibətlər qurulmağa başladı.

 

“Qardaş Türkiyə ilə münasibətlərimiz daha da yaxşılaşdı. Eyni zamanda digər qonşu dövlətlərlə münasibətlərimiz yaxşılaşdı. Bir dövlətdən başqa, təbii ki, bizə düşmən olan Ermənistanla münasibətlər olduğu kimi qaldı. Ancaq digər beynəlxalq təşkilatlarla Azərbaycanın münasibətləri yaxşı inkişaf etdi. Həmin beynəlxalq təşkilatlar Azərbaycana dövlət kimi öz siyasətini dəstəklədiklərdiklərini bildirdilər. Azərbaycanın daha da yeni bir tarixə,yeni bir siyasi arenaya qədəm qoyduğunu bəyan etdilər. Bu səbəbdən də, Azərbaycan beynəlxalq təşkilatlarla get-gedə münasibətləri istiləşməyə başladı. Daha sonra isə bu dövr 2003-cü ilə qədər yüksəliş formasında gəldi. 2003-cü ildən sonra Azərbaycan respublikasına rəhbərliyi cənab prezident İlham Əliyev öhdəsinə götürdü və xalqın etimadını qazandıqdan sonra Azərbaycan qonşu dövlətlər ilə münasibətləri daha da güclü inkişaf etdirməyə başladı. Bunu bir növ belə deyək ki, dağılmış bir evi yenidən qurmaq və dağılmış bir evi yenidən quran Ulu öndər Heydər Əliyev oldu və Azərbaycanı dünyada sevdirən, inkişaf etdirən, Azərbaycanı dünyada söz sahibi edən də məhz elə ulu öndərin siyasi davamçısı İlham Əliyev oldu”,- deyə politoloq bildirib. O, qeyd edib ki, bu gün Azərbaycan dünyanın bütün beynəlxalq təşkilatlarında demək olar ki, birbaşa təmsil olunur və ya müşahidəçi qismində təmsil olunur.

Politoloq hesab edir ki, indi Azərbaycan həm də, beynəlxalq tədbirlərin təşkil olunduğu bir məkana çevrilib. Bütün beynəlxalq təşkilatlar Azərbaycana etimad göstərir. İndi Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək gücündədir.

“İstər beynəlxalq humanitar formlar ,istər mədəniyyət tədbirləri, istər idman tədbirləri, istər musiqi və digər müxtəlif növlü tədbirlər Azərbaycanda təşkil olunur və Azərbaycana çox böyük etimad göstərilir. Azərbaycan dünyanın ən yaxşı qorunan, ictimai təhlükəsizliyi sabit olan ölkələr sırasındadır. Bu, bizim ölkəmiz üçün çox mütərəqqi bir addımdır. Buna görə də Azərbaycana böyük inam var”,- deyə politoloq əlavə edib. Onun sözlərinə görə, Azərbaycan hazırda öz qonşuları və digər dövlətlərlə çox yaxşı münasibətlər qurub. Biz bunu 44 günlük Vətən müharibəsində gördük.

“Həmin dövrdə Azərbaycan beynəlxalq təşkilatlara, eyni zamanda dünya dövlətlərinə haqlı olduğunu göstərdi. Bütün bunlar bir günün içində baş vermir. Bu hörmət, bu diqqət bir günün içində yaranmır. Təbii ki illərin zəhməti var. Diplomatiyanı bilmək mütləqdir. Bu gün Azərbaycanın beynəlxalq təşkilatlarda və dünya dövlətləri sırasında yüksək hörmətə malik olmasına səbəb cənab İlham Əliyevin diplomatik fəaliyyəti, diplomatik savadı, dünya görüşü və eyni zamanda qətiyyətli mövqeyidir”,- deyə Ramiz Alıyev əlavə edib. Onun sözlərinə görə, Azərbaycan dövlətinin yerləşdiyi region çox həssas regiondur və burada balanslaşdırılmış siyasət yürütmək çox asan məsələ deyil.

“Biz bunu qonşularımızda görmüşük. Balanslaşdırılmış siyasət yürütmək üçün, mütləq şəkildə həmin ölkənin lideri yüksək siyasi savada malik olmalıdır, diplomatik girişlər etməyi bacarmalıdır, dünya görüşü yüksək səviyyədə olmalıdır” - deyə politoloq bildirib.

 

İlahin, Bizimyol.info

 

Media.jpg

 

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər